7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

BAMF Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaları yüksək dəyərləndirir

Beynəlxalq Avrasiya Mətbuat Fondu Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaları yüksək dəyərləndirir. Bu barədə Beynəlxalq Avrasiya Mətbuat Fondunun bəyanatında deyilir.

9 Avqust 2025 18:18
BAMF Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaları yüksək dəyərləndirir

BAKI, AzerVoice

Beynəlxalq Avrasiya Mətbuat Fondu Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaları yüksək dəyərləndirir.

AzerVoice xəbər verir ki, bu barədə Beynəlxalq Avrasiya Mətbuat Fondunun bəyanatında deyilir.

"Azərbaycan-Ermənistan münaqişəsinin ən gərgin dövründə yaradılmış bir təşkilat olaraq Beynəlxalq Avrasiya Mətbuat Fondu artıq 30 ildən çoxdur ki, problemin sülh yolu ilə həlli üçün ardıcıl səylər göstərir. Bu illər ərzində minlərlə insan həyatını itirdi, saysız-hesabsız ailələr dağıldı, bölgənin sosial-iqtisadi inkişafı isə illərlə iflic vəziyyətində qaldı.

Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə keçirilən üçtərəfli tarixi görüş və imzalanan sənədlər, uzun illər davam edən gərginliyin aradan qaldırılması istiqamətində mühüm mərhələ oldu. Sülh müqaviləsinin paraflanması tərəflərin əməkdaşlığa və ən əsası sülh müqaviləsini imzalamağa hazır olduğunu nümayiş etdirdi. Xüsusilə ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə Ağ Evin simvolik açarını təqdim etməsi, iki ölkə arasındakı strateji tərəfdaşlığın və qarşılıqlı etimadın rəmzi kimi tarixə düşdü.

BAMF olaraq bu mühüm addımı və Vaşinqton görüşündə əldə olunan nəticələri yüksək dəyərləndiririk. İnanırıq ki, bu prosesin davamı olaraq Zəngəzur dəhlizinin açılması və regionda yeni nəqliyyat marşrutlarının canlanması Cənubi Qafqazın beynəlxalq ticarət və əməkdaşlıq xəritəsində mövqeyini gücləndirəcək, iqtisadi inkişafı sürətləndirəcək.

BAMF BMT-nin Əsas Məşvərətçi statuslu üzvü kimi 33 illik missiyasına sadiq qalaraq bundan sonra da sülhün, qarşılıqlı etimadın və davamlı inkişafın təmin olunmasına yönəlmiş bütün təşəbbüsləri dəstəkləməyə davam edəcək", - deyə bəyanatda bildirilir.

Məqalədə: #Azərbaycan #ABŞ #Ermənistan #Vaşinqton #ABŞ Azərbaycan Ermənistan münasibətləri #Azərbaycan Ermənistan sülh razılaşması #Azərbaycan Ermənistan danışıqları #Azərbaycan Ermənistan sülh müqaviləsi #ABŞ Azərbaycan Ermənistan liderlər görüşü #Beynəlxalq Avrasiya Mətbuat Fondu #BAMF bəyanatı #Azərbaycan-Ermənistan sülh prosesi

Mövzu üzrə digər xəbərlər

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib

5 Sentyabr 19:56

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.