4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Arkadağ şəhərində İƏT-in üzv dövlətlərin Davamlı İnkişaf üzrə Birinci Nazirlər Forumu keçirilib

30 Aprel 2025 17:03
Arkadağ şəhərində İƏT-in üzv dövlətlərin Davamlı İnkişaf üzrə Birinci Nazirlər Forumu keçirilib

BAKI, AzerVoice

Arkadağ şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Davamlı İnkişaf üzrə Birinci Nazirlər Forumu keçirilib.

Bu barədə AzerVoice Türkmənistan səfirliyinə istinadən xəbər verir.

Forumda Azərbaycanı səfir Qismət Gözəlov təmsil edib. Forumda İranın vitse-prezidenti-Planlaşdırma və Büdcə Məsələləri Təşkilatının rəhbəri, Özbəkistanın və Qazaxıstanın Baş nazirinin müavinləri, Türkmənistanın maliyyə və iqtisadiyyat naziri, Tacikistanın iqtisadi inkişaf və ticarət naziri, Pakistanın planlaşdırma, inkişaf və xüsusi təşəbbüslər üzrə federal naziri, Qırğızıstanın iqtisadiyyat və ticarət nazirinin müavini, Türkiyə Prezident Adminstrasiyasının Strateji və Büdcə Baş İdarəsinin Sektorlar və Dövlət İnvestisiyaları üzrə Baş direktoru, BMT-nin Türkmənistandakı Rezident Əlaqələndiricisi, İƏT-in baş katibi, habelə İƏT-in müxtəlif təsisatlarının rəhbərləri iştirak ediblər.

Forumda əsas diqqət Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi istiqamətində səylərin artırılması, regional əməkdaşlığın gücləndirilməsi, eləcə də iqlim dəyişikliyi, ekologiya, ticarət, enerji, nəqliyyat-kommunikasiya və gender bərabərliyi kimi sahələrdə əməkdaşlıq perspektivlərinin araşdırılmasına yönəlib.

Səfir Q.Gözəlov Forumun açılış mərasimində, eyni zamanda Forum çərçivəsində keçirilən iqlim dəyişikliyi mövzusundakı panel iclasında çıxış edib. Forumun açılış mərasimindəki çıxışı zamanı səfir Azərbaycanın davamlı inkişafa sadiqliyini vurğulamış, 2030 Gündəliyinin əsas prinsipləri–universallıq, inklüzivlik, insan hüquqları və siyasətlərin uyğunluğu əsasında ölkə səviyyəsində mühüm addımların atıldığını qeyd edib. Səfir çıxışında DİM üzrə ölkəmiz tərəfindən 17 məqsəd, 101 hədəf və 144 göstərici üzrə milli adaptasiyanın həyata keçirildiyini, həmçinin 2017–2023-cü illər ərzində 50-yə yaxın milli strategiya və dövlət proqramının DİM ilə uzlaşdırıldığını, xüsusən “Azərbaycan 2030: Sosial-İqtisadi İnkişaf üzrə Milli Prioritetlər”, “2022–2026-cı illər üçün Sosial-İqtisadi İnkişaf Strategiyası”, “Böyük Qayıdış” Dövlət Proqramının xüsusi önəm daşıdığını vurğulayıb. Azərbaycanın DİM üzrə Dialoqlar təşəbbüsü ilə dövlət qurumları, BMT, özəl sektor və vətəndaş cəmiyyəti arasında platforma qurduğunu bildirmişdir. Səfir COP29-da ölkəmiz tərəfindən irəli sürülmüş 14 təşəbbüs, əldə edilmiş əsas nailliyyətlərdən biri kimi iqlim maliyyəsi hədəfinin müəyyən edilməsini diqqətə çatdırmış, eyni zamanda Azərbaycanın yaşıl enerji gündəliyi və alternativ enerji sahəsində həyata keçirdiyi layihələr barədə iştirakçılara ətraflı məlumat vermiş və Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə, həmçinin qlobal ekoloji sabitliyin təmin edilməsindəki roluna diqqət çəkib.

