6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Sahibə Qafarova Oman Sultanlığının Şura Məclisinin sədri ilə görüşüb

22 Fevral 2024 04:40
Sahibə Qafarova Oman Sultanlığının Şura Məclisinin sədri ilə görüşüb

Bakı. AzerVoice:

Fevralın 21-də Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Oman Sultanlığının Şura Məclisinin sədri Şeyx Xalid İbn Hilal Əl-Muavvali ilə görüşüb.

Parlamentdən AzerVoice-ə verilən məlumata görə, Şura Məclisinin sədrini ölkəmizdə salamlamaqdan məmnunluğunu bildirən spiker Sahibə Qafarova, xalqlarımız arasında mövcud olan ortaq dini və mədəni dəyərlərin ölkələrimiz arasında münasibətlərin inkişafı üçün möhkəm zəmin yaratdığını bildirib. Qeyd olunub ki, ölkələrimiz arasında münasibətlərin daha da inkişafı üçün yaxşı imkanlar mövcuddur.

Milli Məclisin sədri, parlament diplomatiyasının dövlətlərarası münasibətlərin inkişafında oynadığı rolu qeyd edərək, qanunverici orqanlarımız arasında əlaqələrin dərinləşdirilməsi imkanları barədə də danışıb. Sahibə Qafarova parlamentlərimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının və birgə fəaliyyətinin hər iki tərəfin maraqlarına cavab verdiyini vurğulayıb.

Görüşdə müasir dövrdə dünyada mövcud olan ikili standartlar, islamofobiya meylləri tənqid olunub. Spiker Sahibə Qafarova Azərbaycan torpaqlarının 30 il ərzində Ermənistan tərəfindən işğal altında saxlanıldığını, bu illər ərzində Azərbaycan torpaqlarının dərhal və qeyd-şərtsiz işğaldan azad olunmasına dair beynəlxalq qətnamələrin icra olunmadığını, 2020-ci ildə ölkəmizin öz gücü hesabına torpaqlarını işğaldan azad etdiyini diqqətə çatdırıb. O, hazırda işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işləri haqqında da məlumat verib.

Göstərilən yüksək səviyyəli qonaqpərvərliyə görə minnətdarlığını bildirən Oman Sultanlığının Şura Məclisinin sədri, Azərbaycana ilk dəfədir səfər etdiyini və paytaxt Bakının nümayəndə heyətində xoş təəssüratlar yaratdığını diqqətə çatdırıb. Qonaq, ölkələrimiz arasında mövcud olan müsbət siyasi əlaqələrin münasibətlərin bir çox sahələrdə daha da genişləndirilməsi üçün yaxşı imkanlar yaratdığını, o cümlədən, ticarət dövriyyəsinin artırılması, turizm əlaqələrinin daha da inkişafı və digər mövzularla bağlı fikirlərini bölüşüb. O, həmçinin parlamentlərimiz arasında da əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlı olduqlarını qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Sahibə Qafarova Oman Sultanlığının Şura Məclisinin sədri ilə görüşüb Sahibə Qafarova Oman Sultanlığının Şura Məclisinin sədri ilə görüşüb Sahibə Qafarova Oman Sultanlığının Şura Məclisinin sədri ilə görüşüb Sahibə Qafarova Oman Sultanlığının Şura Məclisinin sədri ilə görüşüb
Məqalədə: #Azərbaycan #Sahibə Qafarova

Mövzu üzrə digər xəbərlər

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

4 Sentyabr 11:03
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03
Sahibə Qafarova Cenevrədə yerləşən diplomatik korpus rəhbərləri və nümayəndələri ilə görüşdə çıxış edib
Siyasət

Sahibə Qafarova Cenevrədə yerləşən diplomatik korpus rəhbərləri və nümayəndələri ilə görüşdə çıxış edib

3 Sentyabr 19:07

Son Xəbərlər

Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
20:56
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
20:41
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.