6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Azərbaycanda dini maarifçilik üçün vahid və etibarlı məlumat bazasına ehtiyac var - Rəvan Həsənov

Azərbaycanda dini fəaliyyət və ilahiyyat sahəsində kifayət qədər təcrübə mövcuddur. Lakin vahid və etibarlı bir məlumat bazasının yaradılmasına da ciddi ehtiyac var. Bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Azərbaycan Din Xadimlərinin II Forumu çərçivəsində keçirilən “Rəqəmsal informasiya mühitində dini təhsil və maarifçilik strategiyaları” mövzusunda panel müzakirəsində deyib.

24 Dekabr 2025 13:10
Azərbaycanda dini maarifçilik üçün vahid və etibarlı məlumat bazasına ehtiyac var - Rəvan Həsənov

BAKI,AzerVoice

Azərbaycanda dini fəaliyyət və ilahiyyat sahəsində kifayət qədər təcrübə mövcuddur. Lakin vahid və etibarlı bir məlumat bazasının yaradılmasına da ciddi ehtiyac var.

AzerVoice xəbər verir ki, bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Azərbaycan Din Xadimlərinin II Forumu çərçivəsində keçirilən “Rəqəmsal informasiya mühitində dini təhsil və maarifçilik strategiyaları” mövzusunda panel müzakirəsində deyib.

O qeyd edib ki, cəmiyyətə təqdim etmək istədiyimiz dəyərlər sistemli, ardıcıl və peşəkar şəkildə çatdırılmalıdır:

"Bu dəyərlərin təqdimat formaları da dövrün tələblərinə uyğun olmalı və geniş auditoriya üçün əlçatan edilməlidir.

Bu gün hər bir dövlət çalışır ki, minimum müdaxilə ilə, lakin maksimum effektivliklə öz ümumi dəyərlərini və tədris materiallarını optimal şəkildə təqdim etsin. Məsələn, bəzi ölkələr sosial şəbəkələrə çıxışı məhdudlaşdırmaq yolunu seçir. Lakin bu, uzunmüddətli və effektiv həll yolu hesab edilə bilməz".

R.Həsənovun fikrincə, əsas məsələ alternativ, sağlam və cəlbedici məzmunun yaradılmasıdır:

"Yəni elə bir informasiya və proqramlar hazırlanmalıdır ki, cəmiyyət özü həmin məzmunu seçsin, ona maraq göstərsin və etibar etsin. İnformasiya axınlarının qarşısını inzibati yollarla almaq getdikcə daha da çətinləşir. Buna görə də bizim yanaşmamız qadağalar üzərində deyil, maarifləndirmə, keyfiyyətli məzmun və düzgün strategiya üzərində qurulmalıdır".

Məqalədə: #Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi #dini maarifçilik #multikulturalizm və tolerantlıq #Azərbaycan Din Xadimlərinin II Forumu #rəqəmsal informasiya mühiti #dini təhsil strategiyaları #Rəvan Həsənov

Mövzu üzrə digər xəbərlər

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olub
Siyasət

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olub

6 Mart 12:52
Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilik Şurasının iclası keçirilib
Cəmiyyət

Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilik Şurasının iclası keçirilib

14 Yanvar 11:49
Azərbaycan Din Xadimlərinin II Forumu işini yekunlaşdırıb
Siyasət

Azərbaycan Din Xadimlərinin II Forumu işini yekunlaşdırıb

24 Dekabr 2025 21:09
Dünya əhalisinin 85 faizi müxtəlif dinlərə ibadət edirlər - Firudin Qurbanov
Cəmiyyət

Dünya əhalisinin 85 faizi müxtəlif dinlərə ibadət edirlər - Firudin Qurbanov

24 Dekabr 2025 13:33

Son Xəbərlər

Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
20:56
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
20:41
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.