7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Rabat şəhərində "OIC-CERT" təşkilatının İdarə Heyətinin növbəti iclası keçirilib

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatının Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzlərinin (CERT) birliyi olan “OIC-CERT” təşkilatının İdarə Heyətinin 17 sentyabr tarixində Mərakeş Krallığının Rabat şəhərində keçirilmiş növbəti iclasında iştirak etmişdir.

18 Sentyabr 2025 12:25
Rabat şəhərində "OIC-CERT" təşkilatının İdarə Heyətinin növbəti iclası keçirilib

BAKI, AzerVoice:

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatının Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzlərinin (CERT) birliyi olan “OIC-CERT” təşkilatının İdarə Heyətinin 17 sentyabr tarixində Mərakeş Krallığının Rabat şəhərində keçirilmiş növbəti iclasında iştirak etmişdir.

AzerVoice xəbər verir ki İdarə heyətinin iclasında təşkilatın 2025-ci il üzrə fəaliyyət planı çərçivəsində görülmüş işlər müzakirə olunmuş, həmçinin ölkəmizin (CERT.gov.az) inkişafına rəhbərlik etdiyi “OIC-CERT”in 4-cü strateji istiqaməti - "Kibertəhlükəsizlik, innovasiya, elmi-tədqiqat, və texnologiya" sahəsində həyata keçirilən işlərin vəziyyəti barədə məlumat verilmişdir. Bununla yanaşı İdarə Heyəti XRİTDX-nin üzərində işlədiyi “İnformasiya təhlükəsizliyi mühitinin diaqnostikası” layihəsinin ilkin versiyası ilə tanış olmuş, hazırlanmış qiymətləndirmə metodologiyasının onlar üçün də maraqlı olduğu və üzv ölkələr arasında bölüşdürülməsinin faydalı olacağı qeyd edilmişdir.

İclas zamanı “Qlobal Kibertəhlükəsizlik Mükafatı” yarışmasına 2025-ci il üzrə təqdim edilmiş layihələrin qiymətləndirmə nəticələri açıqlanmış və Birləşmiş Ərəb Əmirliyinin Kibertəhlükəsizlik Konsulluğun layihəsi qalib elan olunmuşdur.

Məlumat üçün qeyd edək ki, XRİTDX OIC-CERT təşkilatının idarə heyətində ölkəmizi artıq 9 ildir uğurla təmsil edir.

Məqalədə: #kibertəhlükəsizlik #Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti

Mövzu üzrə digər xəbərlər

“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
Texnologiya

“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib

5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Texnologiya

Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb

5 Sentyabr 22:14
Səudiyyə Ərəbistanı və Pakistan kibertəhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirir
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı və Pakistan kibertəhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirir

2 Sentyabr 09:41
Berlinin məlumatları kimlərin əlinə keçib? Hakerlər hökuməti şantaj edir
Digər Dövlətlər

Berlinin məlumatları kimlərin əlinə keçib? Hakerlər hökuməti şantaj edir

29 Avqust 11:44

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.