5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq Fələstin
Fələstin

Qəzzada son hücumlarda 32 fələstinli həyatını itirib

İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hücumlar nəticəsində azı 32 fələstinli həyatını itirib, onlarla insan yaralanıb. Yerli mənbələr hücumların müxtəlif bölgələrdə qeydə alındığını bildirir

25 İyun 2025 14:45
Qəzzada son hücumlarda 32 fələstinli həyatını itirib

BAKI, AzerVoice

Qəzzada son hücumlarda 32 fələstinli həyatını itirib

AzerVoice xəbər verir ki, İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hücumlar nəticəsində azı 32 fələstinli həyatını itirib, onlarla insan yaralanıb. Yerli mənbələr hücumların müxtəlif bölgələrdə qeydə alındığını bildirir.

Xəstəxana mənbələrinin məlumatına görə, Qəzzanın şimalındakı Cibaliya bölgəsində baş verən hücumda 3 nəfər həlak olub. Cənubdakı Şucayyə məhəlləsində bir evin hədəfə alınması nəticəsində 12 nəfər həyatını itirib, bir neçə nəfər yaralanıb.

Qəzzanın mərkəzində yerləşən Nusayrat Qaçqınlar Düşərgəsinin şimalında bir evə təşkil edilən hava hücumu zamanı 6, Deyr əl-Bəlah bölgəsində isə 4 fələstinli həyatını itirib.

Yardım bölgəsində gözləyən mülki şəxslərin hədəfə alındığı Səlahəddin küçəsindəki hücumda isə 7 nəfər ölüb, 2-si ağır olmaqla 18 nəfər yaralanıb.

Xatırladaq ki, Qəzzadakı Hökumət Media Ofisinin məlumatına görə, mayın 27-dən bu yana ABŞ və İsrailin dəstəklədiyi “Qəzzəyə Humanitar Yardım Fondu” çərçivəsində yaradılan paylama nöqtələri ətrafında baş verən hücumlarda azı 516 nəfər həyatını itirib, 3799 nəfər yaralanıb. HƏMAS bu yardım sistemini tənqid edərək “ölüm tələləri” adlandırıb.

BMT və digər beynəlxalq təşkilatların çağırışlarına baxmayaraq, Qəzzada hərbi əməliyyatlar və humanitar vəziyyətin ağırlığı davam edir. İsrailin sərhəd keçidlərini bağlaması səbəbilə yüzlərlə yardım maşını bölgəyə daxil ola bilmir.

Qeyd edək ki, 2023-cü ilin oktyabrından bu yana davam edən münaqişə nəticəsində bölgədə humanitar böhran dərinləşib, infrastrukturun ciddi şəkildə dağıldığı bildirilir.

Məqalədə: #İsrail #Fələstin #Qəzza zolağı #BMT #ABŞ #HƏMAS #humanitar böhran #Qəzzada humanitar böhran #Qəzzada aclıq və səfalət #İsrail və Qəzza #İsrailin Qəzza siyasəti

Mövzu üzrə digər xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib

4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
Livan

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır

4 Sentyabr 21:32

Son Xəbərlər

Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
14:57
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
14:26
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
14:10
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
14:06
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
13:44
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.