8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Donald Trampdan İrana sərt xəbərdarlıq: "Xark adasındakı hədəflər məhv edilib"

ABŞ Prezidenti Donald Tramp Tehranın gəmilərin Hörmüz boğazından keçidinə mane olmağa davam edəcəyi təqdirdə İranın Xark adasındakı neft infrastrukturuna hücum edəcəyi ilə bağlı xəbərdarlıq edib. Tramp bildirib ki, Birləşmiş Ştatlar İranın xam neft ixracının təxminən 90 faizini idarə edən adadakı "hər bir hərbi hədəfi tamamilə məhv edib".

14 Mart 2026 10:44
Donald Trampdan İrana sərt xəbərdarlıq: "Xark adasındakı hədəflər məhv edilib"

BAKI, VOA

ABŞ Prezidenti Donald Tramp Tehranın gəmilərin Hörmüz boğazından keçidinə mane olmağa davam edəcəyi təqdirdə İranın Xark adasındakı neft infrastrukturuna hücum edəcəyi ilə bağlı xəbərdarlıq edib.

VOA xəbər verir ki, Tramp bildirib ki, Birləşmiş Ştatlar İranın xam neft ixracının təxminən 90 faizini idarə edən adadakı "hər bir hərbi hədəfi tamamilə məhv edib".

Qeyd edək ki, Neft ticarəti Çin yuanı ilə aparılsın Yüksək rütbəli bir rəsmi şəxs "CNN" telekanalına açıqlamasında bildirib ki, İran Hörmüz boğazından məhdud sayda neft tankerinin keçməsinə icazə verməyi nəzərdən keçirir. Lakin Tehran bunun üçün əsas şərt kimi neft yüklərinin ticarətinin Çin yuanı ilə aparılmasını tələb edir.

Mənbə əlavə edib ki, bu potensial addım İslam Respublikasının boğaz vasitəsilə neft tankerlərinin axınını idarə etmək üçün yeni bir plan üzərində işlədiyi vaxta təsadüf edir.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatlardan sonra regionda vəziyyət kəskinləşib.

İran tərəfi bu hücumlara cavab olaraq təkcə İsraili deyil, həm də ABŞ bazalarının yerləşdiyi Qətər, Küveyt və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) kimi ölkələrdəki müəyyən hədəfləri vurduğunu bəyan edib.

Son məlumatlara görə, ABŞ-İsrail hücumları nəticəsində İranın ali rəhbəri Ayətullah Əli Xameneyi də daxil olmaqla, bir çox yüksək rütbəli rəsmi şəxs həyatını itirib. İran rəsmilərinin açıqlamasına əsasən, hücumlar nəticəsində ölənlərin sayı 1348-i keçib, 17 mindən çox insan isə yaralanıb.

Məqalədə: #Donald Tramp #Trampın siyasətləri #Tramp İran siyasəti #İsrailin İran hücum planı

Mövzu üzrə digər xəbərlər

Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib
Digər Dövlətlər

Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib

7 Sentyabr 21:41
Qəzzadakı vəziyyət siyasi həll imkanlarını daraldır
Yaxın Şərq

Qəzzadakı vəziyyət siyasi həll imkanlarını daraldır

7 Sentyabr 18:37
ABŞ-də benzin qiymətləri rekord həddə yaxınlaşır
Digər Dövlətlər

ABŞ-də benzin qiymətləri rekord həddə yaxınlaşır

5 Sentyabr 18:03
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.