6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Qahirədə diaspor mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub

Qahirədə Misir-Azərbaycan Dostluq Mərkəzində 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov, Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri, diaspor rəhbəri tədqiqatçı-alim Seymur Nəsirov, Qahirədə yaşayan soydaşlarımız, Misir-Azərbaycan Dostluq Cəmiyyətindəki kurslarda Azərbaycan dilini öyrənən bir qrup tələbələr iştirak ediblər.

28 Dekabr 2025 15:10
Qahirədə diaspor mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Qahirədə Misir-Azərbaycan Dostluq Mərkəzində 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib.

TurkicWorld xəbər verir ki, tədbirdə Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov, Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri, diaspor rəhbəri tədqiqatçı-alim Seymur Nəsirov, Qahirədə yaşayan soydaşlarımız, Misir-Azərbaycan Dostluq Cəmiyyətindəki kurslarda Azərbaycan dilini öyrənən bir qrup tələbələr iştirak ediblər.

Mərasimin açılışında Azərbaycanın və Misirin Dövlət himnləri səsləndirilib.

Seymur Nəsirov çıxışında Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixi barədə qısa məlumat verib. Qeyd edib ki, bu əlamətdar gün Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilib. O, Azərbaycan icmasının, eyni zamanda Misir-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyətindən danışıb. Mədəni təşəbbüslərin xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə töhfə verdiyini diqqətə çatdıran diaspor rəhbəri Dostluq Cəmiyyətinin bu sahədə rolunu vurğulayıb. Qeyd edib ki, Cəmiyyətin təşkil etdiyi kurslarda dünyanın müxtəlif ölkələrindən olan tələbələr ödənişsiz olaraq peşələrə yiyələnirlər.

Sonra səfir Elxan Poluxov çıxış edərək bildirib ki, Ulu Öndərin müəyyən etdiyi bu tarixi gün xalqımızın gələcəyinə istiqamət verib. Diplomat sona çatmaqda olan 2025-ci ilin Misir-Azərbaycan əlaqələrinin inkişafı baxımdan yaddaqalan hadisələrin şahidi olduğunu qeyd edib. Vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ və Misir prezidentlərinin dəvəti ilə Şarm əl-Şeyxdə Qəzza zolağının müharibədən sonrakı vəziyyətinə həsr olunmuş böyük beynəlxalq sammitdə iştirakı əlamətdar hadisə olub. İqtisadi əlaqələrin inkişafına toxunan səfir bu yaxınlarda Qahirədə keçirilmiş Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın altıncı iclasının bu kontekstdə əhəmiyyətini qeyd edib.

Daha sonra AZƏRTAC-ın Qahirədəki müxbiri Şıxəli Əliyev çıxış edərək Misir və Azərbaycan xalqları arasında tarixi mədəni və elmi əlaqələr barədə qısaca danışıb. Orta əsrlərdə Misirdə yaşamış məşhur alim Əbu Tahir əs-Siləfinin ölkəmizə səfəri, Gəncə, Bərdə və başqa şəhərlərdə alimlərlə görüşlərindən bəhs edən kitabın ərəb dilinə tərcümə edilərək bu yaxınlarda oxucuların ixtiyarına veriləcəyini diqqətə çatdırıb.

Tədbirin sonunda Misir-Azərbaycan Dostluq Cəmiyyətində təhsil alan tələbələrin ifasında Azərbaycan dilində vətənpərvərlik şeirləri dinlənilib. Daha sonra qonaqlar üçün ziyafət təşkil olunub.

Qahirədə diaspor mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub Qahirədə diaspor mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub Qahirədə diaspor mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub Qahirədə diaspor mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub Qahirədə diaspor mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub Qahirədə diaspor mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub Qahirədə diaspor mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub
Məqalədə: #Azərbaycan #Prezident İlham Əliyev #ABŞ #Misir #Ümummilli Lider Heydər Əliyev #Qahirə #Seymur Nəsirov #31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü #Elxan Poluxov #Qahirədə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü tədbiri #Misir-Azərbaycan Dostluq Mərkəzində 31 Dekabr tədbiri #Qahirədə yaşayan azərbaycanlıların həmrəylik günü mərasimi #Misir-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyəti #Azərbaycanın Misirdəki səfiri Elxan Poluxovun çıxışı #Azərbaycan diasporu Misirdə 31 Dekabr Həmrəylik Günü

Mövzu üzrə digər xəbərlər

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib

5 Sentyabr 19:56

Son Xəbərlər

Mərakeş mediası İspaniya polisinin Seuta ilə bağlı hesabatını tənqid edib
Mərakeş mediası İspaniya polisinin Seuta ilə bağlı hesabatını tənqid edib
10:00
Venesiya Film Festivalında nümayiş olunacaq 6 ərəb filmi hansılardır?
Venesiya Film Festivalında nümayiş olunacaq 6 ərəb filmi hansılardır?
10:00
Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
09:00
Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri
Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri
08:39
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
08:08
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.