5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Azərbaycanlı jurnalistlərin Türkiyə səfəri başa çatıb

19 Avqust 2024 12:22
Azərbaycanlı jurnalistlərin Türkiyə səfəri başa çatıb

Bakı, AzerVoice

Türkiyənin Turizm nazirliyinin təşəbbüsü və Türkiye Turizm Tanıtım ve Geliştirme Ajansı (TGA)-nın təşkilatçılığı ilə bir qrup Azərbaycanlı jurnalistin üç günlük Türkiyə səfəri başa çatmışdır.

Bu haqda AzerVoice-nin səfərdə olan müxbiri məlumat verib.

Məlumata görə iki ölkə arasında mədəni münasibətlərin inkişafı, Türkiyənin turizm potensialının tanıdılması məqsədilə təşkil edilmiş bu səfərdə üçü Gürcüstandan olmaqla ümumilikdə 7 jurnalist iştirak etmişdir.

14 iyun tarixində başlayan səfər 17 iyunda başa çatmışdır. Səfər Türkiyənin Giresun şəhərindən başlayaraq Orudu şəhərində yekunlaşmaqla Qaradəniz sahilində yerləşən bu iki turizm şəhərini əhatə etmişdir.

Dağlıq meşələr, təmiz çimərlik, kanat, paraşüt, xizək, tarixi məkanlar kimi turizm imkanlarına sahib bu iki şəhər eyni zamanda Türkiyənin inkişafı və əhalinin məşğulluğunda müstəsna yerə sahib fındıq təsərrüfatı ilə dünyada ad qazanmışdır.

Qeyd edək ki, 14 iyun tarixində Giresundan başlayan səfər ilk öncə Giresun şəhər mərkəzi başda olmaqla zəngin tarixi mədəniyyətə malik, şəhərin mərkəzində qurulmuş, Türkiyə Milli Mübarizə Qəhrəmanı Topal Osman Ağanın məqbərəsinin yerləşdiyi, quyular, gözətçi qüllələri və mağaraların olduğu Giresun Qalası və həmçinin təxminən iki əsr əvvəl Avropadan gətirilən materiallarla inşa edilmiş, yunanların və türklərin illərdir yaşadığı, xalq mahnılarına mövzu olmuş Zeytinlik məhəlləsi kimi yerlər ziyarət edildi.

Giresunla davam edən səfərin ikinci günündə şəhərin ən çox seçildiyi amillərdən biri sayılan fındıq təsərrüfatı ilə bağlı bir neçə məkan ziyarət edildi. Bu məkanlara Fındıq Tədqiqat Qurumu, fındıq bağları və fındıq istehsalı həyata keçirən "Fiskobirlik" adlı fabrik daxil idi.

Həmçinin, şəhərin ən maraqlı yerlərindən olan Kuzalan Şəlaləsi, suyu əhəngdaşlarının və soda suyunun təsiri ilə firuzəyi rəng alan Mavi göl və qazlı suyun yerin altından çıxması ilə əmələ gələn Göksu Travertin kimi həm mənzərəsi, sərin və təmiz havası həm də diqqətçəkici özəlliyi ilə bir neçə məkan ziyarət edildi.

Səfərin üçüncü günü isə Şərqi Qara dəniz bölgəsinin qapısı sayılan Ordu şəhərindən başladı. Bu şəhər mavi ilə yaşılın qucaqlaşdığı sahilləri, sahil zolağından başlayan dağları, geniş və gözəl yaylaları və çox böyük əraziləri əhatə edən meşələri ilə digər bölgələrdən seçilir. Ordu vilayətində 100 km uzunluğundakı sahil xəttinin 60 km-i çimərliklərdən ibarətdir. Eramızdan əvvəl 7-ci əsrə aid olan Ordu təbii gözəllikləri ilə yanaşı, mühüm mədəni və tarixi irsə də ev sahibliyi edir. Ordu Türkiyənin fındıq istehsalının 51%-ni və dünya fındıq istehsalının 25%-ni təmin edir.

