5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Ukraynadakı diaspor rəhbəri dövlət mükafatı ilə təltif olunub

Mətləb Nəcəfov dövlət mükafatı ilə təltif olunub.

28 Yanvar 2026 21:15
Ukraynadakı diaspor rəhbəri dövlət mükafatı ilə təltif olunub
Bizi buradan izləyin və Bizə yazın

BAKI,AzerVoice

Xaricdə yaşayan azərbaycanlı icmaların fəal nümayəndələrinin fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib.

AzerVoice xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Ukrayna Azərbaycanlıları Konqresinin İvano-Frankovsk vilayəti diaspor təşkilatının rəhbəri Mətləb Nəcəfovu qəbul edib.

Görüş zamanı komitə sədri Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xaricdə yaşayan azərbaycanlılara göstərdiyi diqqəti vurğulayıb. Soydaşlarımızın yaşadıqları ölkələrin ictimai həyatına fəal inteqrasiyası, Azərbaycan həqiqətlərinin təbliği, milli-mədəni irsimizin tanıdılması istiqamətində gördükləri işlər yüksək qiymətləndirilib. Diaspor təşkilatlarının ölkələrarası münasibətlərin inkişafında mühüm rol oynadığı qeyd olunub və gələcək fəaliyyətlə bağlı tövsiyələr diqqətə çatdırılıb.

Daha sonra Mətləb Nəcəfova “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təqdim edilib.

Mətləb Nəcəfov göstərilən etimada görə Azərbaycan dövlətinə minnətdarlığını bildirib, gələcəkdə də ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və diaspor fəaliyyətinin daha mütəşəkkil təşkili üçün səylərini davam etdirəcəyini vurğulayıb.

Qeyd edək ki, Mətləb Nəcəfov 2000-ci ildən Ukrayna Azərbaycanlıları Konqresinin İvano-Frankovsk vilayəti diaspor təşkilatına rəhbərlik edir. O, Rusiya–Ukrayna münaqişəsi dövründə bir çox azərbaycanlıya humanitar və təşkilati dəstək göstərib.

Məqalədə: #Ukraynadakı diaspor rəhbəri dövlət medalı ilə təltif olunub #Mətləb Nəcəfov Diaspor fəaliyyətində xidmətə görə medalı alıb #Azərbaycan diasporunun Ukraynadakı rəhbərinə yüksək mükafat #Diaspor fəalı dövlət tərəfindən təltif edildi #Ukraynada Azərbaycan diasporunun fəaliyyəti qiymətləndirilib #Diaspor rəhbərinə Azərbaycan Respublikasının medalı təqdim olunub #Ukrayna’daki Azerbaycan diaspor lideri devlet madalyası aldı #Azerbaycan diasporuna hizmet eden isim ödüllendirildi #Ukrayna Azerbaycanlıları Kongresi temsilcisine onur madalyası #Azerbaycan diaspor faaliyetleri devlet tarafından takdir edildi #Ukrayna’da diaspor liderine yüksek ödül #Azerbaycan’dan Ukrayna diasporuna resmi takdir

Mövzu üzrə digər xəbərlər

BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
Siyasət

BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək

11:23
İordaniya və Avstriya Suriyanın bərpasına dəstəyin davam etdirilməsini istəyib
Siyasət

İordaniya və Avstriya Suriyanın bərpasına dəstəyin davam etdirilməsini istəyib

4 Sentyabr 13:52
İraq və Suriya ikitərəfli ticarətin genişləndirilməsini müzakirə edib
Siyasət

İraq və Suriya ikitərəfli ticarətin genişləndirilməsini müzakirə edib

4 Sentyabr 12:51
Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45

Son Xəbərlər

Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
13:33
Liverpul Ərəb İncəsənət Festivalına yeni rəhbər təyin olunub
Liverpul Ərəb İncəsənət Festivalına yeni rəhbər təyin olunub
13:18
BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
13:03
İranın Xərq adası yaxınlığında partlayış səsləri eşidilib
İranın Xərq adası yaxınlığında partlayış səsləri eşidilib
11:52
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
11:51
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.