Bakı, AzerVoice
Türkiyədə Aile ve Sosyal Hizmetler Bakanlığı uşaqların sağlam inkişafını dəstəkləmək və onları zərərli məzmunlardan qorumaq məqsədilə Çocuk İçin Dost Uygulamalar (DUY) internet saytı və qaynar xəttini istifadəyə verib.
AzerVoice bildirir ki, bu barədə Aile ve Sosyal Hizmetler Bakanlığı naziri Mahinur Özdemir Göktaş məlumat verib.
Uşaqları hər cür təhlükədən və zərərli məzmunlardan qorumaq üçün çalıqdıqlarını ifadə edən Göktaş, "Uşaqlarımızın gələcəyi bizim üçün çox önəmlidir. Uşaqların sağlam inkişafını dəstəkləmək və onları zərərli məzmundan qorumaq məqsədi ilə Çocuk İçin Dost Uygulamalar internet saytını və qaynar xəttini istifadəyə vermişik. Bu platforma vasitəsilə biz uşaqlar, ailələr və bütün cəmiyyət üçün hərtərəfli maarifləndirmə kampaniyası həyata keçiririk” deyə bildirib.
DUY vasitəsilə uşaqlara və ailələrə bir çox bələdçi və məzmunlar təklif etdiklərini deyən Göktaş: "Uşaqlar üçün kitab və oyuncaq seçimində ailələrə müxtəlif təkliflər, uşaqlarda məhrəmiyyət anlayışı, qoruyucu ailə olmaq kimi mövzularda hazırladığımız bələdçilərlə valideynlərimizi dəstək göstəririk. Bundan əlavə, hazırladığımız sosial media məzmunu ilə kiber zorakılıq, onlayn/offline oyunlar, rəqəmsal platformadan asılılıq kimi aktual mövzularda ailələrimizə yol göstərib, uşaqlarımızı rəqəmsal dünyanın zərərlərindən və digər risklərdən qorumaq üçün birlikdə mübarizə aparırıq . Bu mövzuda hər birimiz həssas olmalıyıq, buna görə də vətəndaşlarımızın uşaqlar üçün zərərli olduğunu düşündükləri məzmunu, nəşrləri və tətbiqləri asanlıqla bildirmələrini təmin etmək üçün DUY qaynar xəttini istifadəyə verdik." deyə bildirib.
Göktaş, nazirliyin internet saytındakı Çocuk Hizmetleri Genel Müdürlüğü səhifəsindən bu platforma vasitəsilə WhatsApp və Bip-ə qoşularaq edilən bildirişləri 7/24 davamlı olaraq izləyib qiymətləndirdiklərini də qeyd edib.