7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Pakistan ordusunun rəhbəri Asim Munir Tehrana səfərə yollanıb

Pakistan ordusunun rəhbəri, feldmarşal Asim Munirin yüksək səviyyəli nümayəndə heyəti ilə Tehrana səfəri regionda diqqətlə izlənilir. Səfər Pakistanın daxili işlər naziri Möhsin Nəqvinin İran rəsmiləri ilə keçirdiyi intensiv danışıqlardan sonra baş tutub. Analitiklər hesab edirlər ki, bu addım ya diplomatik prosesin yeni mərhələyə keçdiyini, ya da mümkün razılaşmanın təhlükəsizlik aspektlərinin müzakirə olunduğunu göstərə bilər.

22 May 2026 20:17
Pakistan ordusunun rəhbəri Asim Munir Tehrana səfərə yollanıb

BAKI,VOA,Yusif Şərifzadə

Pakistanın nüfuzlu hərbi rəhbəri, feldmarşal Asim Munirin yüksək səviyyəli təhlükəsizlik nümayəndə heyəti ilə birlikdə Tehrana yollandığı təsdiqlənib. Səfər regionda davam edən diplomatik proseslər fonunda diqqət mərkəzinə çevrilib.

VOA xəbər verir ki, səfər Pakistanın daxili işlər naziri Möhsin Nəqvinin son üç gün ərzində İran rəsmiləri ilə keçirdiyi yüksək səviyyəli görüşlərdən sonra baş tutub. Son günlər aparılan təmaslar ABŞ-İran münasibətləri və regional təhlükəsizlik məsələləri baxımından da diqqətlə izlənilir.

Siyasi müşahidəçilər və analitiklər Asim Munirin səfərini müxtəlif aspektlərdən qiymətləndirirlər. Bir qrup hesab edir ki, daxili işlər naziri səviyyəsində aparılan danışıqlar gözlənilən nəticəni verməyib və buna görə prosesə daha yüksək səviyyədə müdaxilə zərurəti yaranıb. Digər qiymətləndirmələrə görə isə danışıqlarda müəyyən irəliləyiş əldə olunub və feldmarşalın səfəri mümkün razılaşmanın siyasi və təhlükəsizlik aspektlərinin yekunlaşdırılması məqsədi daşıyır.

Analitiklərin fikrincə, Asim Munirin Tehrana səfəri ümumilikdə müsbət siqnal kimi qəbul edilir. Xatırladılır ki, onun əvvəlki Tehran səfəri zamanı yalnız siyasi rəhbərlərlə deyil, həm də İranın təhlükəsizlik və hərbi strukturlarının rəhbərləri ilə görüşlər keçirilib. Məlumata görə, həmin təmaslarda regional sabitlik və sülh razılaşmalarının strateji əhəmiyyəti müzakirə olunub.

Hazırda səfərin gündəliyi ilə bağlı rəsmi təfərrüatlar açıqlanmasa da, müşahidəçilər görüşlərin regionda diplomatik proseslərə təsir göstərə biləcəyini istisna etmirlər.

Məqalədə: #İran #Pakistan #Tehran #Asim Munir #Regional təhlükəsizlik #Regional diplomatiya #İran Pakistan münasibətləri #təhlükəsizlik danışıqları #Möhsin Nəqvi #Geosiyasi proseslər

Mövzu üzrə digər xəbərlər

Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
Siyasət

Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir

12:06
Qədyanilik nədir? Tarixi kökləri, əqidə ziddiyyətləri və hüquqi statusu
Dini terminlər lüğəti

Qədyanilik nədir? Tarixi kökləri, əqidə ziddiyyətləri və hüquqi statusu

11:46
Səudiyyə Ərəbistanı regional təhlükəsizlik və dəniz yollarının qorunmasını müzakirə edib
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı regional təhlükəsizlik və dəniz yollarının qorunmasını müzakirə edib

09:54
Səudiyyə Ərəbistanı və Almaniya strateji əməkdaşlığı genişləndirir
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı və Almaniya strateji əməkdaşlığı genişləndirir

09:21

Son Xəbərlər

İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
15:58
Səudiyyə Ərəbistanı Yəməndə 863 mina və partlayıcı qurğunu zərərsizləşdirib
Səudiyyə Ərəbistanı Yəməndə 863 mina və partlayıcı qurğunu zərərsizləşdirib
15:55
"44" bədii filminin premyerasının vaxtı məlum olub
"44" bədii filminin premyerasının vaxtı məlum olub
15:47
Səudiyyə Ərəbistanı Əl-Xəfci şəhərində yeni sahil layihəsi həyata keçirəcək
Səudiyyə Ərəbistanı Əl-Xəfci şəhərində yeni sahil layihəsi həyata keçirəcək
15:34
Səudiyyə Ərəbistanı Keniyada din xadimləri üçün təlim kursu keçirib
Səudiyyə Ərəbistanı Keniyada din xadimləri üçün təlim kursu keçirib
15:27
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.