8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

İsrail ordusu Əzm Donanması gemilərinə yenidən hücum edib

İsrail ordusu, Qəzza zolağına tətbiq olunan qanunsuz blokadanı yarmaq və humanitar yardım çatdırmaq məqsədilə yola çıxan Əzm Donanmasına məxsus gəmilərə beynəlxalq sularda hücum edib. Donanmanın canlı yayımlarında, İsrail ordusunun “durulmadığı təqdirdə müdaxilə ediləcəyi” barədə xəbərdarlıqlar eşidilib.

8 Oktyabr 2025 10:08
İsrail ordusu Əzm Donanması gemilərinə yenidən hücum edib

BAKI, AzerVoice, Fərid Mikayılov

İsrail ordusu, Qəzza zolağına tətbiq olunan qanunsuz blokadanı yarmaq və humanitar yardım çatdırmaq məqsədilə yola çıxan Əzm Donanmasına məxsus gəmilərə beynəlxalq sularda hücum edib.

AzerVoice xəbər verir ki, donanmanın canlı yayımlarında, İsrail ordusunun “durulmadığı təqdirdə müdaxilə ediləcəyi” barədə xəbərdarlıqlar eşidilib.

Canlı bağlantılarda, İsrail gəmilərinin donanmadakı gəmiləri mühasirəyə aldığı, iştirakçıların isə telefonlarını dənizə atdığı kadrlar yer alıb.

“Gəmilərimiz qanunsuz mühasirə altındadır. Kameralar deaktiv edildi və əsgərlər gəmilərə çıxdı. Gəmi ilə əlaqəmiz kəsildi” - deyə mətbuat qrupundan açıqlama verilib.

Açıqlamada, İsrail donanmasının hücumu Qəzzadan təxminən 120 dəniz mili (220 km) uzaqlıqda, beynəlxalq sularda həyata keçirdiyi vurğulanıb.

Donanmadan yayımlanan son görüntülərdə, İsrail ordusuna məxsus bir helikopterin “Vicdan” gəmisi üzərində uçduğu müşahidə edilib.

Açıqlamada bildirilib ki, “Vicdan” gəmisi üzərində hazırda hücum davam edir və gəmidə 93 jurnalist, həkim və aktivist var.

Gəminin 110 min dollar dəyərində tibbi ləvazimat, tənəffüs cihazı və qida məhsulları daşıdığı, bu yardımların Qəzzadakı xəstəxanalara çatdırılmasının planlaşdırıldığı qeyd olunub.

İsrailin “Kanal 12” telekanalı, donanmanın doqquz gəmini ələ keçirdiyini, təxminən 150 nəfəri saxladığını və gəmilərin Aşdod Limanına yönləndirildiyini bildirib.

İsrail Xarici İşlər Nazirliyi isə sosial mediada yaydığı açıqlamada, gəmilərin və sərnişinlərin İsraildəki limana köçürüldüyünü, bütün sərnişinlərin təhlükəsiz və sağlam vəziyyətdə olduğunu, yaxın zamanda ölkədən deportasiya ediləcəklərini açıqlayıb.

Məqalədə: #Qəzza #İsrail #Qəzza zolağı #İsrail ordusu #Qəzza blokadası #Beynəlxalq humanitar yardım #Vicdan Gəmisi #Qlobal Əzm Donanması #Əzm Flotiliyası

Mövzu üzrə digər xəbərlər

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
Digər Xəbərlər

Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb

7 Sentyabr 19:43
Böyük Britaniya İsrail yaşayış məntəqələri ilə bağlı ticarət qadağası tətbiq edə bilər
Digər Dövlətlər

Böyük Britaniya İsrail yaşayış məntəqələri ilə bağlı ticarət qadağası tətbiq edə bilər

7 Sentyabr 19:39
Livan Prezidenti İsraili razılaşmanı pozmaqda ittiham edib
Livan

Livan Prezidenti İsraili razılaşmanı pozmaqda ittiham edib

7 Sentyabr 19:34

Son Xəbərlər

Səudiyyə Ərəbistanı və Almaniya Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Səudiyyə Ərəbistanı və Almaniya Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
10:17
Fransa Dənizaşırı ərazilər üçün viza qaydalarını sərtləşdirir
Fransa Dənizaşırı ərazilər üçün viza qaydalarını sərtləşdirir
10:00
Səudiyyə Ərəbistanı husilərin hücumlarını pisləyib
Səudiyyə Ərəbistanı husilərin hücumlarını pisləyib
09:48
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək
09:42
Mədinə qubernatoru fətvalarda mötədilliyin vacibliyini vurğulayıb
Mədinə qubernatoru fətvalarda mötədilliyin vacibliyini vurğulayıb
09:36
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.