Forum çərçivəsində keçirilmiş “İqlim Dəyişikliyi və Ətraf Mühitin Davamlılığı” panelindəki çıxışında isə səfir, Azərbaycanın yaşıl enerji gündəliyini və alternativ enerji sahəsindəki beynəlxalq əməkdaşlıq mövqeyindən bəhs etmişdir. Azərbaycanın bərpa olunan enerji potensialı və ölkəmizdə, o cümlədən işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən iri yaşıl enerji layihələrinə toxunaraq, regionda və dünyada yaşıl enerji keçid istiqamətində atılan addımlara diqqət çəkmişdir. Q.Gözəlov həmçinin COP29 çərçivəsində Mərkəzi Asiya üzrə əldə edilmiş razılaşmalar, CAREC və SPECA çərçivəsində həyata keçirilən təşəbbüslərin əhəmiyyəti barədə məlumat verərək, Türk Dövlətləri Təşkilatı çərçivəsində aparılan əməkdaşlığa diqqət çəkmişdir. Azərbaycanın təşəbbüsü ilə Qazaxıstan və Özbəkistanla imzalanan bərpa olunan enerji sahəsində strateji tərəfdaşlıq razılaşması və Xəzər dənizi vasitəsilə Avropaya təmiz enerji ötürmək məqsədilə həyata keçiriləcək yaşıl dəhliz barədə məlumat verən səfir, həmçinin COP29 çərçivəsində Xəzər dənizinin ekoloji və nəqliyyat məsələlərinin də diqqət mərkəzində olduğunu bildirmişdir.

İki gün davam edən tədbirdə iştirakçılar çıxış edərək, Forumun DİM-ə nail olmaq üçün strateji platforma kimi əhəmiyyətini vurğulamış, həmçinin regional əməkdaşlığın intensivləşdirilməsinin və İƏT-ə üzv ölkələr arasında qarşılıqlı əlaqələrin gücləndirilməsinin zəruriliyini qeyd etmişlər. Eyni zamanda, iqlim dəyişikliyi, ərzaq, enerji təhlükəsizliyi, həmçinin gender bərabərliyi və digər məsələlərin əsas olduğu bildirilərək, strateji çoxtərəfli dialoqun əlaqələndirilməsi və həyata keçirilən tədbirlərin siyasi ardıcıllığı üçün İƏT-dən mümkün istifadə yollarından bəhs edilmişdir.

Forum çərçivəsində keçirilən panel iclaslarında “İqlim Dəyişikliyi və Ətraf Mühitin Davamlılığı”, “Dayanıqlı Maliyyə, İqtisadi İnkişaf və Maddi Təhlükəsizlik”, “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında ailə institutlarının və əhalinin artımının rolu” və “2026–2035: İƏT Baxışı” mövzuları ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

Forumun sonunda “Davamlı İnkişaf üzrə birinci İƏT Yüksək Səviyyəli Forumunun Yekun Sənədi” qəbul edilmişdir.

Arkadağ şəhərində İƏT-in üzv dövlətlərin Davamlı İnkişaf üzrə Birinci Nazirlər Forumu keçirilib Arkadağ şəhərində İƏT-in üzv dövlətlərin Davamlı İnkişaf üzrə Birinci Nazirlər Forumu keçirilib Arkadağ şəhərində İƏT-in üzv dövlətlərin Davamlı İnkişaf üzrə Birinci Nazirlər Forumu keçirilib
Məqalədə: #Azərbaycan #Türkmənistan #Azərbaycanın Türkmənistandakı Səfirliyi #Azərbaycan Respublikasının Türkmənistandakı səfiri Qismət Gözəlov

Mövzu üzrə digər xəbərlər

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

11:03
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03
Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29

Son Xəbərlər

Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
16:17
Misir funtu yenidən 51 həddinə yaxınlaşıb
Misir funtu yenidən 51 həddinə yaxınlaşıb
15:57
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
15:44
Səudiyyə Media Akademiyasının iştirakçıları Londonda rəqəmsal transformasiyanı araşdırıb
Səudiyyə Media Akademiyasının iştirakçıları Londonda rəqəmsal transformasiyanı araşdırıb
15:30
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
15:21
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.