4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Milli Azərbaycan Tarixi Muzeyi ilə Polşanın Azərbaycandakı səfirliyi arasında Memorandum imzalanıb

12 İyul 2024 05:00
Milli Azərbaycan Tarixi Muzeyi ilə Polşanın Azərbaycandakı səfirliyi arasında Memorandum imzalanıb

Bakı. AzerVoice

Milli Azərbaycan Tarixi Muzeyi və Polşa Respublikasının ölkəmizdəki səfirliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanması məqsədilə görüş keçirilib.

Muzeydən AzerVoice-ə bildirilib ki, görüşdə muzeyin elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, dosent Fərhad Cabbarov, Polşanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rafal Poborski, səfirin müşaviri Mixal Qretzilo, səfirliyin əməkdaşı Katarzina Piaseçka, muzeyin Beynəlxalq əlaqələr və ictimaiyyətlə iş şöbəsinin müdiri Zümrüd İsmayılova və həmin şöbənin böyük elmi işçisi Fuad Ağayev iştirak ediblər. Tədqiqatçı alim Fərhad Cabbarov qonaqları muzeydə yenidən görməkdən məmnunluğunu bildirib və hər iki ölkənin tarixi əlaqələrindən danışıb.

Sonra tanınmış polşalı memar Yuzef Qoslavskinin vəfatının 120-ci il dönümünə həsr olunacaq sərginin muzeydə təşkili ilə bağlı razılaşma Memorandumu imzalanıb.

Qeyd edək ki, sərgidə Yuzef Qoslavskinin vaxtilə Bakıda layihələndirdiyi məşhur binaların 3D formatında təqdimatı, eyni zamanda, polşalı memarın həyat və yaradıcılığına aid arxiv sənədləri (və ya onların surətləri), xüsusən də Bakıdakı fəaliyyəti ilə bağlı mətn və vizual materialları yer alacaq.

Razılaşma ilə bağlı fikir mübadiləsindən sonra qonaqlar muzeyin yeni ekspozisiyası ilə tanış olublar. Ekspozisiyada nümayiş olunan nadir eksponatlar Səfirin marağına səbəb olub.

Milli Azərbaycan Tarixi Muzeyi ilə Polşanın Azərbaycandakı səfirliyi arasında Memorandum imzalanıb
Məqalədə: #Milli Azərbaycan Tarixi Muzeyi

Mövzu üzrə digər xəbərlər

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Maraqlı faktlar

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər

16:30
Day.Az informasiya portalının 23 yaşı tamam olur
Cəmiyyət

Day.Az informasiya portalının 23 yaşı tamam olur

09:12
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03
Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29

Son Xəbərlər

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
20:41
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
20:30
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
20:26
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
20:23
İtamar Ben-Qvir Qəzza əhalisinin köçürülməsi üçün 20 milyard dollarlıq plan açıqlayıb
İtamar Ben-Qvir Qəzza əhalisinin köçürülməsi üçün 20 milyard dollarlıq plan açıqlayıb
20:19
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.