5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Türkiyə ilə birgə layihələr regionda sabitliyə, təhlükəsizliyə və inkişafa böyük töhfələr verir - Sahibə Qafarova

Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 29-da Türkiyə Respublikasının milli bayramı münasibətilə Türkiyənin Azərbaycandakı səfirliyində təşkil olunmuş tədbirdə çıxış edib.

29 Oktyabr 2024 20:50
Türkiyə ilə birgə layihələr regionda sabitliyə, təhlükəsizliyə və inkişafa böyük töhfələr verir - Sahibə Qafarova

Bakı, AzerVoice

Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 29-da Türkiyə Respublikasının milli bayramı münasibətilə Türkiyənin Azərbaycandakı səfirliyində təşkil olunmuş tədbirdə çıxış edib.

AzerVoice xəbər verir ki, Spiker Sahibə Qafarova əvvəlcə Türkiyə Respublikasının Cümhuriyyət Bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təbriklərini və ən xoş arzularını çatdırıb.

Sədr çıxışında bildirib ki, 101 il öncə qəhrəman Türkiyə xalqı Qazi Mustafa Kamal Atatürkün öndərliyində vahid amal ətrafında sıx birləşərək, istiqlaliyyət uğrunda sönməz mübarizə əzmini bir daha bütün dünyaya nümayiş etdirdi.

"1923-cü il oktyabrın 29-da Cümhuriyyətin elan edilməsi məhz həmin sarsılmaz iradənin qəti və yekun zəfəridir.

Türkiyə Respublikası qurulduğu andan etibarən bütün çətinlikləri və maneələri dəf edərək, öz dövlətçiliyinin qorunub saxlanması və gücləndirilməsi, müstəqil milli inkişafının təmin olunması yolunda inamla addımlayır. Xüsusən son iyirmi ildə Türkiyənin əldə etdiyi nailiyyətlər nə dərəcədə böyük məsafə qət edildiyinin aşkar sübutudur. Prezident Rəcəb Tayyib Ərdoğanın müdrik və uzaqgörən rəhbərliyi altında Türkiyə siyasi, iqtisadi, hərbi, elmi, texnoloji və digər sahələrdə möhtəşəm tərəqqiyə nail olub.

Bu gün qlobal miqyasda gedən proseslərə həlledici təsir göstərən, sülhə və sabitliyə böyük töhfələr verən Türkiyənin haqlı olaraq dünyanın ən aparıcı və güclü dövlətlərindən biri olduğunu deyən Milli Məclisin sədri qeyd edib ki, öz istiqlalının ikinci yüzilliyində də Türkiyə davamlı inkişaf yoluyla addımlayacaq, daha da böyük uğurlar və qələbələr qazanacaq", - o əlavə edib.

Spiker qeyd edib ki, Türkiyənin hər bir nailiyyətinə Azərbaycanda bizlər olduqca sevinir və fəxr hissi keçiririk. Bu da təbiidir. Bu reallıq məhz ortaq tarix, köklər, milli-mənəvi dəyərlərlə bir-birinə bağlı olan xalqlarımızın iradəsini əks etdirir.

"Müasir Azərbaycan-Türkiyə münasibətləri isə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət iki dövlət” kəlamının parlaq təcəssümüdür. Bu münasibətləri səciyyələndirən ən böyük xüsusiyyət ölkələrimizin və xalqlarımızın həm sevincli, həm də kədərli günlərdə bir yerdə olması, bütün məsələlərdə bir-birini qeyd-şərtsiz və tərəddüdsüz dəstəkləməsidir.

Azərbaycanın öz torpaqlarının işğaldan azad olunması uğrunda apardığı haqlı mübarizəsinə Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla, qardaş Türkiyə dövləti və xalqının qəti, birmənalı siyasi və mənəvi dəstəyi Azərbaycan-Türkiyə birliyi və həmrəyliyini bütün dünyaya nümayiş etdirdi", - spiker vurğulayıb.

Milli Məclisin sədri əlavə edib ki, bu gün Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətləri tarixi dövrünü yaşayır.

"Dövlət başçılarımızın iradəsi və birgə səyləri sayəsində bu münasibətlər özünün ən yüksək zirvəsinə - müttəfiqlik səviyyəsinə çatıb. Üç il öncə imzalanmış Şuşa Bəyannaməsi yalnızca müttəfiqlik münasibətlərimizin gələcək inkişaf istiqamətlərini və hədəflərini müəyyən edən Yol xəritəsi deyil. Bu, həm də Azərbaycan-Türkiyə qardaşlığının, birlik və həmrəyliyinin əbədi və dönməz olduğunun bir ifadəsidir. Spiker vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur. Bu qardaşlıq münasibətləri həm də ümumi rifaha və tərəqqiyə xidmət edir.

Hazırda ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin müttəfiqlik ruhuna uyğun olaraq bütün istiqamətlər üzrə hərtərəfli inkişaf etdiyini söyləyən Sahibə Qafarova əlavə edib ki, birgə Hökumətlərarası Komissiyanın səmərəli fəaliyyəti, iqtisadi-ticari göstəricilərin, qarşılıqlı sərmayə qoyuluşunun ardıcıl surətdə artması, hərbi, texnoloji, nəqliyyat, enerji və digər sahələrdə sıx əməkdaşlıq dövlət başçılarımızın müəyyən etdiyi hədəflərin uğurla reallaşmasının nəticəsidir. O cmlədən, vurğulanıb ki, humanitar əlaqələrimiz – elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığımız qardaş xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına, ortaq dəyərlərimizin gələcək nəsillərə ötürülməsinə xidmət edir.

Bu gün Azərbaycan və Türkiyənin beynəlxalq miqyasda sülh və əməkdaşlıq gündəliyi ilə çıxış etdiyini də diqqətə çatdıran Milli Məclisin sədri qeyd edib ki, reallaşdırılmış birgə layihələr, irəli sürülmüş təşəbbüslər daha geniş regionda sabitliyə, təhlükəsizliyə və inkişafa böyük töhfələr verir.

Eyni ailənin üzvü olduğumuz digər türk dövlətləri ilə əlaqələrin genişləndirilməsi, Türk Dövlətləri Təşkilatının institusional cəhətdən gücləndirilməsi istiqamətində atılan addımlar isə Türk dünyasının daha da sıx birləşməsinə imkan yaradır", - S. Qafarova qeyd edib.

Milli Məclisin sədri çıxışının sonunda Azərbaycan-Türkiyə qardaşlıq və müttəfiqlik münasibətlərinin, birlik və həmrəyliyinin daim inkişaf edəcəyinə və yeni-yeni zirvələrə yüksələcəyinə əminliyini ifadə edib.

Məqalədə: #Türkiyə #Sahibə Qafarova

Mövzu üzrə digər xəbərlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

4 Sentyabr 11:56
Sahibə Qafarova Cenevrədə yerləşən diplomatik korpus rəhbərləri və nümayəndələri ilə görüşdə çıxış edib
Siyasət

Sahibə Qafarova Cenevrədə yerləşən diplomatik korpus rəhbərləri və nümayəndələri ilə görüşdə çıxış edib

3 Sentyabr 19:07

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.