5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Efiopiya Elm Muzeyini ziyarət edib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Efiopiya Federativ Demokratik Respublikasında səfərdədir. Leyla Əliyevanı Efiopiyanın planlaşdırma və inkişaf naziri Fitsum Assefa Adela qarşılayıb. Leyla Əliyevanın şərəfinə Efiopiyanın qədim və zəngin mədəniyyətini əks etdirən ənənəvi qəhvə mərasimi təşkil olunub. Tədbir zamanı qonaqlara bu qədim ritualın detalı haqqında məlumat verilib. Mərasimin sonunda qonaqlara əsrarəngiz ətri və özünəməxsus dadı ilə seçilən təzə dəmlənmiş Efiopiya qəhvəsi təqdim olunub.

19 Yanvar 2026 09:38
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Efiopiya Elm Muzeyini ziyarət edib

BAKI,AzerVoice

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Efiopiya Federativ Demokratik Respublikasında səfərdədir.

AzerVoice xəbər verir ki, Leyla Əliyevanı Efiopiyanın planlaşdırma və inkişaf naziri Fitsum Assefa Adela qarşılayıb.

Leyla Əliyevanın şərəfinə Efiopiyanın qədim və zəngin mədəniyyətini əks etdirən ənənəvi qəhvə mərasimi təşkil olunub. Tədbir zamanı qonaqlara bu qədim ritualın detalı haqqında məlumat verilib. Mərasimin sonunda qonaqlara əsrarəngiz ətri və özünəməxsus dadı ilə seçilən təzə dəmlənmiş Efiopiya qəhvəsi təqdim olunub.

Daha sonra Leyla Əliyeva Efiopiya Elm Muzeyini ziyarət edib. Burada onu Efiopiya Federativ Demokratik Respublikasının Baş nazirin ofisinin rəhbəri və kabinet işləri naziri Alemtsehay Paulos qarşılayıb.

Məlumat verilib ki, Efiopiya Elm Muzeyi 2022-ci ilin oktyabrında ziyarətçilərin istifadəsinə verilib. Yeddi hektar ərazidə inşa olunmuş və 80 faizi yaşıl sahədən ibarət olan muzey iki möhtəşəm binadan ibarətdir. Bu nəhəng muzey kompleksi elmi-tədqiqat mərkəzi kimi fəaliyyət göstərmək, müxtəlif sahələr üzrə həm qədim, həm də müasir texnologiyaları qoruyub saxlamaq və onları gələcək nəsillərə ötürmək məqsədi daşıyır.

Efiopiyanın Baş naziri Abiy Ahmedin təşəbbüsü ilə inşa edilən kompleksdə elm və texnologiyaya həsr olunan müasir interaktiv eksponatlar, planetarium və günəş panelləri kimi ekoloji cəhətdən təmiz dizayn elementləri yer alır.

Muzey xüsusilə gənclər arasında innovasiyanı və rəqəmsal bacarıqların inkişafını təşviq etməyi hədəfləyir, texnoloji tədbirlər və konfranslar üçün mühüm mərkəz rolunu oynayır. Uşaqlar və gənclər arasında böyük populyarlıq qazanan muzeyi indiyədək 7 milyon uşaq ziyarət edib. Bu kompleks Efiopiyanın rəqəmsal transformasiya istiqamətindəki səylərinin əsas elementi olmaqla yanaşı, həm müasir elmi, həm də milli irsi uğurla nümayiş etdirir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Efiopiya Elm Muzeyini ziyarət edib Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Efiopiya Elm Muzeyini ziyarət edib Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Efiopiya Elm Muzeyini ziyarət edib Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Efiopiya Elm Muzeyini ziyarət edib Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Efiopiya Elm Muzeyini ziyarət edib Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Efiopiya Elm Muzeyini ziyarət edib Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Efiopiya Elm Muzeyini ziyarət edib Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Efiopiya Elm Muzeyini ziyarət edib
Məqalədə: #Azərbaycan #Heydər Əliyev Fondu #Leyla Əliyeva #Efiopiya

Mövzu üzrə digər xəbərlər

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

4 Sentyabr 11:03
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03
Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29

Son Xəbərlər

İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
16:55
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
16:47
İordaniyada daxili  turizmi  təşviq etmək üçün pulsuz turlar təşkil edilir
İordaniyada daxili turizmi təşviq etmək üçün pulsuz turlar təşkil edilir
15:53
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
15:52
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
15:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.