8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Səbinə Əliyeva UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüşüb

2 Noyabr 2023 22:04
Səbinə Əliyeva UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüşüb

Bakı. AzerPress:

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəsi Aleks Haykenslə görüşüb.

Ombudsman Aparatının mətbuat xidmətindən AzerPress-ə bildirilib ki, müvəkkil görüşdə uşaq hüquqlarının müdafiəsinin əhəmiyyətini qeyd edərək, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa edilmiş dəyişikliklərlə ombudsmana “Uşaq hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsinin monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizminin funksiyalarının həyata keçirilməsi səlahiyyətinin verildiyini bildirib.

S.Əliyeva uşaq hüquqlarının müdafiəsi sahəsində və hazırda “Uşaq Hüquqları Aylığı” çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Müvəkkil Ombudsman təsisatı ilə UNICEF arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayaraq, Fəaliyyət Planına uyğun olaraq bu sahədə görülmüş işlərdən danışıb.

Görüşdə Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində uşaq hüquqlarının təmini vəziyyətinin monitorinqi, miqrant uşaqların hüquqlarının müdafiəsi, yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakiməsi, bu sahədə maarifləndirmə tədbirlərinin keçirilməsi və digər istiqamətlərdə həyata keçirilən fəaliyyətlər haqqında müzakirələr aparılıb.

Müvəkkil İkinci Qarabağ müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad edildiyini, bu ərazilərdə bərpa-quruculuq işlərinin aparıldığını, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışı prosesinin həyata keçirildiyini bildirib, bu prosesdə əhalinin həssas qruplarının, o cümlədən uşaqların hüquqlarının təmini məsələlərinin vacibliyini vurğulayıb.

Görüşdə uşaqların mina təhlükəsizliyi barəsində məlumatlandırılması, iqlim dəyişiklərinin uşaqlara təsiri ilə də bağlı müzakirələr aparılıb.

Aleks Haykens ölkədə fəaliyyət göstərdiyi dövrdə uşaqların hüquqlarının təmini istiqamətində mühüm işlər görüldüyünü və bu sahədə əməkdaşlığa görə ombudsmana təşəkkürünü bildirib.

Görüşdə qurumlar arasında əməkdaşlığın perspektivləri haqqında fikir mübadiləsi aparılıb.

Yekunda Səbinə Əliyeva ölkəmizdə fəaliyyətini başa vuran Aleks Haykensə təşəkkürünü bildirərək gələcək fəaliyyətində uğurlar arzulayıb və xatirə olaraq Ombudsman təsisatının 20 illiyinə həsr olunmuş poçt markasını qonağa təqdim edib.

Məqalədə: #Azərbaycan #UNICEF #ombudsman #Səbinə Əliyeva

Mövzu üzrə digər xəbərlər

Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
Səudiyyə Ərəbistanı

Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb

7 Sentyabr 21:48
"44" bədii filminin premyerasının vaxtı məlum olub
Cəmiyyət

"44" bədii filminin premyerasının vaxtı məlum olub

7 Sentyabr 15:47
Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

4 Sentyabr 11:03

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.