Moskvada Müstəqil Dövlətlər Birliyi ölkələrinin Hökümətlərarası Feldyeger Rabitəsinin Koordinasiya Şurasının 39-cu iclası keçirilmişdir
Rusiya Federasiyasının Moskva şəhərində Müstəqil Dövlətlər Birliyinin iştirakçı ölkələrinin Hökümətlərarası Feldyeger Rabitəsinin Koordinasiya Şurasının 39-cu iclası keçirilmişdir.
Mənzil seçimi prosesinə kiberhücum cəhdləri müşahidə edilib
Dövlət Təhlükəsizliyi Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Mənzil İnşaatı Dövlət Agentliyi birgə məlumat yayımlayıb.
İnformasiya təhlükəsizliyi riskləri reyestrinin aparılma qaydası təsdiqlənib
Qərarda risklər reyestrinin sahibi tərəfindən informasiya təhlükəsizliyi riskləri reyestrinin aparılmasının hüquqi, texniki və təşkilati əsaslarına, risklərin qiymətləndirilməsinə, risklərin emalının təşkilinə və təmin olunmasına, reyestrlərin hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən könüllülük əsasında aparılmasına, habelə risklər reyestrinin sahibi və operatoru üçün həmin reyestrdə olan biliklər və yeni aşkar olunan təhdidlər barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə və onların yenilənməsinə dair tələblər nəzərdə tutulub.
XRİTDX tərəfindən dövlət qurumlarına qarşı kiberhücumların qarşısı uğurla alınır
Dövlət qurumlarının informasiya sistemlərində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən aparılan daimi monitorinq nəticəsində aşkarlanan kiberhücumların təhlilinə əsasən cari ilin noyabr ayı üzrə 49 kiberhücum göstəricisi (IOC – “Indicator of Compromise”) müəyyən edilərək mərkəzləşdirilmiş qaydada bloklanmışdır.
XRİTDX-də 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda həlak olmuş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Zəfər Gününə, o cümlədən Xidmətin 44 günlük Vətən Müharibəsində gördüyü işlərə həsr olunmuş videoçarxa baxılıb. XRİTDX-nin rəisi general-leytenant İlqar Musayev çıxışı zamanı 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqının milli qürur tarixinin şanlı səhifəsi olduğunu vurğulayaraq, bu münasibətlə şəxsi heyəti təbrik etmişdir. O qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli iradəsi və uzaqgörən siyasəti 44 günlük Vətən müharibəsində tarixi Qələbənin əsasını təşkil etmişdir.
Dövlət qurumlarına qarşı 600-dən çox APT kiberhücumların qarşısı alınıb
Üç rüb ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən kiberhücumların analizi nəticəsində 650 kiberhücum indikatoru müəyyən edilib. AzerVoice bu barədəXüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin yaydığı məlumata istinadən xəbər verir.Bildirilib ki, sözügedən kiberhücum indikatorlarının bloklanması nəticəsində dövlət qurumlarına qarşı hazırlanmış və xüsusi hədəflənmiş APT kiberhücumlarının qarşısı alınıb.
XRİTDX-nin rəhbər heyəti Anım günü ilə bağlı Zəfər Parkını ziyarət edib
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəhbər heyəti Vətən uğrunda şəhid olanların xatirəsinə ehtiram əlaməti olaraq Zəfər parkını ziyarət etmiş, Zəfər abidəsi önünə gül dəstələri qoymuşlar. Bu barədə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən məlumat verilib. Vətən müharibəsinin başlandığı gün - 27 sentyabr Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Anım Günü kimi qeyd edilir. 44 gün davam edən müharibə nəticəsində Qarabağ və ətraf rayonlar işğaldan azad edilib.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif ediliblər - Sərəncam
Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları "Hərbi xidmətlərə görə" medalı ilə təltif ediliblər.Sərəncama əsasən, xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları "Hərbi xidmətlərə görə" medalı ilə təltif ediliblər:
Rabat şəhərində "OIC-CERT" təşkilatının İdarə Heyətinin növbəti iclası keçirilib
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatının Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzlərinin (CERT) birliyi olan “OIC-CERT” təşkilatının İdarə Heyətinin 17 sentyabr tarixində Mərakeş Krallığının Rabat şəhərində keçirilmiş növbəti iclasında iştirak etmişdir.
Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin olunması ilə bağlı komissiya yaradıldı
Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin olunması ilə əlaqədar komissiya yaradılıb.
Dövlət qurumlarına qarşı olan xüsusi hədəflənmiş kiberhücumların qarşısı alınıb - rəsmi
Üçüncü rüb ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən kiberhücumların analizi nəticəsində 828 kiberhücum indikatoru müəyyən edilib.