6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığı müzakirə edilib

10 İyun 2024 17:40
Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığı müzakirə edilib

Bakı. AzerVoice:

İyunun 10-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın müdafiə naziri cənab İrakli Çikovani ilə görüşüb.

Müdafiə Nazirliyindən AzerVoice-ə verilən məlumata görə, qonaqlar əvvəlcə Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, Şəhidlər xiyabanında isə ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək gül dəstələri düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Müdafiə Nazirliyində keçirilən rəsmi qarşılanma mərasimində fəxri qarovul dəstəsinin önündən keçiddən sonra Azərbaycan və Gürcüstan respublikalarının Dövlət himnləri səsləndirilib, protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.

Nümayəndə heyətini salamlayaraq onları ölkəmizdə görməkdən məmnunluğunu bildirən general-polkovnik Z.Həsənov xalqlarımız arasında ənənəvi dostluq və qarşılıqlı etimadın olduğunu qeyd edib. Müdafiə naziri hər iki ölkə başçısının səmimi münasibətlərinin birgə əməkdaşlığa müsbət təsirini xüsusi vurğulayıb.

Vətən müharibəsindən sonra azad edilmiş ərazilərdə görülən işlərdən danışan nazir ölkəmizin 12 faizindən artıq ərazisinin minalarla əhatə olunduğunu bildirib. Qeyd edilib ki, minaların partlaması nəticəsində 361 nəfər mülki şəxs və hərbi qulluqçumuz xəsarət alıb, onlardan 68 nəfəri isə həlak olub.

General-polkovnik Z.Həsənov Gürcüstanla strateji tərəfdaşlıq zəminində qurulan əlaqələrin yüksələn xətlə inkişaf etdiyini bildirib. Ölkələrimiz arasında 2024-cü il ərzində hərbi sahədə ümumilikdə 21 birgə tədbirin keçirilməsinin planlaşdırıldığını qeyd edib.

Müdafiə naziri gürcüstanlı həmkarını cari ilin sentyabr ayında Bakıda keçiriləcək "ADEX" 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinə dəvət edib.
Azərbaycana müdafiə naziri və baş nazirin müavini kimi ilk səfərindən məmnunluğunu bildirən cənab İ.Çikovani öz növbəsində səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Azərbaycan-Gürcüstan arasında mövcud münasibətlərin inkişafı və əlaqələrin genişləndirilməsində bu cür görüşlərin keçirilməsinin vacibliyini qeyd edib.
Gürcüstan müdafiə naziri Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsinin Gürcüstan üçün də çox mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Görüşdə birgə təlimlərin intensivliyinin artırılmasının vacibliyi vurğulanıb. Qeyd edilib ki, üçtərəfli formatda keçirilən Eternity kompüter dəstəkli komanda-qərargah və Qafqaz Qartalı təlimləri hərbi qulluqçuların peşəkarlıq səviyyələrinin artırılması ilə yanaşı, onlar arasında dostluq münasibətlərinin inkişafına töhfə verir, eyni zamanda qarşılıqlı təcrübə mübadiləsinə imkan yaradır.

Azərbaycan və Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlığın regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcəyinə əminlik ifadə olunub.

Müdafiə nazirlərinin görüşündə, həmçinin hərbi və hərbi-təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivlərindən danışılıb, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər ətraflı müzakirə edilib.

Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığı müzakirə edilib Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığı müzakirə edilib Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığı müzakirə edilib Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığı müzakirə edilib Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığı müzakirə edilib Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığı müzakirə edilib Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığı müzakirə edilib Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığı müzakirə edilib Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığı müzakirə edilib Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığı müzakirə edilib Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığı müzakirə edilib
Məqalədə: #Azərbaycan #Zakir Həsənov #Gürcüstan #Fəxri Xiyaban

Mövzu üzrə digər xəbərlər

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

4 Sentyabr 11:03
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03
Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.