8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İslam və Tarix İslam və həyat: Şəriət, tarix, əxlaq
İslam və həyat: Şəriət, tarix, əxlaq

Əhməd ibn Əbdürrəhim Bərdəi

1 May 2024 05:33
Əhməd ibn Əbdürrəhim Bərdəi

Bakı,AzerVoice

Əhməd ibn Muhəmməd ibn Əbdürrəhim Bərdəi Mühəddis idi. Təhsil almaq üçün Əndəlüsə getmiş və buradakı Mursiyyə şəhərində yaşamışdı.
Əndəlüs mədrəsələrində Əbü’l-Həsən Əli ibn Muhəmməd ibn Şəfyi’ əl- Busti, İbn Müvəhhəb və imam Əbü’l-Vəlid Yunis ibn Abdullah ibn Muğis Qurtubi kimi alimlərin tələbəsi olmuş, hədis, fiqh, üsul və ədəbiyyat dərsləri almışdı.
Təhsilin başa vurduqdan sonra İspaniyada qalmış və buradakı mədrəsələrdə tədrislə məşğul olmuşdu. Onun tələbələri arasından Əbu Abdullah əl-Əndərəşi (1149-1224) kimi alimlər yetişmişdi

Əhməd Bərdəinin ölüm tarixi məlum deyil. Onun yaşadığı dövrün müəyyənləşdirilməsində də müəyəyyən tərəddüd meydana çıxmışdır. Bu tərəddüd İbn Həcər Əsqəlaninin verdiyi məlumatdan irəli gəlir. İbn Həcərin yazdığına görə Əhməd ibn Muhəmməd Bərdəi Əndəlüsdə, eləcə də bütün İslam dünyasında, tanınmış alim olan imam Əbü’l-Vəlid Yunis Qurtubinin tələsəni olmuşdur. Yenə müəllif Əndəlüs ərəb şe’rinin tanınmış simalarından olan Əbu Abdullah əl-Əndərəşinin Əhməd Bərdəidən dərs aldığını qeyd etmişdir.
Əbü’l-Həsən ibn Abdullah ən-Nəbahi öz əsərində Əbü’l- Vəlid Yunis Qurtubinin Əndəlüs Əməvi xəlifələrinin sonuncusu III Hişam ibn Muhəmməd əl-Mərvani tərəfindən h. 419-cu ildə (1028) Əndəlüs baş qaziliyinə təyin olduğunu və alimin h. 429-cu ildə (1038) vəfat etdiyini qeyd etmişdir431. Əbu Abdullah əl-Əndərəşi isə 1149-1224-cü illərdə yaşamışdır. Əhməd Bərdəinin bircisinin ölüm, ikincisinin isə təvəllüd tarixi arasında 111 il olan iki ayrı şəxsin müasiri olması mümkün olmadığı üçün düşünürük ki, İbn Həcər əl-Əsqəlani burada xətaya yol vermişdir. Ehtimal ki, Əbu Abdullah əl-Əndərəşi Əhməd Bərdəidən deyil, onun yetişdirdiyi hədis alimlərinin birindən hədis dərsləri almışdı.
Çünki adı çəkilən digər iki şəxslə imam Əbü’l-Vəlid Yunis Qurtubi müasir olmuşdurlar. Beləcə Əhməd Bərdəinin XXI əsrlərdə yaşadığını təxmin etmək olar.

Mənbə: Dosent Elnur Nəsirov/ Orta Əsrlərdə Yaşamış AZƏRBAYCANLI ALİMLƏR, fəqihlər, müfəssirlər, mühəddislər, mütəkəllimlər, ravilər, qarilər …

Əhməd ibn Əbdürrəhim Bərdəi
Məqalədə: #İslam irsi #Orta Əsrlərdə Yaşamış AZƏRBAYCANLI ALİMLƏR

Mövzu üzrə digər xəbərlər

İslam alimlərinin riyaziyyat, astronomiya və coğrafiya sahəsində töhfələri
İslam və Tarix

İslam alimlərinin riyaziyyat, astronomiya və coğrafiya sahəsində töhfələri

6 Sentyabr 12:00
İslam tarixinin yeganə İsmaili xilafəti: Fatimilər dövlətinin yüksəlişi və süqutu
Nə, necə, niyə? Elmi ensiklopediya

İslam tarixinin yeganə İsmaili xilafəti: Fatimilər dövlətinin yüksəlişi və süqutu

30 Avqust 09:00
İman və etiqad arasında fərq nədir?
İslam və Tarix

İman və etiqad arasında fərq nədir?

23 Avqust 16:51
Kəbənin yerləşdiyi müqəddəs Məkkənin tarixi, coğrafiyası və dini əhəmiyyəti
Səudiyyə Ərəbistanı

Kəbənin yerləşdiyi müqəddəs Məkkənin tarixi, coğrafiyası və dini əhəmiyyəti

22 Avqust 01:06

Son Xəbərlər

Dohadan Vaşinqtona sərt mesaj - Körfəz artıq yalnız ABŞ-yə güvənə bilməz...Qətər MƏKKƏ sazişinə qoşulur?
Dohadan Vaşinqtona sərt mesaj - Körfəz artıq yalnız ABŞ-yə güvənə bilməz...Qətər MƏKKƏ sazişinə qoşulur?
11:08
Səudiyyə Ərəbistanının sabitliyində təhlükəsizlik və enerji amilləri önə çəkilib
Səudiyyə Ərəbistanının sabitliyində təhlükəsizlik və enerji amilləri önə çəkilib
11:00
İordaniya Qəzzaya yeni humanitar yardım göndərib
İordaniya Qəzzaya yeni humanitar yardım göndərib
10:28
Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
10:22
Səudiyyə Ərəbistanı və Almaniya Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Səudiyyə Ərəbistanı və Almaniya Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
10:17
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.