6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

FHN və ƏƏSMN arasında Birgə Fəaliyyət Planı imzalanıb

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əlilliyi olan şəxslərin fövqəladə hadisələrin qarşısının alınması, hazırlıq və nəticələrinin aradan qaldırılması sahəsində hüquqlarının təmin olunmasına dair 2025-2030-cu illər üzrə Birgə Fəaliyyət Planı imzalanıb.

13 Noyabr 2025 11:01
FHN və ƏƏSMN arasında Birgə Fəaliyyət Planı imzalanıb

BAKI,AzerVoice

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əlilliyi olan şəxslərin fövqəladə hadisələrin qarşısının alınması, hazırlıq və nəticələrinin aradan qaldırılması sahəsində hüquqlarının təmin olunmasına dair 2025-2030-cu illər üzrə Birgə Fəaliyyət Planı imzalanıb.

AzerVoice xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sənəd BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyasından irəli gələn müvafiq öhdəliklərin icrası məqsədinə xidmət edir.

Fəaliyyət Planına əsasən, əlilliyi olan və onlara qulluq edən şəxslər üçün fövqəladə hallarla bağlı davranış qaydalarına dair maarifləndirmə tədbirləri həyata keçiriləcək.

Eləcə də Fövqəladə Hallar Nazirliyinin xilasedici və yanğınsöndürənlərinin əlilliyi olan şəxslərə yardım göstərilməsi üzrə bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi ilə bağlı təlimlər təşkil olunacaq və əlilliyi olan şəxslərin "112" qaynar telefon xəttinə müraciətlərinin qəbul edilməsi üzrə müasir texnologiya və üsulların tətbiqi imkanları araşdırılacaq.

Sənəddə əlilliyi olan şəxslər üçün erkən xəbərdarlıq, o cümlədən SMS xidməti və məlumatlandırma üzrə tətbiqlərin yaradılması, fövqəladə hadisə baş verdikdə əlilliyi olan şəxslərin reabilitasiya və sosial xidmət müəssisələri barədə məlumat mübadiləsinin aparılması, onların təxliyəsi, qeydiyyatı, müvəqqəti yerləşdirilməsi və digər tədbirlər də nəzərdə tutulub.

Məqalədə: #Azərbaycan #Bakı #Fövqəladə Hallar Nazirliyi #FHN #Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi #ƏƏSMN

Mövzu üzrə digər xəbərlər

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

4 Sentyabr 11:03
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03
Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29

Son Xəbərlər

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
20:41
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
18:00
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
17:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.