12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Körfəz Əməkdaşlıq Şurası Qətər
Qətər

Qətər və İordaniya İsrailin Qəzza blokadasını pisləyib

3 Mart 2025 10:58
Qətər və İordaniya İsrailin Qəzza blokadasını pisləyib

BAKI, AzerVoice

Qətər və İordaniya, İsrailin atəşkəs razılaşmasını pozaraq Qəzza zolağına humanitar yardımı dayandırmasını kəskin şəkildə pisləyib.

AzerVoice xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyinin açıqlamasında, İsrailin Qəzzaya humanitar yardımı əngəlləməsinin beynəlxalq humanitar hüquqa və bütün dinlərin təlimlərinə zidd olduğu vurğulanıb.

"Qətər dövləti, mülki əhalini aclıqdan öldürmək üçün ərzaqdan müharibə silahı kimi istifadə edilməsini rədd edir." – deyə bəyanatda bildirilib.

Qətər beynəlxalq ictimaiyyəti Qəzzaya humanitar yardımın maneəsiz çatdırılmasını təmin etməyə çağırıb və Fələstin məsələsinə olan dəstəyinin dəyişməz qaldığını bəyan edib.

İordaniya Xarici İşlər Nazirliyi də oxşar mövqe sərgiləyərək, Təl-Əvivin bu qərarının beynəlxalq hüquqa və Cenevrə Konvensiyasına zidd olduğunu xatırladıb.

Qeyd edək ki, İsrailin Baş nazirlik ofisi dünən Baş nazir Benyamin Netanyahunun Qəzzaya humanitar yardımın daxil olmasını tamamilə dayandırmaq qərarına gəldiyini açıqlayıb.

İsrail bu addımı, atəşkəs razılaşmasının birinci mərhələsinin başa çatması və HƏMAS-ın ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun təqdim etdiyi danışıqlar planını qəbul etməməsi ilə əsaslandırıb.

İsrail bəyan edib ki, məhbuslar azad edilənə qədər atəşkəsi davam etdirməyəcək.

Məqalədə: #Qəzza zolağı #Qətər #İordaniya #atəşkəs danışıqları #İsrail-HƏMAS atəşkəsi #Qəzzada humanitar böhran #Qətər Qəzza atəşkəs vasitəçiliyi #Qəzzada aclıq və səfalət #Qətər və İordaniyanın mövqeyi

Mövzu üzrə digər xəbərlər

Qətərdən Səudiyyəyə tam dəstək - "Şərq-Qərb" kəmərinə edilən PUA hücumu sərt pisləndi
Qətər

Qətərdən Səudiyyəyə tam dəstək - "Şərq-Qərb" kəmərinə edilən PUA hücumu sərt pisləndi

09:45
Qətər Ulduzlar Liqasının Baş Assambleyasının iclası keçirilib
Qətər

Qətər Ulduzlar Liqasının Baş Assambleyasının iclası keçirilib

11 Sentyabr 21:02
Qətər BMT-də “Milli Baxış 2030” strategiyasından danışıb
Qətər

Qətər BMT-də “Milli Baxış 2030” strategiyasından danışıb

11 Sentyabr 20:10
Qətər və Avstriya Hörmüz boğazında vəziyyəti müzakirə edib
Qətər

Qətər və Avstriya Hörmüz boğazında vəziyyəti müzakirə edib

11 Sentyabr 18:08

Son Xəbərlər

Cahiliyyədən Abbasilər dövrünə: Klassik ərəb ədəbiyyatının formalaşma yolları
Cahiliyyədən Abbasilər dövrünə: Klassik ərəb ədəbiyyatının formalaşma yolları
11:06
BƏƏ və Səudiyyə arasında yeni turizm dəhlizii yaradılır
BƏƏ və Səudiyyə arasında yeni turizm dəhlizii yaradılır
10:44
Küveyt nefti ucuzlaşdı, qlobal bazarlarda isə kəskin bahalaşma qeydə alınır
Küveyt nefti ucuzlaşdı, qlobal bazarlarda isə kəskin bahalaşma qeydə alınır
10:18
701 at güclü "Porsche 911 Turbo S Cabriolet" sınaqdan çıxdı
701 at güclü "Porsche 911 Turbo S Cabriolet" sınaqdan çıxdı
10:11
Türkiyədə qlobal diaspor məsələləri müzakirə olunub
Türkiyədə qlobal diaspor məsələləri müzakirə olunub
09:47
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.