7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Orban Ukrayna və Rusiyadan sonra Çinə səfər edib

8 İyul 2024 09:18
Orban Ukrayna və Rusiyadan sonra Çinə səfər edib

Bakı, AzerVoice

Daha əvvəl Ukrayna və Rusiyaya gözlənilməz səfərlər edən Macarıstan lideri Viktor Orban bu dəfə Çinə gedib.

AzerVoice xəbər verir ki, Orban sosial media platforması X hesabında Pekin hava limanının fotosunu paylaşaraq “Sülh missiyası 3.0. Pekin" yazıb.

Çin mətbuatında, onun Çinin paytaxtı Pekində prezident Si Cinpin ilə görüşdüyü açıqlanıb.

Qeyd edək ki, bundan əvvəl Çin Xarici İşlər Nazirliyi Si və Orbanın ümumi maraq doğuran məsələləri müzakirə edəcəkləri açıqlamışdı.

Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqına (Aİ) üzv ölkələr arasında hər 6 aydan bir dövr edən prezidentlik səlahiyyətlərini təhvil aldıqdan sonra ilk xarici səfərini Kiyevə edərək Ukrayna prezidenti Vladimir Zelenksiy ilə görüşüb. Orban daha sonra Moskvaya səfər edib və Rusiya prezidenti Vladimir Putinlə görüşüb.

Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell və Avropa Şurasının sədri Çarlz Mişel Orbanın Aİ-ni xarici arenada təmsil etmədiyini və ölkəsinin 6 aylıq Aİ Şurasına sədrlik səlahiyyətləri almasına baxmayaraq, Avropadan Rusiyaya səfər icazəsi almadığını vurğulayan açıqlamalar vermişdi.

Ukrayna böhranında Aİ-dən fərqli siyasət nümayiş etdirərək tez-tez 'Rusiyapərəst' olmaqda günahlandırılan Orban, Ukraynaya sülh gətirmə səylərinin 'Brüssel bürokratlarının aldanması' səbəbiylə uğursuz olduğunu deyib.

"Brüssel bürokratik cəfəngiyyatı Rusiya-Ukrayna müharibəsində sülhə aparan yol axtarışında heç bir nəticə vermədi. Biz müharibəni bitirmək istəyiriksə, bizə bürokratik deyil, siyasi yanaşma lazımdır." - deyə Orban əlavə edib.

Qeyd edək ki, Orban ilə Si Cinpin arasında son dönəmlərdə iki önəmli görüş baş tutub. Bunlardan biri keçən ilin oktyabr ayında Pekində digəri isə bu ilin may ayında Budapeştdə reallaşıb. Sonuncu görüşdə Çin və Macarıstan yeni dövrdə ikitərəfli münasibətlərini bütün şərtlər daxilində hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq qərarına gəliblər.

Orban Ukrayna və Rusiyadan sonra Çinə səfər edib
Məqalədə: #Rusiya #Viktor Orban #Macarıstan #Ukrayna #Çin #Aİ

Mövzu üzrə digər xəbərlər

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
ABŞ avtomobil istehsalçıları Çin maşınlarının ölkəyə girişinin qadağan edilməsini istəyir
Avto İcmal və Testlər

ABŞ avtomobil istehsalçıları Çin maşınlarının ölkəyə girişinin qadağan edilməsini istəyir

3 Sentyabr 21:37
Misirin Çinə ixracı ilin ilk yarısında 200 faizə yaxın artıb
Misir

Misirin Çinə ixracı ilin ilk yarısında 200 faizə yaxın artıb

3 Sentyabr 16:08
Rusiya hərbi bazasının Ermənistanda mövcudluğunu həyati əhəmiyyətli hesab etmirik - Paşinyan
Siyasət

Rusiya hərbi bazasının Ermənistanda mövcudluğunu həyati əhəmiyyətli hesab etmirik - Paşinyan

3 Sentyabr 13:34

Son Xəbərlər

QFZ rəhbəri və Qazaxıstan səfiri investisiyaların cəlb edilməsi üzrə əməkdaşlığı müzakirə ediblər
QFZ rəhbəri və Qazaxıstan səfiri investisiyaların cəlb edilməsi üzrə əməkdaşlığı müzakirə ediblər
13:52
İraq kütləvi məzarlıqlardakı qurbanların taleyinin araşdırılmasını sürətləndirir
İraq kütləvi məzarlıqlardakı qurbanların taleyinin araşdırılmasını sürətləndirir
13:51
Ərbil və Bağdad münasibətlərinin inkişafı müzakirə olunub
Ərbil və Bağdad münasibətlərinin inkişafı müzakirə olunub
13:46
İraqda media ekoloji problemlərlə bağlı maarifləndirməni gücləndirəcək
İraqda media ekoloji problemlərlə bağlı maarifləndirməni gücləndirəcək
13:38
Səudiyyə Ərəbistanı Qəzza sakinlərinə humanitar yardımı davam etdirir
Səudiyyə Ərəbistanı Qəzza sakinlərinə humanitar yardımı davam etdirir
13:35
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.