8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

ABŞ Müdafiə Nazirliyi Grok ilə müqavilə imzalayıb

ABŞ Müdafiə Nazirliyi İlon Maskın təsis etdiyi xAI şirkətinin süni intellekt platforması Grok-un hökumət versiyasını istifadə etməyə başlayacaq.

15 İyul 2025 10:01
ABŞ Müdafiə Nazirliyi Grok ilə müqavilə imzalayıb

BAKI, AzerVoice

ABŞ Müdafiə Nazirliyi İlon Maskın təsis etdiyi xAI şirkətinin süni intellekt platforması Grok-un hökumət versiyasını istifadə etməyə başlayacaq.

AzerVoice xəbər verir ki, "Hökumət üçün Grok" adlı bu xidmətin ilkin müqavilə dəyəri 200 milyon dollara qədər qiymətləndirilir.

Financial Times-ın yaydığı məlumata əsasən, bu razılaşma xAI-nin dövlət qurumları üçün təqdim etdiyi ilk süni intellekt məhsulu ilə bağlıdır. Pentaqon, daha əvvəl Anthropic, Google və OpenAI kimi texnoloji şirkətlərlə də oxşar müqavilələr imzalamışdı.

ABŞ Müdafiə Nazirliyinin Rəqəmsal və Süni İntellekt Departamentinin rəhbəri Duq Metti məsələ ilə bağlı açıqlamasında,

"Süni intellektin qəbulu Departamentin döyüşçülərimizi dəstəkləmək və düşmənlərimiz üzərində strateji üstünlüyü saxlamaq qabiliyyətini köklü şəkildə dəyişdirir." - deyə o bildirib.

xAI bildirib ki, yeni Grok məhsulları xüsusilə milli təhlükəsizlik məqsədləri üçün hazırlanıb və gizli mühitlərdə istifadə ediləcək. Bu sistemlər ABŞ Ümumi Xidmətlər Administrasiyası (GSA) vasitəsilə digər federal qurumlar üçün də əlçatan olacaq.

Qeyd edək ki, bu açıqlama, Grok-un keçən həftə X platformasında (əvvəlki Twitter) təhqiramiz cavablar verməsi və şirkətin buna görə üzr istəməsindən dərhal sonra verilib. Sözügedən hadisə şirkət daxilində də narazılıqlara səbəb olmuşdu.

Məqalədə: #ABŞ #Süni intellekt #İlon Mask #ABŞ Dövlət Departamenti #Pentaqon #Hərbi süni intellekt #Grok 3 təqdimatı #Tramp administrasiyası və Pentaqon

Mövzu üzrə digər xəbərlər

OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
Texnologiya

OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib

7 Sentyabr 22:28
Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib
Digər Dövlətlər

Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib

7 Sentyabr 21:41
Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib
Küveyt

Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib

7 Sentyabr 21:38
Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ
Digər Dövlətlər

Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ

7 Sentyabr 21:32

Son Xəbərlər

Dohadan Vaşinqtona sərt mesaj - Körfəz artıq yalnız ABŞ-yə güvənə bilməz...Qətər MƏKKƏ sazişinə qoşulur?
Dohadan Vaşinqtona sərt mesaj - Körfəz artıq yalnız ABŞ-yə güvənə bilməz...Qətər MƏKKƏ sazişinə qoşulur?
11:08
Səudiyyə Ərəbistanının sabitliyində təhlükəsizlik və enerji amilləri önə çəkilib
Səudiyyə Ərəbistanının sabitliyində təhlükəsizlik və enerji amilləri önə çəkilib
11:00
İordaniya Qəzzaya yeni humanitar yardım göndərib
İordaniya Qəzzaya yeni humanitar yardım göndərib
10:28
Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
10:22
Səudiyyə Ərəbistanı və Almaniya Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Səudiyyə Ərəbistanı və Almaniya Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
10:17
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.