Boztepe Ordunun ən məşhur və ən çox ziyarət edilən yerlərindəndir. Bunun bir neçə səbəbi var. Belə ki, Boztepe adından da göründüyü kimi, təpəlik bir yerdir, yəni hündürlükdə yerləşir və buradan Ordunun demək olar ki, hər yeri görünür. Həmçinin bu təpədən Ordu şəhəri, Qaradəniz sahilləri, meşələr, dağlar olmaqla çox əsrarəngiz bir mənzərə sizi qarşılayır. Onu da əlavə edək ki, Bozdağın yerləşdiyi yer onu paraşüt və kanat kimi əyləncəli və adrenalin yaşadan fəaliyyətlər üçün çox əlverişli hala gətirir. Məhz bu amil də onu ən çox ziyarət edilən məkanlardan birinə çevirib.

Ziyarət edilən yerlər arasında ən sonuncu sırada 19-cu əsrə aid tarixi üç mərtəbəli Ordu Fındıq Muzeyi və 1869-cu ilə aid kilsənin yerləşdiyi, sakit və insana rahatlıq verən atmosferi ilə Ordunun ən əhəmiyyətli turizm məkanlarından biri sayılan Yason yarımadası ən diqqət çəkən yerlərdən biir hesab edilir.

Qeyd edək ki, səfərlə bağlı AzerVoice saytında silsilə yazılar olacaqdır.

AzerVoice saytından götürülən bütün məlumatlarda istinad verilməsi vacibdir. Bu haqda məxfilik siyasətimizə baxa bilərsiniz.


Azərbaycanlı jurnalistlərin Türkiyə səfəri başa çatıb Azərbaycanlı jurnalistlərin Türkiyə səfəri başa çatıb Azərbaycanlı jurnalistlərin Türkiyə səfəri başa çatıb Azərbaycanlı jurnalistlərin Türkiyə səfəri başa çatıb Azərbaycanlı jurnalistlərin Türkiyə səfəri başa çatıb Azərbaycanlı jurnalistlərin Türkiyə səfəri başa çatıb Azərbaycanlı jurnalistlərin Türkiyə səfəri başa çatıb Azərbaycanlı jurnalistlərin Türkiyə səfəri başa çatıb Azərbaycanlı jurnalistlərin Türkiyə səfəri başa çatıb Azərbaycanlı jurnalistlərin Türkiyə səfəri başa çatıb Azərbaycanlı jurnalistlərin Türkiyə səfəri başa çatıb Azərbaycanlı jurnalistlərin Türkiyə səfəri başa çatıb Azərbaycanlı jurnalistlərin Türkiyə səfəri başa çatıb Azərbaycanlı jurnalistlərin Türkiyə səfəri başa çatıb Azərbaycanlı jurnalistlərin Türkiyə səfəri başa çatıb Azərbaycanlı jurnalistlərin Türkiyə səfəri başa çatıb Azərbaycanlı jurnalistlərin Türkiyə səfəri başa çatıb Azərbaycanlı jurnalistlərin Türkiyə səfəri başa çatıb Azərbaycanlı jurnalistlərin Türkiyə səfəri başa çatıb Azərbaycanlı jurnalistlərin Türkiyə səfəri başa çatıb Azərbaycanlı jurnalistlərin Türkiyə səfəri başa çatıb Azərbaycanlı jurnalistlərin Türkiyə səfəri başa çatıb Azərbaycanlı jurnalistlərin Türkiyə səfəri başa çatıb Azərbaycanlı jurnalistlərin Türkiyə səfəri başa çatıb Azərbaycanlı jurnalistlərin Türkiyə səfəri başa çatıb
Məqalədə: #Türkiyə #Ordu şəhəri #Giresun şəhəri #Yason burnu

Mövzu üzrə digər xəbərlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

4 Sentyabr 11:56
İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir
Türkiyə

İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

3 Sentyabr 11:04

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.