7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Starship-in doqquzuncu sınağı uğursuzluqla başa çatıb

28 May 2025 12:30
Starship-in doqquzuncu sınağı uğursuzluqla başa çatıb

BAKI,AzerVoice

SpaceX-in Starship raketi yenidən havada parçalanıb.

AzerVoice xəbər verir ki, İlon Maska məxsus SpaceX şirkətinin hazırladığı və dünyanın ən güclü kosmik raketi sayılan “Starship”in 9-cu sınaq uçuşu uğursuzluqla nəticələnib.

Raket orbitə 8 ədəd “Starlink” peyki daşısa da, yük qapağının açılmaması və yanacaq sızması səbəbindən peyklər yerləşdirilə bilməyib.

ABŞ-ın Texas ştatındakı “Starbase” bazasından havaya qalxan Starship raketi uğurla buraxılsa da, uçuşdan 30 dəqiqə sonra SpaceX raketlə əlaqənin kəsildiyini açıqlayıb. Bildirilib ki, yanacaq sistemində baş verən sızma səbəbindən raket hündürlükdə sabitliyini itirib və tez və plansız şəkildə parçalanıb.

Xatırladaq ki, bu, Starship raketinin ardıcıl ikinci uğursuz sınağıdır. Daha əvvəlki – 7-ci və 8-ci uçuşlarda da raket havaya qalxdıqdan sonra təxminən 10 dəqiqə ərzində parçalanmışdı. Hər üç sınaqda “Super Heavy” gücləndirici mərhələsi planlaşdırıldığı kimi okeana eniş etsə də, əsas raket mərhələsində texniki nasazlıqlar baş verib.

SpaceX-dən verilən açıqlamada, bu tip sınaqlardan əldə edilən təcrübənin raketin etibarlılığını artırmaqda mühüm rol oynadığı vurğulanıb.

Qeyd edək ki, 122 metr uzunluğundakı Starship raketi Yer orbitinə, Aya və Marsa yük və insan daşımaq üçün nəzərdə tutulub və hal-hazırda dünyanın ən güclü kosmik raketi hesab olunur.

Məqalədə: #ABŞ #İlon Mask #SpaceX #Starlink peyk internet sistemi #Kosmik rabitə #Starship raketi #raket sınaqları #Starlink uğursuzluğu

Mövzu üzrə digər xəbərlər

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib

5 Sentyabr 19:56

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.