7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Zelenski və Tramp müharibənin sona çatdırılması yollarını müzakirə ediblər

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Tramp ilə müharibənin dayandırılması istiqamətində davam edən səyləri müzakirə etdiklərini bildirib. Zelenski sosial media hesabındakı paylaşımında Tramp ilə telefon danışığı apardığını qeyd edib. Telefon danışığında ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun, Trampın kürəkəni və keçmiş baş müşaviri Cared Kuşnerin də iştirak etdiyini vurğulayan Zelenski, Vitkoff və Kuşnerin bu gün İsveçrənin Cenevrə şəhərində Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov ilə görüşəcəklərini xatırladıb.

26 Fevral 2026 09:21
Zelenski və Tramp müharibənin sona çatdırılması yollarını müzakirə ediblər
Bizi buradan izləyin və Bizə yazın

BAKI, VOA, Nailə Babazadə

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Tramp ilə müharibənin dayandırılması istiqamətində davam edən səyləri müzakirə etdiklərini bildirib.

VOA xəbər verir ki, bu barədə Zelenski sosial media hesabındakı paylaşımında Tramp ilə telefon danışığı apardığını qeyd edib.

Telefon danışığında ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun, Trampın kürəkəni və keçmiş baş müşaviri Cared Kuşnerin də iştirak etdiyini vurğulayan Zelenski, Vitkoff və Kuşnerin bu gün İsveçrənin Cenevrə şəhərində Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov ilə görüşəcəklərini xatırladıb.

Tramp ilə söhbəti zamanı Cenevrede keçiriləcək ikitərəfli görüşlər və martın əvvəlində Rusiya, Ukrayna və ABŞ-ın iştirakı ilə planlaşdırılan üçtərəfli danışıqların yeni mərhələsinə hazırlıq məsələlərini danışdıqlarını qeyd edən Zelenski, "Bunun liderlər səviyyəsində danışıqlara keçmək üçün bir fürsət yaradacağına ümid edirik," – deyə bildirib.

Trampın müharibənin sona çatdırılması üçün görülən bu işləri dəstəklədiyini deyən Zelenski, "Bütün çətin və həssas məsələləri həll etməyin və nəhayət müharibəni bitirməyin tək yolu budur," – deyə qiymətləndirmə aparıb.

Zelenski, həmçinin Rusiyanın hücumları səbəbindən Ukraynanın ağır qış mövsümü keçirdiyini qeyd edərək, Tramp ilə görüşündə hava hücumundan müdafiə sistemləri üçün raketlərin tədarükü məsələsini də müzakirə etdiklərini bildirib.

Məqalədə: #Donald Tramp #Rusiya-Ukrayna münaqişəsi #Trampın Qəzza planı #Ukrayna-Rusiya müharibəsi #Trampın siyasətləri #Tramp administrasiyası #Trampın fərmanları #Rusiya-Ukrayna müharibəsi #Trampın iddiaları #Rusiya-Ukrayna müharibəsinin sonu #Trampın Avropa siyasəti #Rusiyanın Ukrayna ilə müharibəsi 2025 #Ukrayna Rusiya müharibəsində vasitəçi #Ukrayna və Rusiyanın barışıq təklifləri #Rusiya Ukrayna danışıqları #Rusiya Ukrayna sülh təşəbbüsü

Mövzu üzrə digər xəbərlər

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Fələstin

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib

6 Sentyabr 20:41
ABŞ-də benzin qiymətləri rekord həddə yaxınlaşır
Digər Dövlətlər

ABŞ-də benzin qiymətləri rekord həddə yaxınlaşır

5 Sentyabr 18:03
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Digər Dövlətlər

Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib

4 Sentyabr 21:23

Son Xəbərlər

Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
07:20
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
06:00
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.