7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Səhiyyə Nazirliyində Kubanın ölkəmizdəki səfiri ilə görüş keçirilib

16 May 2024 12:45
Səhiyyə Nazirliyində Kubanın ölkəmizdəki səfiri ilə görüş keçirilib

Bakı. AzerVoice:

Səhiyyə Nazirliyində Kubanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Karlos Enrike Valdes de la Konsepsyon ilə görüş keçirilib.

Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Azərbaycanla Kuba arasında səmərəli əməkdaşlığın həm ikitərəfli, həm də çoxtərəfli formatda uğurla davam etdiyini vurğulayıb. Teymur Musayev xalqlarımız arasında dostluq əlaqələrinin inkişafında dövlət başçılarının müstəsna rolunu qeyd edib.

Nazirin sözlərinə görə, bütün sahələrdə olduğu kimi, səhiyyə və tibb elmi sahəsində də Azərbaycan-Kuba əməkdaşlığı nümunəvidir. Kubanın milli səhiyyəsinin dünyada ən yaxşı sistemlərdən biri olduğunu qeyd edən Teymur Musayev Səhiyyə Nazirliyinin nümayəndə heyətinin ötən il noyabr ayında dost dövlətə səfəri və Baş nazir Manuel Marrero Krusla görüşünü xatırladıb: “Səfər çərçivəsində bir sıra əhəmiyyətli və məhsuldar görüşlər baş tutub. Nümayəndə heyəti Kuba Respublikasının aparıcı tibb və əczaçılıq müəssisələrini ziyarət edərək, onların fəaliyyəti ilə tanış olub. Həmçinin, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Kuba Respublikasının İctimai Səhiyyə Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd iki dost ölkənin səhiyyə sisteminin gücləndirilməsi, eyni zamanda əhalinin sağlamlığının inkişafına öz tövhəsini verəcək”.

Öz növbəsində Karlos Enrike Valdes de la Konsepsyon Kubanın Azərbaycanla əlaqələrin inkişaf etdirilməsinə xüsusi diqqət yetirdiyini qeyd edib:“Azərbaycan və Kuba arasında bir çox sahələrdə sıx əlaqələr mövcuddur. Ölkələrimiz arasında 1992-ci ildən etibarən diplomatik əlaqələr qurulub.Bu müddət ərzində Kuba və Azərbaycan dövlətlərinin qarşılıqlı münasibətlər müsbət dinamika ilə inkişaf edir”.

Sonda kubalı səfir bütün sahələrdə olduğu kimi səhiyyə sahəsində də dinamik əməkdaşlığın vacibliyini bildirib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Səhiyyə Nazirliyində Kubanın ölkəmizdəki səfiri ilə görüş keçirilib
Məqalədə: #Səhiyyə Nazirliyi #Kuba

Mövzu üzrə digər xəbərlər

Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb
Yaxın Şərq

Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb

5 Sentyabr 20:34
ABŞ Kubaya qarşı yeni sanksiyalar tətbiq edib
Digər Dövlətlər

ABŞ Kubaya qarşı yeni sanksiyalar tətbiq edib

6 Avqust 19:56
Qəzzada ölənlərin sayı 73 377-yə çatıb
Yaxın Şərq

Qəzzada ölənlərin sayı 73 377-yə çatıb

4 Avqust 18:22
Bu gün Xristofor Kolumb İspaniyadan Amerika qitəsinə doğru səfərə çıxdı
Tarixdə bu gün

Bu gün Xristofor Kolumb İspaniyadan Amerika qitəsinə doğru səfərə çıxdı

3 Avqust 03:00

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.