6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

XRİTDX-də 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda həlak olmuş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Zəfər Gününə, o cümlədən Xidmətin 44 günlük Vətən Müharibəsində gördüyü işlərə həsr olunmuş videoçarxa baxılıb. XRİTDX-nin rəisi general-leytenant İlqar Musayev çıxışı zamanı 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqının milli qürur tarixinin şanlı səhifəsi olduğunu vurğulayaraq, bu münasibətlə şəxsi heyəti təbrik etmişdir. O qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli iradəsi və uzaqgörən siyasəti 44 günlük Vətən müharibəsində tarixi Qələbənin əsasını təşkil etmişdir.

7 Noyabr 2025 18:37
XRİTDX-də 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

BAKI,AzerVoice, Orxan Qədirzadə

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

AzerVoice xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda həlak olmuş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Zəfər Gününə, o cümlədən Xidmətin 44 günlük Vətən Müharibəsində gördüyü işlərə həsr olunmuş videoçarxa baxılıb.

XRİTDX-nin rəisi general-leytenant İlqar Musayev çıxışı zamanı 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqının milli qürur tarixinin şanlı səhifəsi olduğunu vurğulayaraq, bu münasibətlə şəxsi heyəti təbrik etmişdir. O qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli iradəsi və uzaqgörən siyasəti 44 günlük Vətən müharibəsində tarixi Qələbənin əsasını təşkil etmişdir.

General-leytenant İlqar Musayev bildirmişdir ki, müasir müharibələr təkcə döyüş meydanında aparılmır — informasiya axınlarının idarə edilməsi, rabitə şəbəkələrinin dayanıqlılığı və kibermühitin qorunması da strateji əhəmiyyət daşıyır. 44 günlük Vətən müharibəsi bir daha nümayiş etdirdi ki, xüsusi rabitə və informasiya təhlükəsizliyi dövlətin müdafiə sisteminin ayrılmaz və həlledici hissəsidir.

Tədbirdə həmçinin son beş il ərzində XRİTDX tərəfindən həyata keçirilmiş işlər və yeni təhlükəsizlik reallıqlarına uyğun qarşıda duran vəzifələr barədə məlumat verilib. Qeyd olunub ki, ölkənin strateji informasiya və rabitə təhlükəsizliyinin təmin edilməsi sahəsində fəaliyyət sistemli şəkildə davam etdirilir.

Sonda Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamına əsasən Xidmətin 8 zabitinə “Hərbi Xidmətlərə görə” medalları təqdim olunmuşdur.

Məlumat üçün bildiririk ki, Vətən müharibəsi başladığı ilk gündən – 27 sentyabr 2020-ci il tarixindən etibarən XRİTDX-in 10 əməkdaşı və podratçı şirkətlərin 40 əməkdaşı xüsusi nəqliyyat və texnika ilə cəbhə bölgələrinə ezam edilmiş, işğaldan azad olunan ərazilərdə fiber-optik rabitə xətlərinin çəkilişi və xüsusi rabitə avadanlıqlarının quraşdırılması operativ şəkildə həyata keçirilmişdir.

Döyüşlərin ən gərgin mərhələlərində etibarlı xüsusi radiorabitəni təmin etmək üçün 29 ədəd “TETRA” baza stansiyası döyüş zonalarında istifadəyə verilmiş, bu stansiyaların mühüm hissəsi XRİTDX mütəxəssisləri tərəfindən xüsusi hərbi nəqliyyat vasitələri üzərində quraşdırılmışdır. Pandemiya ilə əlaqədar təchizat və logistika sahələrində çətinliklərinə baxmayaraq, Xidmət tərəfindən qısa müddətdə 500 ədəd yeni xüsusi şifrəli radiostansiya ölkənin güc strukturlarına təqdim edilmişdir.

Həmçinin Müdafiə Nazirliyinin müraciətinə əsasən Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının hərbi hissələrinə “Bayraktar” və digər müasir tipli uçuş aparatlarının etibarlı və fasiləsiz idarə edilməsi üçün Xidmət tərəfindən qısa müddət ərzində fiber-optik kabellər çəkilmiş və həmin avadanlıqlar Müdafiə Nazirliyinin mövcud rabitə şəbəkəsinə inteqrasiya edilmişdir. Cəbhə xətti boyunca düşmən tərəfindən zədələnmiş rabitə xətləri operativ şəkildə bərpa edilmiş, işğaldan azad olunan ərazilərə 20 km-dən artıq yeni fiber-optik kabel çəkilmişdir.

Müharibə dövründə kibermühitdə yaranan təhdidlər Xidmət daxilində yaradılmış 24/7 rejimdə fəaliyyət göstərən xüsusi işçi qrup tərəfindən davamlı monitorinq edilmişdir. Dövlət informasiya resurslarına 3 minə qədər kiberhücum cəhdi qeydə alınsa da, vaxtında görülmüş qabaqlayıcı tədbirlər nəticəsində onların qarşısı tam şəkildə alınmışdır.

XRİTDX-də 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib XRİTDX-də 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib XRİTDX-də 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib XRİTDX-də 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib XRİTDX-də 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib XRİTDX-də 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib XRİTDX-də 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib XRİTDX-də 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib XRİTDX-də 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib XRİTDX-də 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib XRİTDX-də 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib XRİTDX-də 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Məqalədə: #Bayraktar TB3 #Hərbi Hava Qüvvələri #44 günlük Vətən müharibəsi #Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti #8 Noyabr – Zəfər Günü

Mövzu üzrə digər xəbərlər

Qarabağda minalardan təmizlənən ərazilərin sahəsi açıqlanıb
Cəmiyyət

Qarabağda minalardan təmizlənən ərazilərin sahəsi açıqlanıb

2 Sentyabr 11:25
Tarixdə bu gün - 2 Sentyabr
Tarixdə bu gün

Tarixdə bu gün - 2 Sentyabr

2 Sentyabr 00:01
Türkiyə Avropanın müdafiə sənayesində mövqelərini gücləndirir - Yunanıstan KIV
Türkiyə

Türkiyə Avropanın müdafiə sənayesində mövqelərini gücləndirir - Yunanıstan KIV

12 Avqust 13:50
Baykar və Leonardo yeni PUA təqdim etdi
Türkiyə

Baykar və Leonardo yeni PUA təqdim etdi

22 İyul 10:22

Son Xəbərlər

Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
20:56
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
20:41
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.