4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Banqladeş Xalq Respublikasının paytaxtı Dəkkə şəhərinə səfər ediblər. Səfər çərçivəsində Leyla Əliyeva və Arzu Əliyeva dekabrın 7-də Banqladeş Müvəqqəti Hökumətinin Baş müşaviri, dünyaşöhrətli iqtisadçı, Nobel Sülh Mükafatı laureatı professor Məhəmməd Yunusla görüşüblər.

7 Dekabr 2025 13:16
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər

BAKI, AzerVoice

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Banqladeş Xalq Respublikasının paytaxtı Dəkkə şəhərinə səfər ediblər.

AzerVoice xəbər verir ki, səfər çərçivəsində Leyla Əliyeva və Arzu Əliyeva dekabrın 7-də Banqladeş Müvəqqəti Hökumətinin Baş müşaviri, dünyaşöhrətli iqtisadçı, Nobel Sülh Mükafatı laureatı professor Məhəmməd Yunusla görüşüblər.

Görüşdə Prezident İlham Əliyevin ən səmimi salamları Baş müşavir M.Yunusa çatdırılıb. Onun sonuncu dəfə 2024-cü ilin noyabrında COP29-da iştirak daxil olmaqla, müxtəlif illərdə Azərbaycana çoxsaylı səfərlər etdiyi, bir neçə dəfə Azərbaycan Prezidenti ilə görüşdüyü və ölkəmizdə hər zaman xoş qarşılandığı vurğulanıb.

Azərbaycanın Banqladeşlə daima dostluq əlaqələrinə malik olduğu, müxtəlif formatlarda uğurla əməkdaşlıq etdiyi diqqətə çatdırılıb.

Məhəmməd Yunusa Leyla Əliyevanın və Arzu Əliyevanın Dəkkədə fəaliyyət göstərən valideyn himayəsindən məhrum olmuş və kimsəsiz uşaqlar üçün müəssisəni ziyarət etdikləri barədə məlumat verilib.

Heydər Əliyev Fondunun və IDEA İctimai Birliyinin Banqladeşin müvafiq təşkilatları ilə birgə humanitar, sosial, gənclər və könüllülər, ətraf mühit və təbiətin mühafizəsi kimi sahələrdə əməkdaşlıqda, həmçinin birgə layihələr həyata keçirməkdə maraqlı olduğu qeyd edilib.

Baş müşavir Məhəmməd Yunus ölkəmizə çoxsaylı səfərləri zamanı Azərbaycan Prezidenti görüşlərini hər zaman məmnunluqla xatırladığını bildirib, öz növbəsində onun da salamlarını dövlətimizin başçısına çatdırmağı xahiş edib. O, COP29 çərçivəsində Prezident İlham Əliyevlə görüşdə qeyd edildiyi kimi, iki ölkə arasında səmərəli əməkdaşlıq üçün böyük potensialın olduğunu bildirib və praktiki fəaliyyətlərin həyata keçirilməsinin vacibliyinə toxunub.

M.Yunus Azərbaycanın müxtəlif sahələrdə böyük nailiyyətlər əldə etdiyinin şəxsən şahidi olduğunu deyib, Banqladeşlə əməkdaşlığın inkişafı və praktiki dəstək proqramlarının icrası üzrə göstərilən səylərə görə dərin təşəkkürünü bildirib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər
Məqalədə: #Prezident İlham Əliyev #Heydər Əliyev Fondu #COP29 #Leyla Əliyeva #Bakı Media Mərkəzi #Banqladeş #Arzu Əliyeva #IDEA İctimai Birliyi #Dəkkə #Məhəmməd Yunus

Mövzu üzrə digər xəbərlər

Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
Rəsmi Xronika

Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib

20:13
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Rəsmi Xronika

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb

19:05
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
Rəsmi Xronika

Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı

18:03
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
Rəsmi Xronika

Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib

15:21

Son Xəbərlər

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
20:43
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
20:41
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
20:30
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
20:26
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
20:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.