6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq Fələstin
Fələstin

Netanyahu ilə Baş Qərargah rəisi Zamir arasında Qəzza planı üzrə gərgin mübahisə yaranıb

Bu gərginlik, İsrail hökuməti daxilində Qəzza ilə bağlı gələcək strategiyanın müəyyənləşdirilməsində ciddi fikir ayrılıqlarının olduğunu ortaya qoyur.

5 İyul 2025 09:21
Netanyahu ilə Baş Qərargah rəisi Zamir arasında Qəzza planı üzrə gərgin mübahisə yaranıb

BAKI,AzerVoice

İsrail mediasının bu gün yaydığı məlumata görə, baş nazir Benyamin Netanyahu ilə İsrail Ordusunun baş qərargah rəisi Eyəl Zamir arasında ötən gecə keçirilən təhlükəsizlik müşavirəsində Qəzzanın gələcəyi ilə bağlı planlara dair kəskin söz atışması yaşanıb.

AzerVocie xəbər verir ki, Netanyahu Qəzza əhalisinin böyük əksəriyyətinin cənuba köçürülməsi planının hazırlanmasını əmr edib. Lakin bu təklif İsrail ordusunun rəhbərliyində ciddi narazılıq yaradıb.

"Hərbi idarəetməmi istəyirsiniz? İki milyon insana kim nəzarət edəcək?" – bu sualla Zamir Netanyahunun planını sorğulayıb. "Times of Israel" portalının yaydığı məlumata görə, Netanyahu bu sual qarşısında səsini yüksəldərək Zamirə belə cavab verib:

"Mən hərbi idarəetmə istəmirəm. Amma HƏMAS-ı heç bir halda arxamızda qoymağa hazır deyiləm. Mən buna icazə verməyəcəyəm!"

Netanyahu əlavə edib ki, əgər köçürmə planı həyata keçirilməzsə, alternativ bütün zolağın işğalı və tam nəzarətə alınması olacaq – bu isə girovların öldürülməsi deməkdir.
"Bu mənim istədiyim deyil, mən buna hazır deyiləm."-deyə o qeyd edib.

Zamir isə buna cavab olaraq xəbərdarlıq edib və bildirib ki,"Bu məsələni ciddi müzakirə etməliyik. Biz bu planı təsdiqləməmişik. Ac və qəzəbli insanlara nəzarət cəhdləri tam nəzarət itkisinə səbəb ola bilər və nəticədə bu insanlar İsrail ordusuna qarşı çıxa bilərlər."

Müzakirənin sonunda Netanyahu əmrini təkrarlayaraq, "Köçürmə planını hazırlayın. Vaşinqtondan qayıdanda onu görmək istəyirəm."- deyib

Bu gərginlik, İsrail hökuməti daxilində Qəzza ilə bağlı gələcək strategiyanın müəyyənləşdirilməsində ciddi fikir ayrılıqlarının olduğunu ortaya qoyur.

Məqalədə: #Fələstin #Fələstin məsələsi #İsrailin Fələstin siyasəti #Fələstin-İsrail münaqişəsi #İsrail Fələstin münaqişəsi #Fələstin Muxtariyyəti böhranı #Fələstin liderliyi böhranı #Fələstin seçkiləri və Abbasın gələcəyi #Ərəb ölkələrinin Fələstin planı #Fələstin humanitar yardımı #Netanyahu 7 Oktyabr istintaqı #Netanyahu məsuliyyətdən yayınır #Netanyahu siyasi böhran #Netanyahu niyə 7 Oktyabr istintaqını qəbul etmir? #Netanyahu 7 Oktyabr hadisələrində günahkardırmı? #Netanyahu hökumətinin istintaq komissiyası barədə mövqeyi nədir? #Benyamin Netanyahunun Şabak qərarı #Netanyahu niyə Ronen Barı vəzifədən çıxardı? #Benyamin Netanyahu HƏMAS siyasəti #Eyal Zamir #Netanyahunun Bakı səfəri #Netanyahu və ordu rəhbərliyi arasında gərginlik #Əhməd Şəraa və Netanyahu görüşü #Netanyahu və Suriya danışıqları #Netanyahunun ərəb şüuru planı #Netanyahu HƏMAS açıqlaması #Netanyahu İran siyasəti #Netanyahunun regional siyasəti #Netanyahuya Trampdan təzyiq

Mövzu üzrə digər xəbərlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Yaxın Şərq

Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb

5 Sentyabr 21:41
Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb
Yaxın Şərq

Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb

5 Sentyabr 20:34
İsrail qüvvələri İordan çayının qərb sahilində Yabad şəhərinə basqın edib
Yaxın Şərq

İsrail qüvvələri İordan çayının qərb sahilində Yabad şəhərinə basqın edib

5 Sentyabr 18:07

Son Xəbərlər

BƏƏ-də viza qaydaları - Ölkəni tərk etmədən vizanın növünü necə dəyişmək olar?
BƏƏ-də viza qaydaları - Ölkəni tərk etmədən vizanın növünü necə dəyişmək olar?
13:00
İslamofobiya nədir və nə üçün bu qədər yayğındır?
İslamofobiya nədir və nə üçün bu qədər yayğındır?
12:40
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
12:01
İslam alimlərinin riyaziyyat, astronomiya və coğrafiya sahəsində töhfələri
İslam alimlərinin riyaziyyat, astronomiya və coğrafiya sahəsində töhfələri
12:00
Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox, İsrailə təhvil verib
Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox, İsrailə təhvil verib
11:52
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.