4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Azərbaycanlı tələbələr BƏƏ-nin Kosmik Mərkəzində təcrübə keçəcəklər

6 Sentyabr 2024 15:36
Azərbaycanlı tələbələr BƏƏ-nin Kosmik Mərkəzində təcrübə keçəcəklər

Bakı, AzerVoice

Azərbaycanlı tələbələr Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yerləşən Məhəmməd Bin Rəşid Kosmik Mərkəzində (MBRSC) təcrübə proqramında iştirak edəcəklər.

AzerVoice xəbər verir ki , təcrübə proqramı Azərkosmosun nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın təşkilatçılığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə həyata keçirilir.

Təcrübə proqramında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin SABAH qrupları layihəsinin və Milli Aviasiya Akademiyasının bakalavr səviyyəsində kosmik, aerokosmik mühəndislik, süni intellekt, STEM sahəsi üzrə biliyə sahib, həmçinin digər texniki ixtisaslar üzrə təhsil alan tələbələri, həmçinin “Technest” təqaüd proqramının məzunları iştirak edirlər.

Təcrübə proqramına başlamazdan əvvəl tələbələrlə Azərkosmosda keçirilən görüşdə proqramın əhəmiyyəti haqqında məlumat verilib. Qeyd edilib ki, bu proqramda tələbələrin kosmik tədqiqatlar, aerokosmik mühəndislik və qabaqcıl texnologiya sahələrini dərindən öyrənmək fürsəti olacaq. Proqramı uğurla başa vuran tələbələrə kosmos və texniki elmlər sahəsində təqaüd əldə etmək imkanı, eləcə də Kosmik Mərkəzin elmi komandası ilə işləməyə davam etmək şansı veriləcək.

Kosmos, aerokosmik innovasiyalar və texniki fənlər üzrə təcrübə mübadiləsi proqramını özündə birləşdirən bu “REU Boot Camp”ında tələbələr 7 gün ərzində proqram çərçivəsində təlimlərdə və təcrübə sessiyalarında iştirak edəcəklər. Proqram daha sonra müəyyən olunmuş xüsusi tədqiqat mövzusuna əsasən mentor tərəfindən verilən tapşırıqların həll edilməsi ilə tamamlanacaq. Tələbələr kosmik, aerokosmik, eləcə də innovasiya və texniki istiqamətlər üzrə analoq sistemləri, informasiya təhlükəsizliyi, kompüter və elektronik mühəndislik, pilotların və astronavtların hazırlığı, BƏƏ Ay Proqramı, BƏƏ Mars Missiyası, məsafədən idarəetmə sistemləri, peyklərin məsafədən müşahidəsi prosesində “Python” proqram sistemlərinin tətbiqi, süni intellekt və məsafədən müşahidə tətbiqləri, eləcə də ərəb dünyasının ilk qadın astronavtı olan Nora Almatrouşi ilə master-klass fəaliyyətlərinə qatılacaqlar.

Təcrübə keçmiş tələbələr xüsusi sertifikatlarla təltif edilərək məzun statusu alacaqlar.

Qeyd edək ki, 2006-cı ildə yaradılan Məhəmməd Bin Rəşid Kosmik Mərkəzi BƏƏ-nin “Milli Kosmik Proqramı”nın inkubatorudur. Mərkəz bir sıra müşahidə peyklərinin yaradılması, inkişafı və istismarı, təsvir xidmətlərinin göstərilməsi, onların təhlili və tədqiqi, eləcə də dünya üzrə elmi icmalar və tədqiqat mərkəzləri üçün müvafiq məlumatların hazırlanması vəzifələrini icra edir. Mərkəzin qlobal məhsulları arasında hazırlanmış “DubaiSat-1” və “DubaiSat-2” peykləri yer alır. Mərkəzin təşəbbüsləri arasında 2021-ci ildə Mars orbitinə çatan ilk ərəb missiyası – “Emirates Mars” da var. Missiyanın məqsədi Mars atmosferi haqqında mühüm elmi məlumatları toplamaqdan ibarətdir.

Kosmik sahədə insan kapitalına yatırım məqsədilə Mərkəz 2017-ci ildə “Birləşmiş Ərəb Əmirliklərinin Astronavt Proqramı”na start verib. 2019-cu ildə Beynəlxalq Kosmik Stansiyaya (ISS) elmi missiya məqsədilə ilk Əmirlik astronavtı Hazzaa Al-Mansoori uçuş reallaşdırıb. Xatırladaq ki, ötən il astronavt Hazzaa Al-Mansoori Bakıda keçirilmiş Beynəlxalq Astronavtika Konqresinin “Astronavtlar Proqramı”nın aktiv iştirakçısı olub.

Azərbaycanlı tələbələr BƏƏ-nin Kosmik Mərkəzində təcrübə keçəcəklər Azərbaycanlı tələbələr BƏƏ-nin Kosmik Mərkəzində təcrübə keçəcəklər Azərbaycanlı tələbələr BƏƏ-nin Kosmik Mərkəzində təcrübə keçəcəklər Azərbaycanlı tələbələr BƏƏ-nin Kosmik Mərkəzində təcrübə keçəcəklər Azərbaycanlı tələbələr BƏƏ-nin Kosmik Mərkəzində təcrübə keçəcəklər Azərbaycanlı tələbələr BƏƏ-nin Kosmik Mərkəzində təcrübə keçəcəklər Azərbaycanlı tələbələr BƏƏ-nin Kosmik Mərkəzində təcrübə keçəcəklər Azərbaycanlı tələbələr BƏƏ-nin Kosmik Mərkəzində təcrübə keçəcəklər Azərbaycanlı tələbələr BƏƏ-nin Kosmik Mərkəzində təcrübə keçəcəklər
Məqalədə: #Azərbaycan #BƏƏ #Elm və Təhsil Nazirliyi

Mövzu üzrə digər xəbərlər

Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
BƏƏ

Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb

17:00
Əbu-Dabidə BMT sülhməramlı əməliyyatlarının rəhbərləri üçün seminar başa çatıb
BƏƏ

Əbu-Dabidə BMT sülhməramlı əməliyyatlarının rəhbərləri üçün seminar başa çatıb

13:44
Əbu-Dabidə ilk dəfə beynəlxalq peşəkar sumo yarışları keçiriləcək
ArabSport

Əbu-Dabidə ilk dəfə beynəlxalq peşəkar sumo yarışları keçiriləcək

12:38
Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

11:45

Son Xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
21:32
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
21:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.