8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

İranla razılıq olmasa, yenidən təchiz edilən gəmilərimiz işə düşəcək - Tramp

ABŞ Prezidenti Donald Tramp "New York Post" qəzetinə verdiyi eksklüziv müsahibədə, Pakistanın paytaxtı İslamabadda keçiriləcək danışıqlardan nəticə hasil olmasa, İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlayacaqlarını bəyan edib. Tramp ABŞ hərbi gəmilərinin hazırda ən müasir silah-sursatla yenidən təchiz edildiyini bildirib.

10 Aprel 2026 20:34
İranla razılıq olmasa, yenidən təchiz edilən gəmilərimiz işə düşəcək - Tramp

BAKI,VOA, Nailə Babazadə

ABŞ Prezidenti Donald Tramp "New York Post" qəzetinə verdiyi eksklüziv müsahibədə, Pakistanın paytaxtı İslamabadda keçiriləcək danışıqlardan nəticə hasil olmasa, İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlayacaqlarını bəyan edib.

VOA xəbər verir ki,Tramp ABŞ hərbi gəmilərinin hazırda ən müasir silah-sursatla yenidən təchiz edildiyini bildirib.

Prezident müsahibəsində hərbi hazırlıqların miqyasını vurğulayaraq deyib: "Hazırda gəmilərimizi indiyə qədər hazırlanmış ən yaxşı döyüş sursatları və silahlarla yükləyirik. Bu silahlar əvvəl istifadə etdiklərimizdən də qat-qat üstündür. Əgər bir razılaşma əldə olunmasa, biz onlardan istifadə edəcəyik və bu, çox effektiv olacaq". Tramp həmçinin özünə məxsus "Truth Social" platformasında "DÜNYANIN ƏN GÜCLÜ RESETİ!!!" (WORLD'S MOST POWERFUL RESET!!!) ifadəsini paylaşaraq hərbi və siyasi gedişatın miqyasına işarə edib.

Bu həftəsonu İslamadadda keçiriləcək kritik danışıqlara rəhbərlik etmək üçün vitse-prezident JD Vance artıq Pakistana yola düşüb. Vance nümayəndə heyətinə rəhbərlik edərək Tehranın qarşısında ABŞ-ın şərtlərini qoyacaq. O, İslamabada getməzdən əvvəl verdiyi bəyanatda İranı Vaşinqtonla "oyun oynamamağa" çağırıb və danışıqların gərgin atmosferdə keçəcəyinin mesajını verib.

İslamabadda baş tutacaq bu görüşlər son aylar ərzində bölgədə davam edən hərbi gərginliyi və İsraili də əhatə edən atəşkəs prosesini tənzimləmək üçün son şans kimi qiymətləndirilir. Lakin Tramp-ın "hərbi reset" hədəsi göstərir ki, ABŞ diplomatiya masasında hərbi güc kartından maksimum dərəcədə istifadə etmək niyyətindədir.

Məqalədə: #Pakistan #Donald Tramp #Trampın siyasətləri #Trampın fərmanları #Trampın iddiaları #Tramp İran siyasəti

Mövzu üzrə digər xəbərlər

Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
Digər Xəbərlər

Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb

7 Sentyabr 19:43
ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
Digər Xəbərlər

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb

4 Sentyabr 20:43
Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
Digər Xəbərlər

Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb

4 Sentyabr 18:14
Meloni hökuməti İtaliyanın İkinci Dünya müharibəsindən sonrakı ən uzunömürlü kabineti oldu
Digər Xəbərlər

Meloni hökuməti İtaliyanın İkinci Dünya müharibəsindən sonrakı ən uzunömürlü kabineti oldu

4 Sentyabr 13:26

Son Xəbərlər

Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir
Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir
12:18
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
12:00
BƏƏ-nin 6 ölkədə yeni səfirləri fəaliyyətə başlayıb.
BƏƏ-nin 6 ölkədə yeni səfirləri fəaliyyətə başlayıb.
11:15
Dohadan Vaşinqtona sərt mesaj - Körfəz artıq yalnız ABŞ-yə güvənə bilməz...Qətər MƏKKƏ sazişinə qoşulur?
Dohadan Vaşinqtona sərt mesaj - Körfəz artıq yalnız ABŞ-yə güvənə bilməz...Qətər MƏKKƏ sazişinə qoşulur?
11:08
Səudiyyə Ərəbistanının sabitliyində təhlükəsizlik və enerji amilləri önə çəkilib
Səudiyyə Ərəbistanının sabitliyində təhlükəsizlik və enerji amilləri önə çəkilib
11:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.