5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Azərbaycan-Avstriya hərbi əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə edilib

11 İyun 2024 17:46
Azərbaycan-Avstriya hərbi əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə edilib

Bakı. AzerVoice:

İyunun 11-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Avstriya Federal müdafiə nazirinin Baş katibi doktor Arnold H.Kammelin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Müdafiə Nazirliyindən AzerVoice-ə verilən məlumata görə, qonaqları salamlayan general-polkovnik Z.Həsənov dost və tərəfdaş ölkənin nümayəndələrini Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Qələbədən sonra azad edilmiş ərazilərdə minatəmizləmə işləri ilə bağlı görülən tədbirlər barədə qonağı məlumatlandırıb.

Görüşdə qarşılıqlı münasibətlərin möhkəmləndirilməsi, o cümlədən təhlükəsizlik sahəsində əlaqələrin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Azərbaycan Ordusunun hərbi qulluqçularının Avstriyanın təşkilatçılığı ilə keçirilən müxtəlif kurs, seminar və treninqlərdə iştirakı yüksək qiymətləndirilib.

Müdafiə naziri avstriyalı qonağı cari ilin sentyabr ayında Bakıda keçiriləcək "ADEX" 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinə dəvət edib.

Səmimi qəbula görə minnətdarlığını ifadə edən cənab A.H.Kammel Azərbaycan ilə Avstriya arasında hərbi əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini qeyd edib.

Görüşdə Azərbaycan ilə Avstriya arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əlaqələrin cari vəziyyəti müzakirə edilib, birgə hərbi əməkdaşlığın inkişafında qərargah görüşlərinin və qarşılıqlı səfərlərin vacibliyi vurğulanıb.

Azərbaycan-Avstriya hərbi əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə edilib
Məqalədə: #Azərbaycan #Zakir Həsənov #Avstriya #hərbi əlaqələr

Mövzu üzrə digər xəbərlər

İordaniya və Avstriya Suriyanın bərpasına dəstəyin davam etdirilməsini istəyib
Siyasət

İordaniya və Avstriya Suriyanın bərpasına dəstəyin davam etdirilməsini istəyib

4 Sentyabr 13:52
Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

4 Sentyabr 11:03
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.