4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Temu ABŞ-a birbaşa Çindən məhsul tədarükünü dayandırıb

6 May 2025 13:22
Temu ABŞ-a birbaşa Çindən məhsul tədarükünü dayandırıb

BAKI, AzerVoice

Çin mənşəli onlayn ticarət platforması Temu, ABŞ-a birbaşa Çindən məhsul göndərilməsini dayandırdığını elan edib və şirkət bundan sonra yalnız ABŞ ərazisindəki anbarlarda mövcud olan məhsulların satışını davam etdirəcək.

AzerVoice xəbər verir ki, bu addım ABŞ-ın Çin məhsullarına tətbiq etdiyi yeni gömrük və vergi qaydaları ilə əlaqədar atılıb.

Belə ki, 2 may tarixində Ağ Ev, əvvəlki "de minimis" qaydasının ləğv olunduğunu açıqlayıb. Həmin qaydaya əsasən, 800 dollardan ucuz olan bağlamalar ABŞ-a vergisiz daxil olurdu. Bu imkan Temu, Shein və AliExpress kimi Çin platformalarına milyonlarla ucuz məhsulu vergi ödəmədən ABŞ bazarına çıxarmağa şərait yaradırdı.

Yeni qaydalara əsasən, Çinlə ABŞ arasında poçtla göndərilən bütün bağlamalara ya 120 faiz vergi, ya da hər bağlama üçün 100 dollar sabit vergi tətbiq olunacaq. 1 iyundan etibarən bu sabit verginin 200 dollara qədər artırılması planlaşdırılır.

ABŞ-ın prezidenti Donald Tramp, "de minimis" qaydasının ləğvini iki əsas səbəblə izah edib. Birinci səbəb, kiçik və orta sahibkarlığın ədalətsiz Çin rəqabətindən qorunmasıdır. Tramp bu platformaları "keyfiyyətsiz və ucuz məhsullarla yerli biznesə qarşı yönəlmiş fırıldaq" adlandırıb.

İkinci səbəb isə narkotik qaçaqmalçılığı ilə mübarizədir. Rəsmi məlumatlara görə, Çin bağlamaları vasitəsilə ABŞ-a fentanil və digər sintetik narkotik maddələr daxil olur.

Məqalədə: #ABŞ #Donald Tramp #Çin #Si Cinpin #Çin ABŞ ticarət müharibəsi #Temu #Shein #AliExpress

Mövzu üzrə digər xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

22:24
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

21:42
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Digər Dövlətlər

Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib

21:23
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Livan

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib

21:20

Son Xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
21:32
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
21:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.