12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Dövlət Komitəsinin sədri Misirdə beynəlxalq konfransda çıxış edib

Qahirədə keçirilən beynəlxalq konfransda çıxış edən Ramin Məmmədov İslamda peşə etikası və süni intellekt dövründə mənəvi dəyərlərin rolundan danışıb.

21 Yanvar 2026 14:14
Dövlət Komitəsinin sədri Misirdə beynəlxalq konfransda çıxış edib

BAKI, AzerVoice, Abdulvahhab Ələskərov

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Qahirə şəhərində 19-20 yanvar tarixlərində keçirilən “İslamda peşələr: süni intellekt əsrində etikamız, onun təsiri və gələcəyi" mövzusunda 36-cı beynəlxalq konfransda iştirak edib.

Bu barədə AzerVoice Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir.

Tədbirin açılış mərasimində İslam dünyasının nüfuzlu din xadimləri və dövlət rəsmiləri çıxış ediblər. Konfrans çərçivəsində keçirilən elmi sessiyalarda müxtəlif sivilizasiyalarda peşə mədəniyyəti, müasir dövrdə peşə etikası və gələcəyin formalaşdırılmasında mənəvi dəyərlərin rolu müzakirə olunub.

Dövlət Komitəsinin sədri Ramin Məmmədov çıxışında dərin məzmunlu müzakirələrlə müşayiət olunan tədbirin təşkilinə görə təşkilatçılara təşəkkürünü ifadə edib. Nümayəndə heyətlərinin Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi ilə konfrans çərçivəsində keçirilən görüşünün yüksək qiymətləndirildiyini vurğulayıb. Bildirib ki, Azərbaycan və Misir zəngin tarixi, mədəni və dini bağlara malik ölkələrdir. Xalqlar arasında əsrlər boyu formalaşmış ortaq dəyərlər ikitərəfli əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır. Dövlət başçıları arasında səmərəli siyasi dialoq iki ölkə arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir.

Ramin Məmmədov qeyd edib ki, İslam sivilizasiyasında əmək yalnız iqtisadi fəaliyyət deyil, həm də insan ləyaqətinə, sosial məsuliyyətə və ümumi rifaha xidmət edən mənəvi öhdəlik kimi dəyərləndirilir. Azərbaycan xalqı bu etik çərçivələrin formalaşmasına elmi, intellektual və mədəni irsi ilə mühüm töhfələr verir. Çıxışda həmçinin vurğulanıb ki, sürətli texnoloji dəyişikliklər, xüsusilə süni intellektin peşə sahələrinə təsiri yeni çağırışlar yaradır. Bu prosesdə əsas məsələ texnologiyaların inkişafının etik prinsiplərlə tənzimlənməsidir. Beynəlxalq təcrübə göstərir ki, dayanıqlı peşə mədəniyyətləri etik dəyərlərə, sosial həmrəyliyə və müxtəlifliyə hörmətə əsaslanır. Azərbaycanın birgəyaşayış və multikulturalizm modelinin bu baxımdan nümunə olduğunu bildirən Komitə sədri diqqətə çatdırıb ki, ölkəmizdə dinlərarası dialoq, dini azadlıq və müxtəlifliyə hörmət tarixi ənənələrə əsaslanan dövlət siyasətidir. Dünyəvi dövlət quruluşuna malik Azərbaycanda bütün dini icmaların hüquqları qorunur, onların mədəni və dini irsinə dövlət səviyyəsində dəstək göstərilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə məscidlərin, kilsələrin və sinaqoqların bərpası, yeni ibadət yerlərinin inşası tolerantlıq və dinlərarası harmoniyaya əsaslanan dövlət siyasətinin təzahürüdür. İşğaldan azad edilmiş ərazilərdə dini-mədəni abidələrin bərpası regionun çoxşaxəli irsinin qorunmasına xidmət edir.

Dövlət Komitəsinin sədri vurğulayıb ki, süni intellekt və rəqəmsal texnologiyalar gələcəyin peşələrini formalaşdırsa da, etik əsaslar olmadan bu proses bərabərsizliyi dərinləşdirə bilər. Ədalət, mərhəmət və insan ləyaqətini ön plana çəkən etik dəyərlər isə innovasiyanın insanlığa xidmət etməsini təmin edən əsas meyar olaraq qalır.

Dövlət Komitəsinin sədri Misirdə beynəlxalq konfransda çıxış edib Dövlət Komitəsinin sədri Misirdə beynəlxalq konfransda çıxış edib Dövlət Komitəsinin sədri Misirdə beynəlxalq konfransda çıxış edib Dövlət Komitəsinin sədri Misirdə beynəlxalq konfransda çıxış edib Dövlət Komitəsinin sədri Misirdə beynəlxalq konfransda çıxış edib Dövlət Komitəsinin sədri Misirdə beynəlxalq konfransda çıxış edib Dövlət Komitəsinin sədri Misirdə beynəlxalq konfransda çıxış edib
Məqalədə: #Azərbaycan #Süni intellekt #Misir #Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi #Əbdülfəttah əs-Sisi #Qahirə #Ramin Məmmədov

Mövzu üzrə digər xəbərlər

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
BƏƏ

BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi

11 Sentyabr 08:00
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00

Son Xəbərlər

Türkiyədə qlobal diaspor məsələləri müzakirə olunub
Türkiyədə qlobal diaspor məsələləri müzakirə olunub
09:47
Qətərdən Səudiyyəyə tam dəstək - "Şərq-Qərb" kəmərinə edilən PUA hücumu sərt pisləndi
Qətərdən Səudiyyəyə tam dəstək - "Şərq-Qərb" kəmərinə edilən PUA hücumu sərt pisləndi
09:45
Fil hadisəsi və Əbrəhənin məğlubiyyəti: Kəbəyə hücumun tarixi və dini mahiyyəti
Fil hadisəsi və Əbrəhənin məğlubiyyəti: Kəbəyə hücumun tarixi və dini mahiyyəti
09:27
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.