7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Azərbaycana verdiyi dəstəyə görə AŞPA-dakı Türkiyə nümayəndə heyətinə təşəkkür edirik - Komitə sədri

30 Yanvar 2024 07:33
Azərbaycana verdiyi dəstəyə görə AŞPA-dakı Türkiyə nümayəndə heyətinə təşəkkür edirik - Komitə sədri

Bakı. AzerVoice:

Bu gün Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi üzvlərinin Türkiyə Böyük Millət Məclisinin(TBMM) Milli Müdafiə Komitəsinin sədri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü keçirilib.

Parlamentdən AzerVoice-ə bildirilib ki, komitə sədri Səməd Seyidov Türkiyə parlament nümayəndə heyətini salamlayaraq, onları Azərbaycan parlamentində görməkdən məmnunluğunu ifadə edib.

O, “bir millət, iki dövlət” olan Azərbaycan və Türkiyə arasında dostluq, qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini deyib, qardaş ölkələr arasında bütün istiqamətlərdə əməkdaşlığın daha da möhkəmləndiyini və artıq yeni səviyyəyə yüksəldiyini bildirib. Səməd Seyidov Hulusi Akarın Türkiyənin milli müdafiə naziri olduğu dövrdə gördüyü işlərin yüksək qiymətləndirildiyini qeyd edib, ona TBMM-in Milli Müdafiə Komitəsinin sədri kimi fəaliyyətində uğurlar diləyib.

Komitə sədri Qarabağ məsələsində, 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana göstərdiyi dəstəyin önəmindən bəhs edib, Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladıqları Şuşa Bəyannaməsinin mühüm tarixi əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, Azərbaycanın regionda sülh və əmin-amanlığın tərəfdarı olduğunu, lakin buna maneçilik törədildiyini və bu maneələrə qarşı lazımi addımların atıldığını söyləyib.

Səməd Seyidov Azərbaycan və Türkiyənin hər zaman bir-birinin yanında olduğunu, hazırda ölkələrimiz arasında əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu, Türk dünyası çərçivəsində münasibətlərin genişləndirildiyini bildirib. O, bugünlərdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin qurumun iclasında bəyanatla çıxış etdiyini diqqətə çatdırıb.

Komitə sədri qeyd edib ki, Azərbaycan öz torpaqlarını azad, suverenliyini bərpa etdikdən sonra bəzi Avropa dövlətləri ölkəmizə qarşı qərəzli münasibət göstərir. Bununla əlaqədar Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını dayandırmaq qərarına gəlib. Səməd Seyidov Azərbaycana verdiyi dəstəyə görə AŞPA-dakı Türkiyə nümayəndə heyətinə təşəkkürünü ifadə edib.

Türkiyə Böyük Millət Məclisinin Milli Müdafiə Komitəsinin sədri Hulusi Akar qonaqpərvərliyə və səmimi görüşə görə təşəkkür edərək, ölkəmizdə bütün sahələrdə müşahidə olunan dinamik inkişafdan məmnunluğunu bildirib. Qonaq səfər zamanı keçirdiyi görüşlərdən, aparılan danışıqlardan razılıqla söhbət açıb. O, iki ölkə arasında qardaşlıq və müttəfiqlik əlaqələrinin bütün sahələrdə uğurlu inkişaf etdiyini söyləyib. Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Hulusi Akar parlamentlərarası əlaqələrin əhəmiyyətindən, deputatlarımızın ikitərəfli, o cümlədən komitələr arasında, habelə beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığından bəhs edib. O, Türk Dövlətləri Parlament Assambleyasında əlaqələrin genişləndirilməsinin böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Qonaq Azərbaycan ərazilərinin 30 il ərzində işğalı dövründə Türkiyə dövlətinin və xalqının narahatlıq keçirdiyini və 44 günlük Vətən müharibəsində ölkəmizin Qələbəsindən qürur duyduqlarını söyləyib. O, Azərbaycan və Türkiyənin təhlükəsizliyinin təmin edilməsinin, ölkələrimizin silahlı qüvvələri arasında əməkdaşlığın vacibliyini qeyd edib.

Hulusi Akar Azərbaycanda keçiriləcək növbədənkənar Prezident seçkilərində xalqımıza uğurlar diləyib və deyib ki, Qarabağ Fatehi, ölkə Prezidenti İlham Əliyevin yenidən dövlət başçısı seçiləcəyinə inanırıq.

Görüşdə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri Sabir Rüstəmxanlı, Sevinc Fətəliyeva, Cavanşir Feyziyev, Nəsib Məhəməliyev, Sahib Alıyev, Asim Mollazadə, Ramil Həsən, Rasim Musabəyov, Nigar Arpadarai, Sevil Mikayılova çıxış edərək, əlaqələrimizin tarixi və bu günü, iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi haqqında fikirlərini açıqlayıblar.

Görüşdə Türkiyə Böyük Millət Məclisinin deputatları Refik Özen, Mehmeb Ali Çeleb, Feyzi Berdibek, Özgür Ceylan, Metin İlhan, Zuhal Dora, Dursun Ataş, Didem Hastürk, Volkan Durmaz, Gencehan Babiş, Muhammed Akkiraz, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı və digər rəsmi şəxslər iştirak ediblər.

Azərbaycana verdiyi dəstəyə görə AŞPA-dakı Türkiyə nümayəndə heyətinə təşəkkür edirik - Komitə sədri Azərbaycana verdiyi dəstəyə görə AŞPA-dakı Türkiyə nümayəndə heyətinə təşəkkür edirik - Komitə sədri Azərbaycana verdiyi dəstəyə görə AŞPA-dakı Türkiyə nümayəndə heyətinə təşəkkür edirik - Komitə sədri
Məqalədə: #Türkiyə #Azərbaycan #AŞPA

Mövzu üzrə digər xəbərlər

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər
Cəmiyyət

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər

12:27
Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
Siyasət

Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir

12:06
BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30

Son Xəbərlər

BƏƏ və Almaniya strateji tərəfdaşlığı yeni sahələrə genişləndirir
BƏƏ və Almaniya strateji tərəfdaşlığı yeni sahələrə genişləndirir
14:22
Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir
Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir
14:14
Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı
Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı
14:08
Ciddədə qadınlara qarşı zorakılıqla mübarizədə dini liderlərin rolu müzakirə olunub
Ciddədə qadınlara qarşı zorakılıqla mübarizədə dini liderlərin rolu müzakirə olunub
14:07
Ər-Riyadda Səudiyyə Ərəbistanının 300 illik təhlükəsizlik tarixi müzakirə olunur
Ər-Riyadda Səudiyyə Ərəbistanının 300 illik təhlükəsizlik tarixi müzakirə olunur
14:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.