9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Ceyhun Bayramov Türkiyə və Gürcüstan Parlament nümayəndə heyətləri ilə regional təhlükəsizliyi müzakirə edib

XİN rəhbəri regional təhlükəsizliyi müzakirə edib

24 Fevral 2026 15:10
Ceyhun Bayramov Türkiyə və Gürcüstan Parlament nümayəndə heyətləri ilə regional təhlükəsizliyi müzakirə edib
Bizi buradan izləyin və Bizə yazın

BAKI,VOA

24 fevral tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin sədri Fuat Oktay və Gürcüstan Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradzenin başçılıq etdiyi nümayəndə heyətlərini qəbul edib.

VOA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Görüş zamanı Azərbaycan–Türkiyə arasında müttəfiqlik və Azərbaycan–Gürcüstan arasında strateji tərəfdaşlıq münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri, eləcə də geniş bölgədə təhlükəsizlik vəziyyəti müzakirə olunub.

Görüşdə Parlamentlərarası əməkdaşlığın genişləndirilməsinin, xüsusilə xarici əlaqələr komitələri arasında müntəzəm təmasların əhəmiyyəti diqqətə çatdırılıb. Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin 10-cu üçtərəfli iclasının münasibətlərə əlavə təkan verdiyi məmnunluqla qeyd olunub.

Tərəflər Parlamentlər ilə yanaşı xarici işlər və müdafiə nazirləri arasında üçtərəfli əməkdaşlıq formatlarının regionda sülh, sabitlik, təhlükəsizlik və rifahın möhkəmləndirilməsinə töhfə verdiyini qeyd ediblər. Enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri, o cümlədən Orta Dəhlizin inkişafı, regional iqtisadi inteqrasiya müzakirə olunan əsas mövzular sırasında olub.

Bununla yanaşı, post-münaqişə dövründə regionda davamlı sülhün və sabitliyin təmin olunması, normallaşma prosesi və parlament diplomatiyasının bu istiqamətdə rolu barədə fikir mübadiləsi aparılıb. Nazir Ceyhun Bayramov Azərbaycan-Ermənistan sülh və normallaşma prosesi barədə ətrafı məlumat verib, ölkəmizin atdığı addımları və gözləntilərimizi diqqətə çatdırıb.

Məqalədə: #Türkiyə #Azərbaycan #Ceyhun Bayramov #Xarici İşlər Nazirliyi #Gürcüstan

Mövzu üzrə digər xəbərlər

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
Səudiyyə Ərəbistanı

250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib

8 Sentyabr 16:48
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

8 Sentyabr 16:20
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
Siyasət

İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib

8 Sentyabr 12:00

Son Xəbərlər

Yəmən husi terrorçularından təmizlənir
Yəmən husi terrorçularından təmizlənir
07:32
Məhəmməd bin Salman kral ailəsini və nazirləri bir araya toplayıb
Məhəmməd bin Salman kral ailəsini və nazirləri bir araya toplayıb
07:24
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.