8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Dünyada 700 milyon insan aclıqla yaşayır

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Orta Asiya üzrə Alt Regional Koordinatoru və Türkiyə nümayəndəsi Viorel Qutu dünyada ərzaq təhlükəsizliyinin vəziyyətinə dair narahatedici statistika açıqlayıb.

22 İyun 2025 15:00
Dünyada 700 milyon insan aclıqla yaşayır

BAKI, AzerVoice

Dünyada 700 milyondan çox insan aclıqla üz-üzədir.

AzerVoice xəbər verir ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Orta Asiya üzrə Alt Regional Koordinatoru və Türkiyə nümayəndəsi Viorel Qutu dünyada ərzaq təhlükəsizliyinin vəziyyətinə dair narahatedici statistika açıqlayıb.

Onun sözlərinə görə, bu gün dünyada 700 milyondan çox insan aclıqla mübarizə aparır və təxminən 3 milyard insan sağlam qidalanma üçün kifayət qədər maliyyə imkanına malik deyil.

FAO-nun “Dünyada Qida Təhlükəsizliyi və Qidalanmanın Durumu” adlı son hesabatına əsasən, 2023-cü ildə dünya əhalisinin 28,9 faizi – təxminən 2,3 milyard insan – orta və ya yüksək səviyyədə qida çatışmazlığı ilə üzləşib. Proqnozlara görə, 2030-cu ilə qədər bu rəqəm 582 milyona çata bilər.

FAO rəsmisi bildirib ki, əslində dünya əhalisini doyuracaq qədər qida istehsal olunur. Lakin istehsal, saxlama, daşınma və istehlak mərhələlərində qidanın üçdə biri itirilir və ya israf olunur. Bu səbəbdən qidanın yalnız qida məhsulu deyil, həm də torpaq, su və biomüxtəliflik kimi məhdud resursların məhsulu kimi dəyərləndirilməsinin vacibliyinə diqqət çəkilib.

Qutu bildirib ki, FAO region ölkələrini daha qənaətcil su idarəçiliyinə və ərzaq texnologiyalarının inkişafına yönəlməyə çağırır. “2050-ci ildə dünya əhalisinin 10 milyarda çatacağı gözlənilir. Bu qədər insanı eyni resurslarla doyura bilmək üçün fərqli və səmərəli yanaşmalar tətbiq olunmalıdır”, – deyə o qeyd edib.

İnflyasiya ilə bağlı Dünya Bankının iyun ayında açıqladığı məlumatlarda isə ərzaq qiymətlərinin aşağı və orta gəlirli ölkələrdə ciddi şəkildə artmaqda davam etdiyi vurğulanıb. 161 ölkədən toplanmış məlumatlara əsasən, bu ölkələrin 60 faizində ərzaq qiymətləri ümumi inflyasiya səviyyəsini üstələyir.

Viorel Qutu ərzaq qiymətləri ilə bağlı aparılan müzakirələrdə yalnız istehlakçıların deyil, həm də istehsalçıların mövqeyinin nəzərə alınmalı olduğunu bildirib: “Əgər ərzaq ucuz olarsa, istehsalçılar bu sahədən uzaqlaşar. Bu isə kənd yerlərində yoxsulluğu və tənəzzülü dərinləşdirə bilər”.

Türkiyənin kənd təsərrüfatı sahəsində rolunu yüksək qiymətləndirən Qutu, ölkənin regional lider olduğunu vurğulayıb və FAO-Türkiyə əməkdaşlıq proqramları çərçivəsində bu təcrübənin ehtiyacı olan digər ölkələrə ötürülməsi istiqamətində işlər görüldüyünü bildirib.

Məqalədə: #Türkiyə #BMT #Qida və Kənd Təsərrüfatı Forumu #FAO #aclıq #Susuzluq və aclıq #Qəzzada aclıq və səfalət #BMT-nin Ümumdünya Ərzaq Proqramı #Aclıq və qida çatışmazlığı #Qəzzada aclıq və resurs çatışmazlığı #qida təhlükəsizliyi

Mövzu üzrə digər xəbərlər

Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
Digər Xəbərlər

Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb

7 Sentyabr 19:43
ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
Digər Xəbərlər

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb

4 Sentyabr 20:43
Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
Digər Xəbərlər

Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb

4 Sentyabr 18:14
Meloni hökuməti İtaliyanın İkinci Dünya müharibəsindən sonrakı ən uzunömürlü kabineti oldu
Digər Xəbərlər

Meloni hökuməti İtaliyanın İkinci Dünya müharibəsindən sonrakı ən uzunömürlü kabineti oldu

4 Sentyabr 13:26

Son Xəbərlər

250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
16:48
Qəzza Kino Akademiyası Venesiya Film Festivalında fəaliyyətə başlayıb
Qəzza Kino Akademiyası Venesiya Film Festivalında fəaliyyətə başlayıb
16:42
Dəməşqdə səhiyyə və tibbi təhsilin gələcəyi müzakirə olunub
Dəməşqdə səhiyyə və tibbi təhsilin gələcəyi müzakirə olunub
16:28
"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
16:26
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
16:20
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.