7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İspaniyada bir milyondan çox miqrant hüquqi statusu üçün müraciət edilib

İspaniyada yeni dövlət proqramı çərçivəsində bir milyondan çox qeyri-qanuni miqrant və beynəlxalq müdafiə almaq üçün müraciət etmiş şəxs hüquqi statusunun leqallaşdırılması üçün müraciət edib. İspaniya hökuməti proqram hazırlanarkən təxminən 500 min nəfərin bu imkandan yararlanacağını proqnozlaşdırsa da, qeydiyyat müddəti başa çatdıqda müraciətlərin sayı gözləntiləri iki dəfədən də çox üstələyərək bir milyonu keçib.

1 İyul 2026 09:55
İspaniyada bir milyondan çox miqrant hüquqi statusu üçün müraciət edilib

BAKI,VOA Orxan Qədirzadə

İspaniyada yeni dövlət proqramı çərçivəsində bir milyondan çox qeyri-qanuni miqrant və beynəlxalq müdafiə almaq üçün müraciət etmiş şəxs hüquqi statusunun leqallaşdırılması üçün müraciət edib.

İspaniya hökuməti proqram hazırlanarkən təxminən 500 min nəfərin bu imkandan yararlanacağını proqnozlaşdırsa da, qeydiyyat müddəti başa çatdıqda müraciətlərin sayı gözləntiləri iki dəfədən də çox üstələyərək bir milyonu keçib.

Proqrama əsasən, müəyyən edilmiş şərtlərə cavab verən şəxslərə bir il müddətinə yaşamaq və işləmək icazəsi veriləcək. Bunun üçün müraciət edən şəxslər məhkumluqlarının olmadığını təsdiqləməli, həmçinin 2025-ci ilin sonunadək ən azı beş ay İspaniyada yaşadıqlarını və ya beynəlxalq müdafiə almaq üçün rəsmi müraciət etdiklərini sübut etməlidirlər.

İspaniyanın Baş naziri Pedro Sançes bildirib ki, proqrama göstərilən bu qədər yüksək maraq belə bir təşəbbüsə ehtiyac olduğunu təsdiqləyir. Onun sözlərinə görə, miqrasiya ölkənin iqtisadi inkişafının davam etdirilməsi, demoqrafik böhranın aradan qaldırılması və sosial təminat sisteminin qorunub saxlanılması baxımından əsas amillərdən biri olaraq qalır.

Bununla yanaşı, proqram ölkənin sağ müxalifət qüvvələrinin sərt tənqidinə səbəb olub. Müxalifət hökuməti bu addımla İspaniyanın demoqrafik və siyasi balansını dəyişdirməyə çalışmaqda ittiham edir.

Məqalədə: #Qeyri-qanuni miqrantlar #iş icazəsi #hüquqi status #İspaniyada qeyri-qanuni miqrantların leqallaşdırılması #İspaniya miqrasiya siyasəti #miqrantların leqallaşdırılması #yaşayış icazəsi #İspaniyada xarici vətəndaşlar #Spain migrant legalization program #Spain immigration policy #illegal migrants in Spain #migrant legalization #legal residency #İspanya göçmen yasallaştırma programı #İspanya göç politikası #kaçak göçmenler

Mövzu üzrə digər xəbərlər

Mərakeş və İspaniya Seuta sərhədində yeni miqrant axınına hazırlaşır
Mərakeş

Mərakeş və İspaniya Seuta sərhədində yeni miqrant axınına hazırlaşır

15 Avqust 17:54
BMT Liviyada miqrantların yerləşdirilməsi ilə bağlı iddiaları təkzib edib
Şimali Afrika

BMT Liviyada miqrantların yerləşdirilməsi ilə bağlı iddiaları təkzib edib

5 İyun 12:29
ABŞ Livan vətəndaşları üçün Müvəqqəti Qoruma Statusunu noyabra qədər uzadıb
Yaxın Şərq

ABŞ Livan vətəndaşları üçün Müvəqqəti Qoruma Statusunu noyabra qədər uzadıb

27 May 22:11
Türkiyədə miqrant qaçaqmalçılarına qarşı əməliyyat həyata keçirilib
Türkiyə

Türkiyədə miqrant qaçaqmalçılarına qarşı əməliyyat həyata keçirilib

20 Noyabr 2025 10:37

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.