5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Maskatda Oman Milli Muzeyində və Mutrah bazarında olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Oman Sultanlığının paytaxtı Maskat şəhərində Oman Milli Muzeyində və Mutrah bazarında olub. Heydər Əliyev Fondunun vitse-prezidenti burada müxtəlif guşələri gəzib, nümayiş etdirilən eksponatlarla tanış olub, onların tarixi haqqında ətraflı məlumat alıb. Bu Muzey Omanın tarixi və mədəni irsini əks etdirən əsas mərkəzlərdən biridir.

5 Yanvar 2026 14:21
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Maskatda Oman Milli Muzeyində və Mutrah bazarında olub

BAKI,AzerVoice

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Oman Sultanlığının paytaxtı Maskat şəhərində Oman Milli Muzeyində və Mutrah bazarında olub.

AzerVoice xəbər verir ki, Leyla Əliyeva əvvəlcə Oman Milli Muzeyini ziyarət edib.

Heydər Əliyev Fondunun vitse-prezidenti burada müxtəlif guşələri gəzib, nümayiş etdirilən eksponatlarla tanış olub, onların tarixi haqqında ətraflı məlumat alıb.

Bu Muzey Omanın tarixi və mədəni irsini əks etdirən əsas mərkəzlərdən biridir.

Rəsmi olaraq 2016-cı ildə fəaliyyətə başlayan muzeydə arxeologiya, dənizçilik, silahşünaslıq, etnoqrafiya, İslam mədəniyyəti və s. üzrə zəngin kolleksiyalar nümayiş etdirilir. Burada hər biri Omanın mədəni irsinin fərqli aspektlərini əhatə edən 14 daimi qalereya mövcuddur, həmçinin müvəqqəti sərgilər üçün əlavə sahələr ayrılıb.

7000-dən çox əşyanın qorunub saxlanıldığı muzeydə rəqəmsal immersiv təcrübə qurğuları, kinoteatr və uşaqlar üçün kəşf sahələri var. Yaxın Şərqdə görmə qabiliyyəti zəif olanlar üçün ərəb Brayl əlifbası ilk dəfə burada tətbiq edilib.

Memarlıq həlli milli ənənələrlə müasir üslubun vəhdətini əks etdirən Oman Milli Muzeyi həm yerli əhali, həm də xarici turistlər üçün mühüm maarifləndirici platforma rolunu oynayır.

Muzeylə tanışlıqdan sonra Leyla Əliyevaya hədiyyə təqdim olunub, xatirə şəkli çəkdirilib.

X X X

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sonra Mutrah bazarında olub, burada satılan əşyalara baxıb, satıcılarla səmimi söhbət edib.

Qeyd edək ki, bu, ərəb dünyasının ən qədim və məşhur bazarlarından biridir. Tarixi bir neçə yüz il əvvələ gedib çıxan bu bazar Hindistan, Çin, Avropa və Yaxın Şərq ölkələrindən Maskat limanına gələn mallar üçün ticarət mərkəzi olub.

Mutrah bazarı dar, üstüörtülü küçələri və ərəb memarlığı ilə seçilir.

Bazarda ənənəvi tekstil, geyim, zərgərlik məmulatları, suvenirlər, ədviyyatlar, buxur, o cümlədən Omani buxuru, ətirlər, əl işləri ilə yanaşı, meyvə, tərəvəz, müalicəvi otlar və digər yerli məhsullar satılır.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Maskatda Oman Milli Muzeyində və Mutrah bazarında olub Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Maskatda Oman Milli Muzeyində və Mutrah bazarında olub Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Maskatda Oman Milli Muzeyində və Mutrah bazarında olub Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Maskatda Oman Milli Muzeyində və Mutrah bazarında olub Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Maskatda Oman Milli Muzeyində və Mutrah bazarında olub Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Maskatda Oman Milli Muzeyində və Mutrah bazarında olub Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Maskatda Oman Milli Muzeyində və Mutrah bazarında olub Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Maskatda Oman Milli Muzeyində və Mutrah bazarında olub Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Maskatda Oman Milli Muzeyində və Mutrah bazarında olub
Məqalədə: #Azərbaycan #Heydər Əliyev Fondu #Leyla Əliyeva #Oman #Maskat #Leyla Əliyevanın Oman səfəri #Maskat mədəni irs məkanları #Oman Milli Muzeyi ziyarət #Azərbaycan–Oman mədəni əlaqələri

Mövzu üzrə digər xəbərlər

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

4 Sentyabr 11:03
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03
Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.