6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Bu gün Xankəndi şəhər prokurorluğunun inzibati binası istifadəyə verilir

24 İyun 2024 10:02
Bu gün Xankəndi şəhər prokurorluğunun inzibati binası istifadəyə verilir

Bakı. VOA

Xankəndi şəhər prokurorluğunun inzibati binası istifadəyə verilib. Açılış mərasimində Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev iştirak edib.

VOA xəbər verir ki, Baş prokurorluğun rəhbərliyinin də iştirak etdiyi tədbirə, həmçinin, digər dövlət və hüquq mühafizə orqanlarının əməkdaşları qatılıb.

Əvvəlcə mərasim iştirakçıları inzibati binanın foyesində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, dahi insanın unudulmaz xatirəsinə dərin hörmət və ehtiramlarını bildirib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Baş prokuroru Kamran Əliyev deyib ki, Azərbaycan xalqı bu gün sözlə ifadə edilməsi mümkün olmayan misilsiz qələbə sevinci, yüksək fəxarət duyğuları, hədsiz fərəh, qürur hissləri yaşayır:

"Ümummilli lider Heydər Əliyev, eləcə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin prokurorluq orqanlarına göstərdikləri daimi diqqət və qayğı hər zaman hiss olunub.

Ölkə prezidentinin cari ilin 24 may tarixli Sərəncamı ilə Xankəndi şəhər prokurorluğunun təsis edilməsi və qısa müddətdə qurumun bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri ilə təmin edilməsi, habelə digər maddi-texniki təminatı məsələlərinin həlli bunun göstəricisidir"-deyə Baş Prokuror vurğulayıb.
Bildirilib ki, Xankəndi şəhər prokurorluğunun inzibati binasının qısa müddətdə istifadəyə verilməsi çox əlamətdar bir dövrə - rəşadətli ordumuzun yaranmasının 106 illiyinə təsadüf edir.

Prokurorluq orqanlarının formalaşmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən danışan Baş prokuror Azərbaycan prokurorluğunun keçdiyi şərəfli yol və hazırkı fəaliyyəti barədə bəhs edib.

Kamran Əliyev prokurorluq orqanlarında aparılan kompleks islahatlar və sağlam iş mühitinin formalaşdırılması məqsədilə görülən məqsədyönlü tədbirlərdən söz açıb.

İnzibati binanın istifadəyə verilməsini prokurorluq əməkdaşlarının əməyinə verilən yüksək qiymət kimi dəyərləndirən Baş prokuror Azərbaycan dövlətinin inkişafı naminə bundan sonra da böyük səylə çalışacaqlarını bildirərək kollektivə uğurlar arzu edib.

Daha sonra iştirakçılar inzibati binada yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, binada vətəndaşların qəbul otağı, prokuror, prokuror köməkçiləri, müstəntiq və inspektorlar üçün otaqlar, dəftərxana və arxiv yaradılıb.

Bildirilib ki, bina bütün zəruri avadanlıq, kompüter sistemi, kommunikasiyalar və mühəndis qurğuları ilə təchiz edilib, mebel və digər inventarlarla təmin olunub.

Sonda xatirə fotoşəkli çəkilib.

Bu gün Xankəndi şəhər prokurorluğunun inzibati binası istifadəyə verilir Bu gün Xankəndi şəhər prokurorluğunun inzibati binası istifadəyə verilir Bu gün Xankəndi şəhər prokurorluğunun inzibati binası istifadəyə verilir Bu gün Xankəndi şəhər prokurorluğunun inzibati binası istifadəyə verilir Bu gün Xankəndi şəhər prokurorluğunun inzibati binası istifadəyə verilir Bu gün Xankəndi şəhər prokurorluğunun inzibati binası istifadəyə verilir Bu gün Xankəndi şəhər prokurorluğunun inzibati binası istifadəyə verilir
Məqalədə: #Xankəndi

Mövzu üzrə digər xəbərlər

“Türk Dünyası Həftəsi”nin iştirakçıları Xankəndi Bəyannaməsini qəbul ediblər
Siyasət

“Türk Dünyası Həftəsi”nin iştirakçıları Xankəndi Bəyannaməsini qəbul ediblər

3 İyul 20:43
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Türk Dünyası Həftəsi çərçivəsində çıxış edib
Türk Dövlətləri

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Türk Dünyası Həftəsi çərçivəsində çıxış edib

29 İyun 21:13
Avropa Parlamentinin qəbul etdiyi qərarların Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur - Hikmət Hacıyev
Siyasət

Avropa Parlamentinin qəbul etdiyi qərarların Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur - Hikmət Hacıyev

1 May 20:49
Azərbaycan unikal bərpa və quruculuq modelini təqdim edir - Hikmət Hacıyev
Siyasət

Azərbaycan unikal bərpa və quruculuq modelini təqdim edir - Hikmət Hacıyev

1 May 20:36

Son Xəbərlər

Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
09:00
Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri
Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri
08:39
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
08:08
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
07:48
Londonda  səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
Londonda səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
07:22
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.