6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Xankəndinin Kərkicahan qəsəbəsinə ilk köç olub

Dekabrın 20-də Xankəndinin Kərkicahan qəsəbəsinə ilk köç baş tutdu. Uzun illər məcburi köçkün həyatı yaşayan sakinlər bu gün doğma yurdlarına qayıtdılar. İlkin mərhələdə 117 nəfərdən ibarət 30 ailə Kərkicahana qayıdıb. Uzun illərin həsrətindən sonra Xankəndi, Kəkicahan qəsəbəsi öz sakinlərini qarşıladı. Mərasim Dövlət Himnimizın səslənməsi ilə başlayıb. Torpaq uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

20 Dekabr 2025 16:03
Xankəndinin Kərkicahan qəsəbəsinə ilk köç olub

BAKI, AzerVoice

Dekabrın 20-də Xankəndinin Kərkicahan qəsəbəsinə ilk köç baş tutdu. Uzun illər məcburi köçkün həyatı yaşayan sakinlər bu gün doğma yurdlarına qayıtdılar.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AzerVoice-a verilən məlumata görə, ilkin mərhələdə 117 nəfərdən ibarət 30 ailə Kərkicahana qayıdıb.

Uzun illərin həsrətindən sonra Xankəndi, Kəkicahan qəsəbəsi öz sakinlərini qarşıladı. Mərasim Dövlət Himnimizın səslənməsi ilə başlayıb. Torpaq uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında Xarıbülbül rəqsi, “Qarabağdan Turana”, “Millətim” “ Zəfər sədası” mahnıları “Tarix yazan sərkərdə” şeiri ifa olunub.

Rəsmi hissədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov çıxış edib. Yeni mənzillərin açarlarını sakinlərə təqdim edən E. Yusubov, bu əlamətdar gün münasibətilə onları təbrik edib, doğma torpaqda firavan günlər yaşamalarını arzulayıb.

E. Yusubov bildirib ki, uzun illərdən sonra Kərkicahana həyat yenidən qayıdır və bu qayıdış təkcə köç deyil — yarımçıq qalan həyatın davamı, 34 illik köçkünlüyün sonu, yeni mərhələnin başlanğıcıdır. E. Yusubov onu da qeyd edib ki, sakinlərin öz doğma yurdunda rahat yaşamaları üçün hər cür şərait yaradılıb. Yaşayış evləri və zəruri infrastruktur bərpa olunub.

Daha sonra ANAMA-nın mütəxəssisləri tərəfindən sakinlərlə maarifləndirici söhbətlər aparıb, şübbəli əşyalara toxunmamaları tövsiyə edilib

Xatırladaq ki, Kərkicahan qəsəbəsi 28 dekabr 1991-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 19–20 sentyabr 2023-cü ildə həyata keçirilən lokal antiterror əməliyyatlarından sonra Kərkicahan qəsəbəsi Azərbaycan Ordusunun nəzarətinə keçib.

Xankəndinin Kərkicahan qəsəbəsinə ilk köç olub Xankəndinin Kərkicahan qəsəbəsinə ilk köç olub Xankəndinin Kərkicahan qəsəbəsinə ilk köç olub Xankəndinin Kərkicahan qəsəbəsinə ilk köç olub Xankəndinin Kərkicahan qəsəbəsinə ilk köç olub Xankəndinin Kərkicahan qəsəbəsinə ilk köç olub Xankəndinin Kərkicahan qəsəbəsinə ilk köç olub Xankəndinin Kərkicahan qəsəbəsinə ilk köç olub Xankəndinin Kərkicahan qəsəbəsinə ilk köç olub Xankəndinin Kərkicahan qəsəbəsinə ilk köç olub
Məqalədə: #Azərbaycan #Qarabağ #Ermənistan #Xocalı #Ağdərə #İbrahim Yusubov #Xankəndi #ANAMA #Azərbaycan Ordusu #Böyük Qayıdış

Mövzu üzrə digər xəbərlər

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

4 Sentyabr 11:03
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03
Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29

Son Xəbərlər

Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
07:48
Londonda  səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
Londonda səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
07:22
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.