5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Bakı-İrəvan arasında imzalanan razılaşma məmnuniyyət doğurur - Burhanəddin Duran

Türkiyə Prezidentinin Administrasiyası nəzdində İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Burhanettin Duran, Azərbaycan ilə Ermənistan arasında imzalanan sülh bəyannaməsini dəyərləndirərək, “Bu, Cənubi Qafqazda davamlı sülh üçün mühüm mərhələdir və bu təşəbbüsü məmnuniyyətlə qarşılayırıq” – deyə bildirib.

9 Avqust 2025 17:31
Bakı-İrəvan arasında imzalanan razılaşma məmnuniyyət doğurur - Burhanəddin Duran

BAKI, AzerVoice,Nailə Babazadə

Türkiyə Prezidentinin Administrasiyası nəzdində İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Burhanəddin Duran, Azərbaycan ilə Ermənistan arasında imzalanan sülh bəyannaməsini dəyərləndirərək, “Bu, Cənubi Qafqazda davamlı sülh üçün mühüm mərhələdir və bu təşəbbüsü məmnuniyyətlə qarşılayırıq” – deyə bildirib.

AzerVoice xəbər verir ki, Duran sosial media hesabında paylaşdığı açıqlamada, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə imzaladığı sənədin bölgədə sabitliyin təmin olunması yolunda mühüm addım olduğunu vurğulayıb.Burhanəddin Duran, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kritik mərhələlərdə Azərbaycana verdiyi strateji dəstəyə də diqqət çəkib.

“İkinci Qarabağ Müharibəsindən sonra açılan sülh fürsəti pəncərəsi, prezidentimiz Ərdoğanın yürüt­düyü regional diplomatiya sayəsində Azərbaycan və Ermənistan arasında dialoqu gücləndirib və bu günə gəlinməsində mühüm rol oynayıb.” - deyə Duran qeyd edib.

Duran əlavə edib ki, Ermənistan, sülh və diplomatiyanın müharibə və gərginlikdən daha faydalı olduğunu anlayaraq, təzyiqlərə baxmayaraq sülhdən yana mövqe tutub.

Duran açıqlamasının sonunda bildirib ki, “Türkiyə, əvvəllər olduğu kimi, bundan sonra da bölgədə davamlı sabitliyin və əmin-amanlığın təmin olunması, bu prosesin qalıcı sülhə çevrilməsi üçün Prezidentimizin liderliyində diplomatik səylərini davam etdirəcək, konstruktiv təşəbbüsləri dəstəkləyəcək və tərəflərlə sıx təmasda olmağa davam edəcək.”- deyə qeyd edib.

Məqalədə: #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #Cənubi Qafqaz #Azərbaycan-Ermənistan #Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi #Burhanəddin Duran #ABŞ Azərbaycan Ermənistan münasibətləri #Azərbaycan Ermənistan sülh razılaşması #Azərbaycan Ermənistan danışıqları #Azərbaycan Ermənistan sülh müqaviləsi #ABŞ Azərbaycan Ermənistan liderlər görüşü

Mövzu üzrə digər xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

13:03
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

4 Sentyabr 11:56

Son Xəbərlər

Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
22:14
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
21:43
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
21:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.