8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Sahibə Qafarova Bəhreyn Krallığının Nümayəndələr Məclisinin sədri ilə görüşüb

21 Fevral 2024 19:20
Sahibə Qafarova Bəhreyn Krallığının Nümayəndələr Məclisinin sədri ilə görüşüb

Bakı. AzerVoice:

Milli Məclisin sədri Sahibə Qafarova Bakıda keçiriləcək Asiya Parlament Assambleyasının 14-cü Plenar Sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Bəhreyn Krallığının Nümayəndələr Məclisinin sədri Əhməd bin Salman Əl-Musalam ilə görüşüb.

Parlamentdən AzerVoice-ə verilən məlumata görə, qonağı Azərbaycan Milli Məclisində salamlamaqdan məmnunluğunu bildirən spiker Sahibə Qafarova xalqlarımız arasında mövcud olan ortaq dini və mədəni dəyərlərin ölkələrimiz arasında münasibətlərin inkişafına müsbət töhfə verdiyini və ölkələrimizin bir sıra sahələrdə uğurlu əməkdaşlıq etdiklərini bildirib.

Bakıda Asiya Parlament Assambleyasının 14-cü Plenar Sessiyasının uğurla keçiriləcəyinə inamını ifadə edən Bəhreyn Krallığının Nümayəndələr Məclisinin sədri Əhməd bin Salman Əl-Musalam bu təşkilatın birgə əməkdaşlıq üçün yaxşı platforma olduğunu qeyd edib.

7 fevral tarixində keçirilən növbədənkənar prezident seçkilərində qalib gələrək, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdıran Bəhreyn Krallığının Nümayəndələr Məclisinin sədri, ölkəsinin Azərbaycanla əlaqələrin bütün sahələrdə daha da genişləndirilməsində maraqlı olduğunu bildirib.

Təbrikə görə minnətdarlığını bildirən Azərbaycan parlamentinin rəhbəri bu seçkilərin ölkəmizin dövlətçilik tarixində mühüm yeri barədə məlumat verib. O, əminliklə bildirib ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıda da yeni uğurlara və qələbələrə imza atacaq.

Görüşdə Azərbaycan və Bəhreynin BMT, İslam Əməkdaşlığı Təşkilatı, Qoşulmama Hərəkatı kimi beynəlxalq və regional təşkilatlar çərçivəsində müsbət əməkdaşlıq əlaqələrinə malik olduğu diqqətə çatdırılıb. Nümayəndələr Məclisinin sədri, Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyini qeyd edərək, vurğulayıb ki, Azərbaycanın sədrliyi təşkilatın inkişafında mühüm rol oynamışdır.

Spiker Sahibə Qafarova Azərbaycan Prezidentinin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılmasının ölkəmizin qlobal əməkdaşlığa daha bir töhfəsi olduğunu bildirərək, qeyd edib ki, Parlament Şəbəkəsi parlamentlərarası əməkdaşlığı təşviq etmək üçün mühüm platformaya çevrilməkdədir. O, Bəhreyn Krallığının təşkilatın işində fəal təmsil olunmasından məmnunluğunu ifadə edib.

Görüşdə ölkələrimizin parlamentləri arasında da münasibətlərə dair fikir mübadiləsi aparılıb. Bu istiqamətdə əlaqələri daha da dərinləşdirmək üçün yaxşı potensialın mövcud olduğu qeyd edilib, o cümlədən parlament komitələri arasında əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Sahibə Qafarova Bəhreyn Krallığının Nümayəndələr Məclisinin sədri ilə görüşüb Sahibə Qafarova Bəhreyn Krallığının Nümayəndələr Məclisinin sədri ilə görüşüb
Məqalədə: #Azərbaycan #Sahibə Qafarova #Bəhreyn

Mövzu üzrə digər xəbərlər

İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
Siyasət

İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib

12:00
Dohadan Vaşinqtona sərt mesaj - Körfəz artıq yalnız ABŞ-yə güvənə bilməz...Qətər MƏKKƏ sazişinə qoşulur?
Qətər

Dohadan Vaşinqtona sərt mesaj - Körfəz artıq yalnız ABŞ-yə güvənə bilməz...Qətər MƏKKƏ sazişinə qoşulur?

11:08
Səudiyyə Ərəbistanı və Almaniya Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Siyasət

Səudiyyə Ərəbistanı və Almaniya Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

10:17
Fransa Dənizaşırı ərazilər üçün viza qaydalarını sərtləşdirir
Siyasət

Fransa Dənizaşırı ərazilər üçün viza qaydalarını sərtləşdirir

10:00

Son Xəbərlər

Səudiyyə Ərəbistanı Rusiya ilə əməkdaşlığın enerji bazarları üçün əhəmiyyətini vurğulayıb
Səudiyyə Ərəbistanı Rusiya ilə əməkdaşlığın enerji bazarları üçün əhəmiyyətini vurğulayıb
14:27
Qətərdən tarixi ekoloji qərar - ərazilərin 30 faizi qoruğa çevrilir
Qətərdən tarixi ekoloji qərar - ərazilərin 30 faizi qoruğa çevrilir
14:23
BMT-nin Suriya üzrə komissiyası ölkədəki bərpa prosesini müsbət qiymətləndirib
BMT-nin Suriya üzrə komissiyası ölkədəki bərpa prosesini müsbət qiymətləndirib
14:09
Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
12:44
Ciddədə qadınlara qarşı zorakılığın qarşısının alınmasında dini liderlərin rolu müzakirə edilib
Ciddədə qadınlara qarşı zorakılığın qarşısının alınmasında dini liderlərin rolu müzakirə edilib
12:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.