7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

İranın nüvə proqramı yalnız dinc məqsədlərə xidmət edir - Pezeşkian

İran Prezidenti Məsud Pezeşkian bir daha bəyan edib ki, İranın nüvə proqramı yalnız dinc məqsədlərlə həyata keçirilir və ölkənin daxili ehtiyaclarını ödəməyə yönəlib. O, İslam Respublikasının heç vaxt nüvə silahı əldə etməyə çalışmadığını vurğulayıb. Bu açıqlamaları Pezeşkian çərşənbə axşamı Avstriyanın Tehrandakı yeni səfiri Fridrix Ştiftin etimadnamələrinin qəbul mərasimində səsləndirilib.

19 Noyabr 2025 10:56
İranın nüvə proqramı yalnız dinc məqsədlərə xidmət edir - Pezeşkian

BAKI, AzerVoice, Nailə Babazadə

İran Prezidenti Məsud Pezeşkian bir daha bəyan edib ki, İranın nüvə proqramı yalnız dinc məqsədlərlə həyata keçirilir və ölkənin daxili ehtiyaclarını ödəməyə yönəlib. O, İslam Respublikasının heç vaxt nüvə silahı əldə etməyə çalışmadığını vurğulayıb.

AzerVoice xəbər verir ki, bu açıqlamaları Pezeşkian çərşənbə axşamı Avstriyanın Tehrandakı yeni səfiri Fridrix Ştiftin etimadnamələrinin qəbul mərasimində səsləndirilib.

Prezident bəyan edib ki, bəzi ölkələr əsassız ittihamlar irəli sürərək və geniş təbliğat kampaniyaları apararaq İranın dinc nüvə fəaliyyətlərinə şübhə yaratmağa cəhd göstərirlər. Onun sözlərinə görə, İranın heç vaxt nüvə silahı əldə etməyə səy göstərmədiyi barədə verdiyi təminatlara baxmayaraq, bu kampaniyalar davam edir.

“Bizim nüvə proqramımız tamamilə nüvə enerjisinin dinc tətbiqləri çərçivəsində həyata keçirilir və xalqımızın sağlamlıq, tibb, sənaye, kənd təsərrüfatı, elm və texnologiya sahələrində ehtiyaclarını ödəməyə yönəlib,” – deyə Pezeşkian bildirib.

Prezident həmçinin əlavə edib ki, İranın xarici siyasəti əməkdaşlıq, dostluq, sülh və qarşılıqlı maraqlara əsaslanan əlaqələrin genişləndirilməsi üzərində qurulub.

Avstriya ilə bağlı danışan Pezeşkian bildirib ki, İran onilliklərdir Avropa ölkəsi ilə konstruktiv və hörmətə əsaslanan münasibətlər saxlayır və bütün sahələrdə ikitərəfli əlaqələrin daha da gücləndirilməsinə çalışır.

Məqalədə: #İran #nüvə enerjisi #Məsud Pezeşkian #nüvə silahı #nüvə proqramı #Nüvə razılaşması #İranın nüvə irəliləyişi #İranın nüvə danışıqları #İran nüvə sazişi #Nüvə reaktoru #nüvə parçalanması #Nüvə proqramları

Mövzu üzrə digər xəbərlər

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib

5 Sentyabr 19:56
İran Cənub Parsdakı dağıntıların tam təmizləndiyini açıqlayıb
İran

İran Cənub Parsdakı dağıntıların tam təmizləndiyini açıqlayıb

5 Sentyabr 19:54

Son Xəbərlər

QFZ rəhbəri və Qazaxıstan səfiri investisiyaların cəlb edilməsi üzrə əməkdaşlığı müzakirə ediblər
QFZ rəhbəri və Qazaxıstan səfiri investisiyaların cəlb edilməsi üzrə əməkdaşlığı müzakirə ediblər
13:52
İraq kütləvi məzarlıqlardakı qurbanların taleyinin araşdırılmasını sürətləndirir
İraq kütləvi məzarlıqlardakı qurbanların taleyinin araşdırılmasını sürətləndirir
13:51
Ərbil və Bağdad münasibətlərinin inkişafı müzakirə olunub
Ərbil və Bağdad münasibətlərinin inkişafı müzakirə olunub
13:46
İraqda media ekoloji problemlərlə bağlı maarifləndirməni gücləndirəcək
İraqda media ekoloji problemlərlə bağlı maarifləndirməni gücləndirəcək
13:38
Səudiyyə Ərəbistanı Qəzza sakinlərinə humanitar yardımı davam etdirir
Səudiyyə Ərəbistanı Qəzza sakinlərinə humanitar yardımı davam etdirir
13:35
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.