Reza Pəhləvi hakimiyyət keçidinə rəhbərlik etməyə hazır olduğunu bildirib
İranın son şahı Məhəmməd Rza Pəhləvinin oğlu Reza Pəhləvi ölkədə hakimiyyət dəyişikliyi baş verəcəyi halda keçid dövrünə rəhbərlik etməyə hazır olduğunu açıqlayıb. ABŞ-da yaşayan Reza Pəhləvi sosial şəbəkə hesablarında yayımladığı müraciətdə İranın gələcək siyasi keçid mərhələsi üçün hazırlıq işlərinin artıq aparıldığını bildirib. Onun sözlərinə görə, ölkə daxilində və xaricində fəaliyyət göstərən müxtəlif mütəxəssislərdən ibarət şəxslər müəyyən edilərək qiymətləndirilib və “Keçid sistemi” adlandırılan idarəetmə strukturu üçün namizədlər seçilir.