6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Kosmik tullantılar orbitin gələcəyini təhlükəyə atır

12 Aprel 2025 15:15
Kosmik tullantılar orbitin gələcəyini təhlükəyə atır

BAKI, AzerVoice

Yer orbitində 130 milyondan çox kosmik tullantı var – ESA xəbərdarlıq edir.

AzerVoice xəbər verir ki, Avropa Kosmik Agentliyi (ESA) 2025-ci il üçün Kosmik Ətraf Mühit Hesabatını dərc edib.

Hesabata əsasən, Yer orbitindəki kosmik tullantıların sayı sürətlə artır və artıq təhlükəli səviyyəyə çatıb.

ESA qeyd edir ki, orbitdə aktiv olmayan peyklər və qırılmış hissələrin sayı işlək peyklərin sayını çoxdan üstələyib. Agentlik, bu vəziyyətin "Kessler sindromu" adlanan zəncirvari toqquşmalar təhlükəsini artırdığını vurğulayıb. Belə bir ssenaridə bir obyektin toqquşması daha çox fraqmentə səbəb olur və nəticədə proses öz-özünə davam edir.

Məlumata görə, orbitdə diametri 10 sm-dən böyük olan təxminən 54 min obyekt, 1-10 sm arası təxminən 1,2 milyon fraqment və 1 mm-dən 1 sm-ə qədər olan 130 milyon hissəcik var. Bu fraqmentlər kiçik ölçülərinə baxmayaraq, Beynəlxalq Kosmik Stansiya və Hubble Teleskopu kimi qurğular üçün ciddi təhlükə yaradır.

Qeyd edək ki, yalnız 2024-cü ildə baş verən 11 gözlənilməz parçalanma nəticəsində 2600-dən çox yeni zibil fraqmenti yaranıb. Kosmik tullantılar toqquşma, partlayış və ya uzunmüddətli aşınma nəticəsində meydana çıxır və onların orbiti tərk edərək atmosferdə yanmasına heç bir zəmanət yoxdur.

ESA orbitdəki tullantıların aktiv təmizlənməsinin vacibliyini vurğulayaraq bildirir ki, 2023-cü ildən tətbiq olunan yeni beşillik qaydalara 80 faiz uyğunluq əldə olunub. Lakin mütəxəssislər qeyd edir ki, problemə qarşı qlobal əməkdaşlıq olmadan effektiv nəticə əldə etmək mümkün deyil.

Məqalədə: #Beynəlxalq Kosmik Stansiya #Yer #peyk #kosmos #Avropa Kosmik Agentliyi (ESA) #Kosmik Ətraf Mühit Hesabatı

Mövzu üzrə digər xəbərlər

Səudiyyədə qadınların İKT sektorundakı payı 35%-ə çatdı
Səudiyyə Ərəbistanı

Səudiyyədə qadınların İKT sektorundakı payı 35%-ə çatdı

24 Avqust 10:27
SpaceX-in gələcək kosmik planları investorların gözləntilərini doğruldacaqmı?
Texnologiya

SpaceX-in gələcək kosmik planları investorların gözləntilərini doğruldacaqmı?

1 Avqust 18:47
NASA-nın yaranmasından 68 il keçir: ABŞ kosmos yarışında liderliyə necə yüksəldi?
Tarixdə bu gün

NASA-nın yaranmasından 68 il keçir: ABŞ kosmos yarışında liderliyə necə yüksəldi?

29 İyul 03:00
ABŞ-ın kosmosda SSRİ-dən sonraki ən güclü rəqibi - Çin
ArabAZ təhlil mərkəzi

ABŞ-ın kosmosda SSRİ-dən sonraki ən güclü rəqibi - Çin

16 İyun 09:00

Son Xəbərlər

Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
12:01
İslam Alimlərinin Riyaziyyat, Astronomiya və Coğrafiya Sahəsində Töhfələri
İslam Alimlərinin Riyaziyyat, Astronomiya və Coğrafiya Sahəsində Töhfələri
12:00
Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini  ölkə ordusuna yox İsrailə təhvil verib
Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox İsrailə təhvil verib
11:52
BƏƏ-nin axtarış-xilasetmə qrupu Nepalda fəaliyyətə başlayıb
BƏƏ-nin axtarış-xilasetmə qrupu Nepalda fəaliyyətə başlayıb
11:40
Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?
Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?
11:31
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.