7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq Fələstin
Fələstin

Qəzzada xərçəng xəstələri ölümə tərk edilir

İsrailin Fələstin-Türkiyə Dostluq Xəstəxanasını bombalaması, Qəzza-Avropa Xəstəxanası və Qəzza Xərçəng Mərkəzinin boşaldılması nəticəsində hazırda bölgədə xərçəng xəstələri müalicə almaqda ciddi çətinliklərlə üzləşirlər

12 İyun 2025 14:55
Qəzzada xərçəng xəstələri ölümə tərk edilir

BAKI, AzerVoice

Qəzzada onkoloji xəstələr üçün həyati təhlükə dərinləşir.

AzerVoice xəbər verir ki, İsrailin səhiyyə infrastrukturlarını hədəfə alması Qəzzada minlərlə xərçəng xəstəsini kritik vəziyyətə salıb.

İsrailin Fələstin-Türkiyə Dostluq Xəstəxanasını bombalaması, Qəzza-Avropa Xəstəxanası və Qəzza Xərçəng Mərkəzinin boşaldılması nəticəsində hazırda bölgədə xərçəng xəstələri müalicə almaqda ciddi çətinliklərlə üzləşirlər. Qəzzada 11 min onkoloji xəstənin müalicə aldığı mərkəzlərin tək-tək sıradan çıxarılması ilə tibbi xidmətlər iflic olub. Ən çox müraciət olunan Nasser Xəstəxanasında dərman və avadanlıq çatışmazlığı səbəbilə xəstələrə yalnız məhdud yardım göstərilir.

Qəzza Xərçəng Mərkəzinin direktoru Məhəmməd Əbu Neda bildirib ki, radioterapiya xidmətlərinin olmaması, dərmanların 64 faizinin tükənməsi və xəstələrin çoxunun çadırlarda, ağır şəraitdə yaşaması vəziyyəti daha da çətinləşdirir. Onun sözlərinə görə, hər gün orta hesabla iki xərçəng xəstəsi müalicə çatışmazlığından həyatını itirir. Müalicə üçün xaricə getməsi nəzərdə tutulan 5 min xəstə isə Rəfah keçidinin bağlı olması səbəbilə Qəzzanı tərk edə bilmir.

Kimyaterapiyası yarımçıq qalan xəstələrdən biri olan Hiba Əhməd bildirib ki, müalicədən sonra düzgün qidalanma çox vacibdir, lakin Qəzzada nə yemək, nə də içməli su var. Digər xəstə Məhəmməd Əbu Asi isə dərman çatışmazlığından kimyaterapiyanı üç həftə gecikmə ilə ala bildiyini, artıq xəstəliyin son mərhələsində olduğunu deyib.

Qeyd edək ki, 2023-cü ildən etibarən Qəzzadakı səhiyyə sistemi ciddi zərbələr alıb. Regiona tətbiq olunan blokada və müharibə səbəbilə səhiyyə resursları tükənib, xərçəng xəstələri isə həm xəstəlik, həm də münaqişənin ağır nəticələri ilə mübarizə aparmaq məcburiyyətində qalıblar.

Məqalədə: #Qəzza zolağı #Xərçəng xəstəliyi #Qəzza münaqişəsi #Humanitar fəlakət Qəzza #Qəzzada humanitar böhran #İsrail və Qəzza #İsrail və Qəzza münaqişəsi

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Ərəbistanı Qəzza sakinlərinə humanitar yardımı davam etdirir
Fələstin

Səudiyyə Ərəbistanı Qəzza sakinlərinə humanitar yardımı davam etdirir

13:35
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Fələstin

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib

6 Sentyabr 20:41
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

4 Sentyabr 20:41
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin

Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib

4 Sentyabr 20:26

Son Xəbərlər

Ford İraqda yeni rəsmi distribyutor təyin edib
Ford İraqda yeni rəsmi distribyutor təyin edib
16:04
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
15:58
Səudiyyə Ərəbistanı Yəməndə 863 mina və partlayıcı qurğunu zərərsizləşdirib
Səudiyyə Ərəbistanı Yəməndə 863 mina və partlayıcı qurğunu zərərsizləşdirib
15:55
"44" bədii filminin premyerasının vaxtı məlum olub
"44" bədii filminin premyerasının vaxtı məlum olub
15:47
Səudiyyə Ərəbistanı Əl-Xəfci şəhərində yeni sahil layihəsi həyata keçirəcək
Səudiyyə Ərəbistanı Əl-Xəfci şəhərində yeni sahil layihəsi həyata keçirəcək
15:34
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.