8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Bakıda zikhlərə və etnik azlıqlara qarşı repressiyalar müzakirə olunacaq

Yanvarın 16-da ölkəmizdə ilk dəfə olaraq Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Hindistan hökumətinin etnik azlıqlara qarşı repressiv siyasətinə həsr edilmiş “Hindistanda Zikhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” adlı beynəlxalq konfrans keçiriləcək.

15 Yanvar 2026 12:12
Bakıda zikhlərə və etnik azlıqlara qarşı repressiyalar müzakirə olunacaq

BAKI, AzerVoice

Yanvarın 16-da ölkəmizdə ilk dəfə olaraq Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Hindistan hökumətinin etnik azlıqlara qarşı repressiv siyasətinə həsr edilmiş “Hindistanda Zikhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” adlı beynəlxalq konfrans keçiriləcək.

Tədbirdə Pəncab əyalətinin insan hüquqları və azlıqlar üzrə naziri Rameş Singh Arora və digər rəsmilər, eləcə də Zikh icmasının Kanada, Böyük Britaniya və ABŞ-dəki nüfuzlu nümayəndələri, həmçinin beyin mərkəzlərinin rəhbərləri, xarici universitetlərin insan hüquqları və etnik azlıqlar sahəsində fəaliyyət göstərən alimləri, Hindistan hökumətinin repressiv, irqçilik və təqib siyasətinin birbaşa qurbanı olan şəxslər iştirak edəcək.

Konfransda Hindistan hökumətinin Zikhlərə və digər etnik azlıqlara qarşı sistemli şəkildə apardığı irqi ayrı-seçkilik, zorakılıq və repressiv siyasəti, bu xüsusda Hindistan hökumətinin BMT-nin “Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”, “İrqçiliklə mübarizə üzrə beynəlxalq konvensiya” və “İşgəncələrə qarşı konvensiya” üzrə öhdəliklərinin etnik azlıqlara münasibətdə kobud şəkildə pozulması məsələləri müzakirə ediləcək. Real vəziyyətin beynəlxalq təşkilatların gündəliyində saxlanılması və müvafiq qərarların qəbul olunması, xüsusilə BMT-nin İnsan Hüquqları Komitəsi tərəfindən Hindistanda etnik azlıqların pozulmuş hüquqları, məhkəmə qərarları olmadan icra edilmiş edamların araşdırılması və BMT-nin xüsusi məruzəçiləri tərəfindən hüquq pozuntularının sənədləşdirilməsi və beynəlxalq monitorinqə çıxarılması imkanları ətrafında diskussiyalar aparılacaq.

Beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının və akademik çevrələrin bu prosesdə rolu, onların hazırladığı hesabatların, hüquqi rəylərin və tövsiyələrin beynəlxalq qərar qəbuletmə mexanizmlərinə təsiri imkanları müzakirə mövzusu olacaqdır.

Xatırlatma: Zikhizm XV əsrdə yaranmışdır və öz doktrinasında kasta mənsubiyyətindən, cinsiyyətdən, və dilindən asılı olmayaraq bütün insanlar arasında tam bərabərliyi təbliğ edir, bu səbəbdən də ənənəvi hindu kasta sistemini qəti şəkildə rədd edir. Hindistanda Zikh icmasının ümumi sayı təxminən 25 milyondan artıqdır. Zikhlər əsasən Hindistanın əsas kənd təsərrüfatı bölgəsi hesab edilən Pəncab ştatında məskunlaşıblar.

Qeyri-Hökumət Təşkilatları və müstəqil ekspertlər tərəfindən Beynəlxalq təşkilatlara təqdim edilmiş hesabatlarda Hindistan hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilmiş silahlı basqınlar və repressiv siyasət nəticəsində təkcə 1984-cü ildə 8,000–17,000 Zikh qətlə yetirildiyi, 50,000-dən çox Zikh üzvünün Hindistan hökumətinin təqiblərindən qaçaraq xarici ölkələrə mühacirət etdiyi qeyd edilir. 1980–1990-cı illərdə Pəncabda zihkh icmasının minlərlə üzvü oğurlanmış və ya qaçırılmış, eyni zamanda məhkəmə prosesi keçirilmədən qondarma ittihamlarla qətlə yetirilmişdir. Hazırda hüquqlarını tələb edən Zikh fəallar "separatizm" və ya "casusluq" ittihamı ilə həbs edilir, Pəncabda polis reydləri artmaqda davam edir. Xaricdə yaşayan zikh fəallara qarşı terror aktları təşkil edilib ki, Kanada və ABŞ rəsmi qurumları bu terror aktlarının törədilməsində Hindistan xüsusi xidmət orqanlarını ittiham ediblər.

Qeyd edək ki, qaçan Zikh icmasının üzvlərinin böyük əksəriyyəti hazırda Kanada, Böyük Britaniya, ABŞ və Avstraliyada məskunlaşıblar. Onlar Hindistanda bu gün də davam edən siyasi repressiyalara qarşı ədalət tələb edirlər.

Zikh icması Hindistan hökumətindən 1984-cü il anti-zikh qırğınlarının rəsmi olaraq soyqırımı kimi tanınmasını, yeni müstəqil istintaq komissiyasının yaradılmasını, soyqırımıın təşkilatçıların məhkəmə qarşısına çıxarılmasını və 1980-1990-cı illərdə Pəncabda minlərlə məcburi yoxa çıxmış şəxsin taleyinin aydınlaşdırılması və günahkarların cəzalandırılmasını, qanunsuz həbs edilmiş zikh fəalların azadlığa buraxılması və onlara siyasi məhbus statusunun verilməsini tələb edir. Pəncabın muxtariyyətinin genişləndirilməsi, idarəetmədə mərkəzi hökumətin müdaxiləsinin qadağan edilməsi yer alır. Bundan əlavə, xaricdəki zikh fəallara qarşı transmilli repressiyaların, o cümlədən sui-qəsd və təhdidlərin dayandırılması, beynəlxalq araşdırmalara icazə verilməsi, eləcə də Hindistan hökumətinin 1984-cü il qırğınları üçün rəsmi üzr istəməsi və qurbanlara kompensasiya ödənilməsi tələb olunur.

Məqalədə: #Bakı #BMT #ABŞ #Kanada #Hindistan #İnsan Hüquqları Şurası #2017 Pəncab faciəsi #Pəncab

Mövzu üzrə digər xəbərlər

Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
Mədəniyyət

Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub

10:22
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
Texnologiya

OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib

7 Sentyabr 22:28
BMT süni intellektin təhlükəsizliyi üçün ciddi təminatlar istəyir
Texnologiya

BMT süni intellektin təhlükəsizliyi üçün ciddi təminatlar istəyir

7 Sentyabr 19:50
"44" bədii filminin premyerasının vaxtı məlum olub
Cəmiyyət

"44" bədii filminin premyerasının vaxtı məlum olub

7 Sentyabr 15:47

Son Xəbərlər

Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
12:44
Ciddədə qadınlara qarşı zorakılığın qarşısının alınmasında dini liderlərin rolu müzakirə edilib
Ciddədə qadınlara qarşı zorakılığın qarşısının alınmasında dini liderlərin rolu müzakirə edilib
12:42
Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir
Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir
12:18
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
12:00
BƏƏ-nin 6 ölkədə yeni səfirləri fəaliyyətə başlayıb.
BƏƏ-nin 6 ölkədə yeni səfirləri fəaliyyətə başlayıb.
11:15
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.