13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Çin Qırmızı dənizdə gəmilərinin təhlükəsiz keçidi üçün husilərlə birbaşa danışıqlar aparır

Çin Qırmızı dənizdə gəmilərinin təhlükəsiz keçidi üçün husilərlə birbaşa danışıqlar aparıb. Pekin tankerlərinə hücum edilməyəcəyinə dair təminat almağa çalışıb. Çin bu məsələ ilə bağlı husilərlə əlaqə quran ilk ölkələrdən biri olub. Bildirilir ki, hər bir Çin gəmisinin keçidi ayrıca razılaşdırılıb. Husilər Səudiyyə limanlarında yük əməliyyatları aparan gəmiləri hədəfə ala biləcəklərini bəyan ediblər. Təhlükəsizlik narahatlığı səbəbindən bəzi tankerlər marşrutlarını dəyişiblər. Çin, İran və husilər məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyiblər.

28 İyul 2026 22:06
Çin Qırmızı dənizdə gəmilərinin təhlükəsiz keçidi üçün husilərlə birbaşa danışıqlar aparır

BAKI,VOA,Yusif Şərifzadə

Çin Qırmızı dənizin cənub hissəsində yerləşən Bab əl-Məndəb boğazından tankerlərinin təhlükəsiz keçidini təmin etmək məqsədilə Yəməndə fəaliyyət göstərən husi hərəkatı ilə birbaşa danışıqlar aparıb. Bu barədə məsələdən məlumatlı altı mənbə Reuters agentliyinə bildirib.

VOA xəbər verir ki, mənbələrin sözlərinə görə, Çin husilərdən öz tankerlərinə hücum edilməyəcəyinə dair təminat istəyib. Danışıqlarda iştirak edən mənbələr arasında yüksək vəzifəli İran rəsmisinin də olduğu bildirilir.

Məlumata əsasən, Çin husilərlə Bab əl-Məndəb boğazından keçidlə bağlı birbaşa əlaqə quran ilk ölkələrdən biri olub. Mənbələr qeyd ediblər ki, Pekin Səudiyyə Ərəbistanının əsasən Yanbu limanından həyata keçirdiyi neft ixracının davam etməsində maraqlıdır. Bu addımın İranın Hörmüz boğazını faktiki olaraq bağlaması nəticəsində yaranan tədarük çatışmazlığını qismən kompensasiya etmək məqsədi daşıdığı bildirilir.

Reuters-in məlumatına görə, husilər iyulun 20-də Səudiyyə Ərəbistanı limanlarına qarşı dəniz blokadası elan etdikdən sonra azı dörd tanker Səudiyyə limanlarından Çinə istiqamətlənərək Bab əl-Məndəb boğazından keçib.

Mənbələrin bildirdiyinə görə, Çin rəsmiləri hər bir gəmi üçün husilərdən ayrıca razılıq alıblar. İki regional rəsminin sözlərinə əsasən, həm Çin, həm də husilər bu proses barədə İranı da məlumatlandırıblar.

Husilər beynəlxalq gəmiçilik şirkətlərinə göndərdikləri elektron məktubda Səudiyyə Ərəbistanı limanlarında yük yükləyən və ya boşaldan gəmilərin hücuma məruz qala biləcəyi barədə xəbərdarlıq ediblər. Təhlükəsizlik narahatlıqları səbəbindən bəzi tankerlərin Bab əl-Məndəb boğazına daxil olmadan marşrutlarını dəyişdirdiyi də bildirilir.

Çinin Nəqliyyat Nazirliyi, husilərin media ofisi və İran Xarici İşlər Nazirliyi Reuters-in şərh sorğusuna hələlik cavab verməyib.

Məqalədə: #İran #Səudiyyə Ərəbistanı #Çin #Yəmən #Qırmızı dəniz #Husilər #Bab əl-Məndəb boğazı #dəniz nəqliyyatı

Mövzu üzrə digər xəbərlər

İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb
İran

İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb

12 Sentyabr 21:03
İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək
İran

İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək

12 Sentyabr 21:00
ABŞ-nin hərbi təcavüzü davam edir - İsmayıl Bəqai
İran

ABŞ-nin hərbi təcavüzü davam edir - İsmayıl Bəqai

12 Sentyabr 20:52
İran limanlarına gedən 100 gəminin istiqaməti dəyişdirilib - CENTCOM
İran

İran limanlarına gedən 100 gəminin istiqaməti dəyişdirilib - CENTCOM

12 Sentyabr 20:43

Son Xəbərlər

Əbu-Dabidə 35-ci Beynəlxalq Kitab Sərgisi açılıb
Əbu-Dabidə 35-ci Beynəlxalq Kitab Sərgisi açılıb
11:17
İlk qadın Pandoranın yaradılışı və bəşəriyyətin cəzalandırılması
İlk qadın Pandoranın yaradılışı və bəşəriyyətin cəzalandırılması
11:00
İraqda Əcil neft yatağının inkişafı üzrə 25 illik müqavilə imzalanıb
İraqda Əcil neft yatağının inkişafı üzrə 25 illik müqavilə imzalanıb
10:17
Səudiyyə diplomatları Madrid və Londonda regional məsələləri müzakirə edib
Səudiyyə diplomatları Madrid və Londonda regional məsələləri müzakirə edib
10:09
Qətərdə süni intellekt üzrə biznes imkanları - Texnologiya, bazar potensialı və strateji sahələr hansılardır?
Qətərdə süni intellekt üzrə biznes imkanları - Texnologiya, bazar potensialı və strateji sahələr hansılardır?
10:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.